Elmi Nailiyyətlər və Yaradılışı Müdafiə Edən Alimlər

Albert Eynşteyn

Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir: ”Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: Dinsiz bir elmə inanmaq mümkün deyil.” (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.)Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə belə deyir:

”Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: “İman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”. (J.De Vries, Essential of Physical Science, Wm.B.Eerdmans Pub.Co., Grand Rapids, SD 1958, s. 15.)

Elm tarixinin tədqiq edilməsi dəyişikliyin və irəliləyişin yaradılış gerçəyini müdafiə edən elm adamarının əsəri olduğunu göstərir. Digər tərəfdən elmi nailiyyətlər, xüsusilə də XX və XXI əsrdəki inkişaf yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək etmişdir. Müasir elm və texnologiya kainatın yoxdan yaradıldığı həqiqətini anlamışdır. Kainatın təxminən 15 milyard il əvvəl bir nöqtədən partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən “əvvəli və sonu olmayan” sonsuz kainat modelinin üstündən xətt çəkilmişdir. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu və genişləndiyi başa düşülmüşdür.

İsaak Nyuton

Bu həqiqət Qurani-Kərimdə belə ifadə edilir:

Məgər inkar edənlər göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

Göyü qüdrətimizlə Biz yaratdıq və Biz onu genişləndirməkdəyik! (Zariyat surəsi, 47)

Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizə kömək edən XX  əsrin inkişaf edən elmi oldu. Elektron mikroskopu vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirilən hissələrin möhtəşəm quruluşlarını müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrənin içində özünü göstərən sonsuz ağlı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki nailiyyətlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yalnız yaradılışla izah edilə bilən quruluşunu göstərdi.

Bunun əksinə, təkamül nəzəriyyəsinin 140 il əvvəl iddia edilməsindəki şərtləri təmin edən amil isə həmin dövrün elmi cəhətdən geri olması idi.

Nəticədə, yaradılışı müdafiə edənlərin elmə qarşı deyillər, çünki yeniliklər, irəliləyişlər və elm onların imanlarına davamlı olaraq yeni dəlillər verir. Elm yaradılışçıların ən böyük dəstəkçisidir. Yeniliyə qarşı olanlar isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirərək əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini və materialist fəlsəfəni müdafiə edənlərdir.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)