Ağcaqanad ağrısız inyeksiyaya ilham mənbəyi olur

images (1)Ağcaqanadların qurbağalara yem olmaqdan əlavə faydaları da var. Osaka Kanzay Universitetinin mexanika mühəndisi Seyci Aoyaqi həmkarları ilə birlikdə ağcaqanadın xortumundan ilham alaraq ağrısız dərialtı iynə icad edib. Bu iynənin ağrısız olması onun xarici səthinin hamarlığından deyil, nahamarlığından qaynaqlanır.

Ağcaqanadın sancdığı yer qaşınır və qaşınma ağcaqanad iynəsini çıxardıqdan sonra başlayır. Bu da həşəratın yeritdiyi antikoaqulyantda olan bakteriyalarla əlaqədardır. İlkin “sancma” demək olar ki, hiss edilmir. Axı bu necə mümkündür?

Ağcaqanadın xortumunda qanı soran daxili boruşəkilli labrum (üst dodaq) yerləşir. Bu boruşəkilli labrum iki uzun dişli çənələrin ortasındadır. Əvvəlcə dişli çənələr dərini deşir və içəri daxil olur, daha sonra boruşəkilli üst dodaq (labrum) onların arasından sıyrılıb dəriyə girir. Çənələrin səthi dişli olduğuna görə onlar dəridəki sinirlərlə minimum səviyyədə təmasda olurlar. Bundan fərqli olaraq, hamar səthli polad iynələr dəridəki sinirlərlə maksimum təmasda olur ki, bu, daha çox ağrı verir.

Professor Aoyaqinin silikondan düzəltdiyi iynə labrum (üst dodaq) və çənələrin təqlidindən ibarətdir. İki ədəd nizəyə bənzər, dişli oxlar dərini deşir, sonra dərman yeridən/qan götürən hamar borucuq onların arasından sıyrılıb aşağıya doğru hərəkət edərək xəstəyə ancaq iti ucu ilə toxunur. Ağcaqanadlar çənəciklərin dərini daha rahat deşməsi üçün xortumların titrədirlər. Aoyaqi bu xüsusiyəti də təqlid edib. Belə ki, aparatın hər üç hissəsi kiçik piezoelektrik kristal mühərriklə 15 hertz titrədilir.

Bu çox incə iynədir. Uzunluğu cəmi 1mm, diametri 0.1mm, divarları ilə birlikdə qalınlığı 1.6 mikrometr təşkil edir. Maye yığım qabının eni 5mm təşkil edir. İynəni sınaqdan keçirmək üçün Aoyaqinin Kanzay tədqiqat qrupu içində qırmızı maye olan, dərinin müqavimətinə uyğun silikon rezini deşib mayeni yığım qabına uğurla çəkiblər.

İnsanlar üzərində aparılan təcrübə nəticəsində müəyyən olunub ki, ənənəvi dərialtı iynəyə nisbətən bu iynə çox ağrısız olur. Ancaq iynədən sonrakı narahatlıq daha uzun çəkir. Aoyaqinin fikrincə, iynə ağcaqanad xortumuna daha yaxın təqlid olunarsa (yeddi ağız orqanını tamamilə təqlid etmək mümkün olarsa), iynə dəriyə daxil olduqdan sonra onu sabit saxlayan sistem də daxil olmaqla narahatçılıq azaldıla bilər.

O ümid edir ki, bu iynə laboratoriyalarda analiz götürmək üçün və ya daha da təkmilləşdirilərək diabet xəstələrinin bədənlərinə daimi qoşulan kiçik yoxlama cihazı kimi istifadə oluna bilər.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)