İnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, impulsların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu məqaləni oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çoxlu insanın olduğu, təhlükəli yerdə görə bilir. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilir. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nə hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, beynindən kənarda gördüklərinin heç biri yoxdur. davamı »
Tag-Archive for » xeyal «
04
Aug 2014
Aug 2014