3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.
Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir:“Orta böyüklükdəki bir zülal molekulu təxminən 300 amin turşusundan ibarətdir. Buna nəzarət edən DNT zəncirində isə təxminən 1000 nükleotid olmalıdır. Bir DNT zəncirində dörd növ nükleotid olduğunu xatırlasaq 1000 nükleotidlik bir silsilə 4 üstü 1000 fərqli formada olacaq. Loqarifm hesabıyla tapılan bu rəqəm isə ağılın qavrama sərhəddindən kənardadır. (Frank B. Salisbury, “Doubts About The Modern Synthetic Theory of Evolution”, s. 336)
Yəni “əlimizin altında” bütün zəruri nükleotidlərin olduğunu, bunların bağlanması üçün lazım olan bütün kompleks molekulların və birləşdirici fermentlərin hamısının hazır olduğunu fərz etsək belə bu nükleotidlərin istənilən sırada düzülməsi ehtimalı 4 üstü 1000-də 1, yəni, 10 üstü 600-də 1 ehtimal deməkdir. Qısası insan bədənindəki orta ölçülü bir zülalın DNT-dəki şifrəsinin təsadüfən, öz-özünə meydana gəlmə ehtimalı 1-in yanına 600 ədəd sıfır yazılaraq meydana gələn rəqəmdə 1 ehtimaldır. Bu astronomik rəqəm praktiki olaraq “0” ehtimal deməkdir. Deməli belə bir düzülüş ancaq ağıllı və şüurlu bir gücün məlumat və idarəsi daxilində reallaşmışdır. Bu məlumat və gücün sahibi isə göylərin və yerin Yaradıcısı olan Allahdır..
Francis Crick, DNT-nin quruluşunu kəşf edən biokimyaçı olaraq DNT üzərində apardığı araşdırmalara görə Nobel mükafatına layiq görülmüşdür. Francis Crick təkamülçü olmasına baxmayaraq DNT-nin möcüzəvi quruluşuna şahid olduqdan sonra yazdığı əsərində bu elmi həqiqəti belə ifadə etmişdir:
“Hal-hazırkı mövcud məlumatların işığında dürüst bir insan ancaq bunu söyləyə bilər: müəyyən mənada həyat möcüzəvi şəkildə meydana gəlmişdir. Bunun reallaşması üçün çoxsaylı şərt bir yerə gətirilməlidir.“ (Francis Crick, Life Itself: It’s Origin and Nature, New York, Simon&Schuster, 1981, s.88)
Francis Crickə görə Yer kürəsindəki həyat qətiyyən təsadüfən var ola bilməz. Göründüyü kimi DNT sahəsinin mütəxəssisi olan bir alim belə təkamülçü olmasına baxmayaraq, yaradılışda təsadüfə yer vermir.
Çox faydalı məlumat:
DNA-dakı yaradılış Möcüzəsi
http://www.harunyahya.org/bilim/hy_dna/1.html
azerbaycan dilinde olan web saytlara hemishe hormet edirem
esasende elmi istigametde olan
hormetle
shagird.az admin