Mükəmməl Uçma Mexanizmləri: İynəcələr

Uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, iynəcələr ani surətdə dayanıb tərs istiqamətə doğru uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdirlər. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilirlər. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar iynəcələrin dövrümüzün qabaqcıl texnologiyasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

İynəcənin bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan iynəcənin belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni qabaqdakı iki qanad yuxarı qalxarkən arxadakı iki qanad aşağı enir. Qanadların hərəkəti iki qarşı əzələ qrupunun hərəkətilə təmin edilir. Əzələlərin bir ucu gövdənin içindəki ling formalı uzantılara bağlıdır. Bir əzələ qrupu yığılaraq bir cüt qanadın yuxarı qalxmasını təmin edərkən digər əzələ qrupu da eyni dərəcədə dartılaraq ikinci cüt qanadın aşağı enməsinə kömək edir. Dövrümüzdə iynəcələrdən nümunə götürülərək istehsal edilən vertolyotlar da eyni üsulla yuxarı-aşağı hərəkət edirlər. İynəcələrin qüsursuz uçuşu bir-birindən asılı olmayan bu 4 böyük qanadın bədənin ağırlığını daşıması ilə mümkün olur. Bu xüsusiyyət həşərata ani manevrlər etmə, sürətini anidən artırma və saniyədə 10 metrə çatan sürətlə uçma imkanı verir. (Sci­en­ce et Vie, No.931, s.5)

Çox yüksək sürətlə uçarkən ani manevrlər edən iynəcənin görmə qabiliyyəti də qüsursuzdur. İynəcənin gözü elmi çevrələrdə dünyanın ən yaxşı görən həşərat gözü kimi qəbul edilir. Hər biri 30.000-ə qədər xırda gözdən ibarət olan bir cüt gözə malikdir. İki yarımkürəyə bənzəyən və başının yarısını tutan gözlər həşərata çox geniş sahəni görmə imkanı verir. İynəcə gözləri sayəsində demək olar ki, arxasında baş verənləri belə görə bilir. (Da­vid At­ten­bo­ro­ugh, Ya­şa­dı­ğı­mız Dün­ya, İs­tan­bul:İn­kı­lap Ki­ta­be­vi, 1982, s.52)

Göründüyü kimi iynəcə hər biri tək-tək mükəmməl quruluşa malik sistemlər bütünüdür. Bu sistemlərin hər hansı birindəki kiçik bir nöqsan digər sistemlərin işə yaramamasına səbəb olur. Amma sistemlərin hamısı mükəmməl şəkildə yaradılmışdır və canlı bu sayədə həyatına davam edir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
One Response
  1. Samir says:

    Agcaqanad insani dislese ne kimi xesteliklere getirib cixardar?

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)