Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.
Atomlar, yəni maddi kainat ancaq bu qüvvələrin təsiri ilə mövcud olmuş və kainata nizamlı bir dizaynla dağılmışdır. Bunlar yerin cazibə qüvvəsi kimi tanıdığımız kütlələrin cazibə qüvvəsi, elektromaqnit qüvvə, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli gücə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvvələri sadəcə atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvəsi isə atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlərin arasındakı tarazlığı tənzimləyir. davamı »