Stounhenc çəmbər formasında yerləşdirilmiş böyük daş bloklardan ibarət tikilidir. Təqribən 4.5 m hündürlüyündə, hər biri təqribən 25 ton ağırlığında təxminən 30 ədəd daş blokun birləşdirilməsindən əmələ gəlmişdir. İngiltərədə yerləşən bu tikili tədqiqatçıların diqqətini çəkir. Tikilməsi və tikiliş məqsədi haqqında bir çox nəzəriyyə irəli sürülmüşdür. Burada bu nəzəriyyələrdən hansının doğru olduğu üzərində dayanmayacağıq. Əsas odur ki, bu tikili təkamül nəzəriyyəsinin bəşəriyyət tarixini açıqlamaq üçün irəli sürdüyü iddiaları əsassız edən nümunələrdən biridir.
Aparılan tədqiqatlar Stounhencin 3 inşaat mərhələsində ərsəyə gəldiyini üzə çıxarmışdır. Bir çox mənbəyə əsasən, Stounhencin ən qədim inşaat mərhələsi e.ə. 2800-cü ilə gedib çıxır. Yəni Stounhencin tarixi bundan təqribən 5000 il əvvələ uzanır. Tarixi mənbələr ilk inşaat mərhələsində ərazidə nəhəng daşlardan kiçik çəmbər qurulduğunu və bu çəmbərin xaricinə də dabandaşı yerləşdirildiyini xəbər verir. Daha sonra nəhəng daşlarla ikinci çəmbər qurulmuş, bundan sonra da çəmbərlərin daxili hissəsinə “mavi daş” adlanan daş bloklar yerləşdirilmişdir. davamı »