Tag-Archive for » qalaktika «

Kainatın genişlənməsi və “Big Bang” həqiqəti

15403844862_a7ed97e054_oXX əsrə daxil olanda astronomiya sahəsində çox böyük yeniliklər baş vermişdi.  Öncə 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan Fridman hesabladı ki, ən kiçik bir təsirin kainatın genişlənməsinə, yaxud büzülməsinə səbəb ola bilər. Fridmanın hesablamalarının əhəmiyyətini dərk edən ilk şəxs isə Belçikanın ən tanınmış astronomlarından Corc Lemetr oldu. davamı »

Südyolu Qalaktikası və Həssas Tarazlıqlar

Südyolu Qalaktikası (Milky Way, Samanyolu), kainatdakı təxminən 350 milyard qalaktikadan yalnız biridir. 350 milyard qalaktika… Bir nəfəsdə deyilən bu rəqəm haqqında düşünməyə çalışın… Əgər hər saniyə bir qalaktika sayacaq olsanız hamısını saymanız təxminən 10.000 il davam edəcək. Bundan başqa, 10.000 illik dövrün içində bir saniyədə sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 250 milyarddır. Günəş isə bu ulduzlardan sadəcə biridir.

Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: orta böyüklükdə ulduz olması; dünyadan lazım olan uzaqlıqda yerləşməsi; yaydığı şüaların xüsusiyyətləri; ehtiva etdiyi element nisbətinin bizim üçün uyğun olması kimi. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri bizlər üçün nizamlanmışdır. davamı »

Kainatın Böyüklüyü Nə Qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km. olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.

davamı »