Orqanlar bio-printerlərdə “çap” ediləcək

Həkimə getmək, əməliyyat olunmaq və ya orqan nəqli üçün gözləmək… Bu problemlərin həlli çap texnologiyasının inkişafı ilə aradan qalxacaq. Onsuz da artıq 3 ölçülü çap texnologiyası ilə demək olar ki, hər şeyi çap etmək mümkündür.

Nə zaman olacağı hələ dəqiq bilinməsə də, çox yaxın gələcəkdə insanlar öz kök hüceyrələrindən mürəkkəb düzəldərək ev şəraitində orqanlarını çap edə biləcəklər. Bu bəlkə də bizim üçün aktual deyil, amma San-Dieqodaki bir dərman firması bunun xəyalını qurur.

Kaliforniyadakı “Orqanovo” firmasında çalışan elm adamları avstraliyalı mühəndis firması “İnvetech”lə birlikdə bu xəyalı həyata keçirməyə başlayıblar.

Keyt Mörfi dünyanın ilk insan toxuması çap edə bilən bio-printerini inkişaf etdirməklə məşğul olan qrupun rəhbəridir. Qrupun məqsədi gələcəkdə bu printer sayəsində orijinalının demək olar ki, eynisi olan insan orqanı çap etməkdir.

Printerin “mürəkkəbi”: insan hüceyrəsi

Üç ölçülü çap texnologiyası tibb sahəsinə uyğunlaşdırılır. İstifadə edilən mürəkkəb insan hüceyrəsindən, toxuma isə xüsusi geldən meydana gəlir.

Keyt Mörfi: “İki ayrı printer fərqli maddələr çap edir. Hüceyrələr bir tərəfdə, toxumaya formasını verən gel başqa tərəfdədir. 20 mikron xəta payı ilə çap edilən hüceyrələr birləşdirildikdə toxuma əldə edilir”.

Çox steril şəraitdə 30 nəfər mühəndis və bioloq görüntülənə bilən hüceyrə quruluşu və toxuma üzərində çalışır.

Yağlı toxumadan və ya sümük iliyindən götürülən kök hüceyrələrdən mürəkkəb əldə edilir. Bu sayədə hüceyrələrin eyni xassəli olması təmin edilir. Bir millimetrlik toxuma üçün milyonlarla hüceyrə tələb olunur.

Firma ürək əzələsi, ağciyər və ya damar toxuması çap edə bilir, amma bütöv bir orqanı çap etmək yəqin ki, uzun müddət mümkün olmayacaq. Buna səbəb isə damarı çap etməyin hələ ki mümkün olmamasıdır.

Keyt Mörfi: “Damar istehsalında məhdud imkanlarınız varsa, damarın qalınlığı üzərində işləmək imkanı da məhdud olur. Hələ ki, 1mm-dən kiçik ölçülərdə işləyə bilirik. Gələcəkdə damar sistemini istehsal edə bilsək, daha geniş toxumalar üzərində işləməyi düşünməyə başlayacağıq”.

 Orqan çap etməyin üstün cəhəti risk amilinin olmamasıdır. Xəstədən götürülən  hüceyrələrlə çap edilən orqanları xəstənin orqanizminin qəbul etməməsi kimi bir hal mövcud deyil.

 Toxumalar təkcə orqan çap etmək üçün inkişaf etdirilmir. Toxumaların dərman sənayesində də böyük rolu var. Dərmanların və kimyəvi maddələrin insan üzərindəki təsiri əvvəlcə bu toxumalarda test edilərək müəyyən edilir. Bio-printerlərlə əldə edilən orqanlar xroniki orqan çatışmazlığı və nəqli üçün orqan gözləməyi də aradan qaldıracaq.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)