B12 VİTAMİNİNİN SƏYAHƏTİ

b12Mədə seliyinin bir xüsusiyyəti də qan hasil edən sümük iliyinə kömək etməsidir. Orqanizm üçün böyük əhəmiyyətə malik B12 vitamininin sümük iliyinə çatdırılmasını təmin edir. B12 vitamininin sümük iliyinə qədər səyahəti və mədə seliyinin bu səyahətdəki rolu təhlil edildikdə mikroskopik səviyyədə baş verən möcüzə ilə qarşılaşırıq.

B12 vitamini insan orqanizminə daxil olduqdan sonra həzm sistemi boyu hərəkət edir. Daha sonra nazik bağırsaqdan qan dövranına keçərək qana qarışır və sümük iliyi hüceyrələrinə çatır.

B12 vitamini nazik bağırsaqda həzm olunur. Ancaq nazik bağırsaqdakı hər hansı həzm hüceyrəsi B12 vitaminini tutmur. Nazik bağırsağın kiçik bir bölgəsində ancaq B12 vitaminini tutan xüsusi hüceyrə qrupu var. Bu hüceyrə qrupu bütün həyatlarını möcüzəvi şəkildə ancaq B12 vitaminini tutmağa həsr edirlər. Bu hüceyrələr trilyonlarla molekulun arasından B12 vitaminini ayırd edib tuturlar. Bəs bu hüceyrələr B12 vitaminini necə tanıyıb digər maddələrdən ayırd edirlər? B12 vitaminini tutmaqla məsul olduqlarını haradan bilirlər?

 

Bu hüceyrələrin B 12 vitaminini tutarkən göstərdiyi ağıl, əlbəttə, təsadüfən meydana gələ bilməz. Aydındır ki, bu sistemi üstün və güclü olan uca Allah xüsusi yaratmışdır. Sistemi bir az dərindən təhlil etdikdə daha çox möcüzəvi yaradılış dəlilləri ilə qarşılaşırıq.

Nazik bağırsaqdakı hüceyrələr sərbəst haldakı B 12 vitaminini tanımırlar. Bu hüceyrələrin B 12 vitaminini tanıması və tutması üçün B 12 vitamini xüsusi molekul ilə işarələnməlidir. Əlbəttə, bu ehtiyac da nəzərə alınmış və B 12 vitamininin bağırsağa çatmadan işarələnməsini təmin edən sistem qurulmuşdur.

B 12 vitamini hələ mədədə olarkən mədə hüceyrələri B 12 vitamini üçün xüsusi molekul hasil edirlər. Həmin molekul B 12 vitamininin səyahətinin növbəti mərhələlərində ehtiyacı olan “şəxsiyyət vəsiqəsidir”. Bu vəsiqə B 12 vitamininə möhkəm yapışır və B 12 nazik bağırsağa doğru səyahətinə davam edir.

Nazik bağırsaqda ancaq B 12 vitaminini tapmaqla məsul olan sərhəd gözətçiləri (xüsusiləşmiş hüceyrə qrupu) B 12 hüceyrəsinin qan dövranına keçməsini təmin edəcəklər. Ancaq bu gözətçilər sərbəst haldakı B 12 vitaminini tanımırlar.  Məhz bu mərhələdə B 12 vitamininin köməyinə əlindəki “şəxsiyyət vəsiqəsi” çatır. Sərhəd gözətçiləri “şəxsiyyət vəsiqəsi” sayəsində trilyonlarla molekulun arasından B 12 vitaminini tanıyırlar. Sonra “şəxsiyyəti müəyyən edən” bu  molekulun köməyi ilə B 12 vitaminini qan dövranına daxil edirlər. Beləliklə, B 12 qan yolu ilə sümük iliyinə gedir.

Göründüyü kimi, mədə hüceyrələri B 12 vitamininin orqanizm üçün əhəmiyyətindən xəbərdardırlar. Bundan əlavə, bağırsaq hüceyrələrinin B 12 vitaminini tanımaq üçün işarəyə ehtiyacı olduğunu bilir və bu işarə molekulunu xüsusi hasil edirlər. Gözləri, əlləri və beyni olmayan bağırsaq hüceyrələri də bu işarəni tanıyır və B 12 vitaminini tuturlar.

Bir cəhəti də unutmaq olmaz: bütün bu hadisələr nəticəsində mənimsənən B 12 vitamininin nə mədə hüceyrəsinə, nə də bağırsaq hüceyrəsinə faydası var. B 12 vitamini çox uzaqda – sümük iliyində istifadə olunur. Bu vitamin sayəsində insan orqanizmində qan hasil edilir və insanın həyatını davam etdirməsi təmin olunur.

Təkcə bir vitaminin səyahəti və bu səyahətdəki təfərrüatlar belə insan orqanizmində qurulmuş sistemin qüsursuzluğunu göstərmək baxımından kifayətdir.

Şübhəsiz ki, bu proseslərin şüurla həyata keçirilməsi hüceyrələrin iradəsi ilə baş vermir. Çünki hüceyrələr şüursuz atomların birləşməsindən ibarət quruluş vahidləridir. Hüceyrənin içində şüur, iradə axtarmaq mənasızdır. Buradakı sistemi yaradan  hər şeyi yoxdan var edən aləmlərin Rəbbi uca Allah`dır.

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)