Tag-Archive for » südyolu qalaktikası «

Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın mərkəzindən çox uzaqda, spiral qollardan kənarda yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni səviyyədə və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşirlər. Mərkəzdən çıxan spiral qolların arasında qalan kosmik boşluqda bəzi ulduz sistemləri yerləşir, ancaq bunların sayı həddindən artıq azdır. Bizim Günəş sistemimiz də spiral qolların arasında yerləşən nadir ulduz sistemlərindən biridir.

Bəs Günəş sisteminin spiral qolların arasında olması nə üçün bu qədər vacibdir? 

Əvvəla, yerləşdiyimiz mövqeyə görə spiral qollardakı qazlar və tozlardan uzaq, təmiz, aydın kosmosu görürük. Əgər spiral qollardan birinin içində olsaydıq, belə təmiz, aydın kosmosu görməzdik. Professor Maykl Denton “Təbiətin taleyi” (Nature`s Destiny) adlı kitabında belə yazır:

Çox təəccüblüdür ki, kainat təkcə bizim həyatımıza və bioloji ehtiyaclarımıza deyil, eyni zamanda, bizim onu anlamamıza da həddindən artıq uyğundur… Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi bizim gecələr göy üzünü tədqiq edərək uzaq qalaktikaları görməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat əldə etməyimizi təmin edir. Əgər qalaktikanın mərkəzində yerləşsəydik, əsla spiralvarı qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu haqqında məlumat əldə edə bilməzdik. (Michael Denton, Nature’s Destiny, s. 262) davamı »

Südyolu Qalaktikası və Həssas Tarazlıqlar

Südyolu Qalaktikası (Milky Way, Samanyolu), kainatdakı təxminən 350 milyard qalaktikadan yalnız biridir. 350 milyard qalaktika… Bir nəfəsdə deyilən bu rəqəm haqqında düşünməyə çalışın… Əgər hər saniyə bir qalaktika sayacaq olsanız hamısını saymanız təxminən 10.000 il davam edəcək. Bundan başqa, 10.000 illik dövrün içində bir saniyədə sayacağınız qalaktikamızın içindəki ulduz sayı təxminən 250 milyarddır. Günəş isə bu ulduzlardan sadəcə biridir.

Günəşin bütün xüsusiyyətləri dünyadakı həyat üçün nizamlanmışdır: orta böyüklükdə ulduz olması; dünyadan lazım olan uzaqlıqda yerləşməsi; yaydığı şüaların xüsusiyyətləri; ehtiva etdiyi element nisbətinin bizim üçün uyğun olması kimi. İstilik və işıq qaynağımız olan Günəşin bütün xüsusiyyətləri bizlər üçün nizamlanmışdır. davamı »

Kainatın Böyüklüyü Nə Qədərdir?

Elmi nailiyyətlər bizi çox mühüm nəticəyə gətirir. Kainatın möhtəşəm böyüklüyü! Kainatın ölçüləri haqqında düşündüyümüzdə qarşımıza çox böyük rəqəmlər çıxır.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem kainatdakı digər ulduzlara görə orta böyüklükdə olan Günəşin ətrafında dövr edən 8 planetdən və onların 54 peykindən meydana gəlir. Yer Kürəsi bu sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətməylə açıqlayaq. Əgər diametri 12.200 km. olan Yer kürəsini üzüm dənəsi böyüklüyünə gətirsək, Günəş də futbol topunun iki misli böyüklüyündə olan kürə halına gələr. Amma daha maraqlı olan aradakı məsafədir. Həqiqətə uyğun model qurmaq üçün üzüm dənəsi böyüklüyündəki Dünya ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etmək lazımdır. Günəş Sisteminin lap xaricində olan planetləri isə kilometrlərlə uzağa aparmaq lazım olacaq.

davamı »