Son illərdə aparılan tədqiqatlar çox mühüm həqiqəti üzə çıxarmışdır: təkamülə dəlil kimi göstərilən apendiks (korbağırsağın soxulcanabənzər çıxıntısı) təkamülçülərin zənn etdiyi kimi rudiment orqan deyil. Əksinə, mükəmməl quruluşu ilə Allah`ın üstün ağlının dəlilidir.
Apendiks qarının aşağı sağ bölgəsində yoğun bağırsağın başlanğıc hissəsi olan korbağırsağın aşağı kənarından başlayan, uzunluğu təqribən 10 sm, qalınlığı 0.5-1 sm olan ucu qapalı kanaldır. Apendiksin yoğun bağırsağa bitişik ağzı, bağırsağa açılan kisə kimi uzanan forması təkamülçüləri yanıldan əsas səbəbdir. Bu kisə formasındakı orqan təkamülçülərin xəyali təkamül mexanizmlərini hərəkətə keçirmiş və bu orqanın təkamül prosesi nəticəsində tədricən funksiyasını itirmiş rudiment orqan olduğunu iddia etmişlər. Halbuki bu fikir həm məntiqdən kənardır, həm də elmi cəhətdən yanlışdır. Bəs apendiksi rudiment orqan kimi səciyyələndirən təkamülçülərin bu xətasının elmi açıqlaması nədir? davamı »