Tag-Archive for » yer planeti «

GÖY CİSİMLƏRİNİN ARALARINDAKI MƏSAFƏLƏR

images (4)Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

Gerçəklərə uyğun bir model qurmağımız üçün üzüm çəyirdəyi böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq. davamı »

Bölmə: Kainat  Açar sözlər: , ,  Şərh yaz

Yerin temperaturundakı həssas müvazinət

  • yerin temperaturuYerin temperaturunun necə həssas ölçüsü var?
  • Yerin temperaturunun ideal olması üçün hansı səbəblər yaradılmışdır?

Mavi planetimizin hər yerində müxtəliflik və ehtişamla qarşılaşırıq. Bütün qitələrdə bir-birindən fərqli bitkilər, heyvanlar və insan irqləri diqqət çəkir. Dünyadakı növ müxtəlifliyinin səbəblər daxilindəki qarşılığı da iqlimdir. Allah’ın dünyada bir-birindən fərqli yaratdığı iqlim qurşaqlarının ortaq xüsusiyyəti isə hər iqlim qurşağının özünəməxsus sabit temperatur ölçüsü olması və Yer kürəsinin ümumi temperaturunun da müəyyən həddə olmasıdır. 

Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir

Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir. Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »