Fiziki Varlığın Sərhədi: Kvarklar

Hüceyrənin təməlindəki atomların, onların içindəki proton və neytronların və bunların da içindəki kvarkların (quark) mexanizmlərindəki üstün yaradılış inanclı olub-olmamasından asılı olmayaraq hamını heyrətə salacaq mükəmməllikdədir. Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz stul, qısası ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizlə toxunduğunuz kompüter milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik parçacıqlardır ki, ən güclü mikroskoplarla belə bir dənəsini görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir.

Bu kiçikliyi insanın gözündə canlandırması o qədər də mümkün deyil. Ona görə bunu bir örnəklə izah etməyə çalışaq: Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz bu açarın içindəki atomları görmək mümkün deyil. Əgər atomları mütləq görmək istəyirəm deyirsinizsə, onda əlinizdəki açarı dünyanın ölçülərinə gətirməyiniz lazım olacaq. Əlinizdəki açar dünya ölçüsündə böyüsə onda o açarın içindəki hər bir atom bir albalı böyüklüyündə olacaq və siz də onları görə biləcəksiniz. Yenə bu kiçikliyi qavraya bilmək və hər yerin necə atomlarla dolu olduğunu görə bilmək üçün bir nümunə daha verək: Bir duz dənəsinin bütün atomlarını saymaq istədiyimizi düşünək. Saniyədə bir milyard (1.000.000.000) ədəd sayacaq qədər sürətli olduğumuzu da fərz edək. Belə əhəmiyyətli bacarığa baxmayaraq bu kiçicik duz dənəsinin içindəki atomların sayını tam olaraq müəyyən etmək üçün beş yüz ildən çox bir zamana ehtiyacımız olacaq.

Yaxşı, bəs onda bu qədər kiçik bir quruluşun içində nə var?Bu qədər kiçik olmasına baxmayaraq atomun içində kainatda gördüyümüz sistemlə müqayisə ediləcək qədər qüsursuz, bənzərsiz və kompleks bir sistem var. Hər atom, bir nüvə və nüvədən çox uzaqdakı orbitlərdə dönüb-dolaşan elektronlardan meydana gəlmişdir. Nüvənin içində isə proton və neytron adı verilən başqa hissəciklər var.

Kvarkların Möhtəşəm Dizaynı

Vur-tut 20 il bundan əvvələ qədər atomun ən kiçik tərkib hissələrinin proton və neytronlar olduğu sanılırdı. Ancaq çox yaxın tarixdə bəlli oldu ki, onların özləri də daha kiçik hissəciklərdən ibarətdirlər.

Bu kəşfdən sonra atomun içindəki “alt hissəcikləri” (hipotetik hissəciklər də deyirlər) və onların özünəməxsus hərəkətini incələmək üçün fizikanın ayrıca bir sahəsi meydana çıxdı. Bu yöndə aparılan araşdırmalar göstərdi ki, gerçəkdən də, atomu əmələ gətirən proton və neytronların özləri də “kvark” adlanan daha kiçik hissəciklərdən ibarətdirlər. İnsan ağlının qavraya bilməyəcəyi qədər kiçik olan protonu əmələ gətirən kvarkların ölçüsü isə daha da heyrətamizdir:  10-18 (0,000000000000000001) metr.

Protonun içindəki kvarklar heç vaxt bir-birlərindən çox uzaqlaşmırlar. Çünki nüvənin daxilindəki hissəcikləri bir yerdə tutan “Güclü Nüvə Qüvvəsi” burada da təsirini göstərir. Kvarkların arasındakı məsafə artdıqca bu qüvvə də şiddətlənir və nəticədə iki kvark bir-birilərindən maksimum katrilyonda bir metr qədər aralana bilir. Bu cazibə “Güclü Nüvə Qüvvəsi”ni daşıyan qlüonlar sayəsində gerçəkləşir. Kvarklarla qlüonlar bir-birilərilə son dərəcə sıx əlaqədədirlər. Ancaq elm adamları hələ ki, bu əlaqənin nəyin sayəsində mümkün olduğunu aydınlaşdıra bilməyiblər. Fizikanın bu sahəsində davamlı araşdırmalar aparılır. Lakin insanoğlu sahib olduğu ağıl, bilgi və elmə rəğmən, bu sirli aləm haqqında təzə-təzə nəsə öyrənməyə başlayıb. Üstəlik, bu əsrarəngiz aləmə girdikcə incəliklər daha da artır, insan isə “kvark” ismi verdiyi hissəciklərin 10-18 m.-lik sərhədində dayanıb. Yaxşı, bəs bu sərhədin o tərəfində nələr var?

Bu gün elm adamları qoyulan suala cavab vermək üçün müxtəlif tezislər irəli sürürlər, amma yuxarıda da dediyimiz kimi, həmin sərhəd fiziki kainatın son nöqtəsidir. Bundan o tərəfdəki varlıqlar daha maddə yox, ancaq enerji şəklində mövcud ola bilərlər. Önəmli məsələ isə insanın bütün texnoloji imkanlarına baxmayaraq, yenicə kəşf etdiyi bu məkanda fiziki qanunların dəqiq saat kimi işləməsi, gərəkən bütün tarazlıqların qorunmasıdır. Üstəlik, bu məkan bütün kainatdakı maddələrin – o cümlədən, insanın da, – təməl “materialı” olan atomun içidir. İnsan isə öz orqanizmində daim işləyən bu qüsursuz mexanizmdən hələ yenicə xəbər tutmağa başlayıb. İnsanın bu barədə bütün bilgiləri son bir neçə onillik ərzində qazanılıb. Vücudumuzu meydana gətirən hüceyrələr, onların təməlindəki molekullar, molekulların içindəki atomlar, atomların daxilindəki proton və neytronlar, onların da içindəki kvarklar çox mükəmməl mexanizmlər şəklində çalışırlar; bu mexanizmlərin çox yüksək səviyyədə yaradılışı isə imanından asılı olmayaraq, hamını heyrətə salır. Üstəlik, onu da düşünmək gərəkdir ki, bütün bu qüsursuz mexanizmlər həyatımız boyunca heç xəbərimiz belə olmadan, çox müntəzəm şəkildə çalışmaqdadır. Onların üstün güc və bilik sahibi Allah tərəfindən yaradıldığı və elə Onun tərəfindən də idarə edildiyi ağıl və vicdan sahibi olan heç kimdə şübhə doğurmamalıdır.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.
2 Responses
  1. ayla semedli says:

    fizika gözəllikdi.heyrətlənməmək mümkün deyil!!!!!

  2. Perviz says:

    Salam.
    Men Kainatin yaradilişi,Paralel Dünyalar,Qravitasiya sahesi haqqinda tedqiqatlar apariram..
    15 yașim var..yaxin zamanda tedqiqatlarimi dünya ile paylaşacam..dostlarim mene “dabbetül-arz” deyirler..amma inanmiram ki,men qiyamet gününün xeberçisiyem..

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)