Tag-Archive for » Yer-Ay sistemi «

Günəş sisteminin qalaktikadakı yeri

Möhtəşəm müvazinəti və ölçüləri ilə yanaşı, Günəş sisteminin Südyolu qalaktikasındakı yeri də qüsursuz yaradılışın nəticəsidir. Orbit qalaktikanın mərkəzindən çox uzaqda, spiral qollardan kənarda yerləşir.

Məlum olduğu kimi, Südyolu qalaktikası spiralvarıdır. Spiralvarı qalaktikalardakı ulduzlar və göy cisimləri qabarıq yuvarlaq mərkəzi və bu mərkəzdən kənara doğru eyni səviyyədə və eyni bucaq altında qıvrılan qolları əmələ gətirəcək şəkildə yerləşirlər. Mərkəzdən çıxan spiral qolların arasında qalan kosmik boşluqda bəzi ulduz sistemləri yerləşir, ancaq bunların sayı həddindən artıq azdır. Bizim Günəş sistemimiz də spiral qolların arasında yerləşən nadir ulduz sistemlərindən biridir.

Bəs Günəş sisteminin spiral qolların arasında olması nə üçün bu qədər vacibdir? 

Əvvəla, yerləşdiyimiz mövqeyə görə spiral qollardakı qazlar və tozlardan uzaq, təmiz, aydın kosmosu görürük. Əgər spiral qollardan birinin içində olsaydıq, belə təmiz, aydın kosmosu görməzdik. Professor Maykl Denton “Təbiətin taleyi” (Nature`s Destiny) adlı kitabında belə yazır:

Çox təəccüblüdür ki, kainat təkcə bizim həyatımıza və bioloji ehtiyaclarımıza deyil, eyni zamanda, bizim onu anlamamıza da həddindən artıq uyğundur… Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi bizim gecələr göy üzünü tədqiq edərək uzaq qalaktikaları görməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat əldə etməyimizi təmin edir. Əgər qalaktikanın mərkəzində yerləşsəydik, əsla spiralvarı qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu haqqında məlumat əldə edə bilməzdik. (Michael Denton, Nature’s Destiny, s. 262) davamı »