Tag-Archive for » quslar haqqinda «

HANSI ÇİÇƏKLƏRDƏN NEKTAR TOPLADIĞINI XATIRLAYAN KOLİBRİLƏR

Kolibrinin ürəyi normal vaxtda təqribən 1000 dəfə, uçduqda 1200 dəfə döyünür. Bu quşlar sürətli maddələr mübadiləsinə görə çox enerji sərf edirlər və bu enerjini əldə etmək üçün xüsusi qidalanma sistemi ilə yaradılıblar.

Kolibrinin qidası çiçək nektarıdır. Qidalanarkən digər quşlardan fərqli olaraq havada sərbəst dayanır. Qanadlarını saniyədə ən az 60 dəfə 8 rəqəmi formasında çırparaq havada asılı qalır və bədənlərini tərpətmədən çiçək nektarını toplayır.

Kanadada Letbric Universitetində biologiyanın davranış ekologiyası sahəsində elmi fəaliyyət göstərən və kolibrilər ilə bağlı tədqiqat aparan professor A.Hörli (Andrew Hurly) bu canlıların həyatda qalması üçün vacib xüsusiyyətlərini kəşf edib. Bu tədqiqat “Journal of Current Biology” jurnalında dərc olunub. davamı »

“Quşbeyin” Deyib Keçməyin

İndiyə qədər təsbit edilmiş ən güclü yaddaşa sahib olan quş sidrquşudur. Bu quş Şimali Amerikada böyük qayalıqların, dağların  ətrafında və Böyük Kanyonda yaşayır. Onlar şam ağacının toxumları ilə qidalanırlar. Lakin bu toxumlar yalnız sentyabr ayının bir neçə həftəsi ərzində yeyilməli olur. Nəticə etibarilə, quş başqa həftələrdə qidalanmaq üçün tədarük görməlidir. Hər şeydən əvvəl toxumları gizlətmək üçün yer müəyyən edir. Bəzən müəyyən edilən yer şam ağaclarından 20 km uzaqda olur. Sidrquşu ağaclardan topladığı toxumları gizlətmək məqsədilə bu toxumları yerə basdırır. Toxumu ilk cəhddə torpağa batırır və bəzən də işarə kimi toxumun basdırıldığı yerə kiçik bir daş qoyur.

Sidrquşu sentyabr ayının 3 həftəsi ərzində dayanmadan toxum toplayır. Çox möcüzəvidir ki, bu quş uçduğu zaman getdiyi yerləri, ağacları, qayaları, yamacları xatırlayır. Belə güman edilir ki, quş bütün bunları beynində canlandırdığı xəritəyə əlavə edir. Sidrquşu məhsuldar işlədiyi qısa zaman ərzində Böyük Kanyon ərazisinə yüzlərlə kilometr sahəyə 100 minə yaxın toxum basdırır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz