Çayı qarışdırmaq, qəzetin səhifələrini çevirmək, yazı yazmaq kimi adi görünən fəaliyyətləri həyata keçirən əlimiz, əslində, inanılmaz mühəndislik əsəridir. Əl standart quruluşa malik olmasına baxmayaraq, bir-birindən çox fərqli istifadə sahələrində işləyir. Çoxlu sayda əzələ və sinirə malik qollarımız şərtlərə uyğun olaraq əlimizin güclü və ya yumşaq tutmasını təmin edir. Məsələn, insan əli yumruq kimi sıxılmamış vəziyyətdə ikən hər hansı cismin üzərinə 45 kiloqramlıq güclə zərbə endirə bilər, digər tərəfdən baş barmaq və şəhadət barmağı arasında tutduğu millimetrin onda biri qədər naziklikdəki kağız parçasını hiss edə bilər.
Göründüyü kimi, hər iki iş bir-birindən tamamilə fərqlidir. Biri çox incə əyar, digəri isə tam əksinə, böyük güc tələb edir. Lakin biz kağızı alarkən də, yumruq vurarkən də 1 saniyə belə necə etməyi, ikisi arasındakı güc fərqini tənzimləməyi belə düşünmürük. “İndi bir kağız götürəcəyəm, yaxşısı budur ki, 500 qramlıq güc tətbiq edim, indi də su dolu vedrəni qaldıracağam, bunun üçün 40 kiloqramlıq güc tətbiq edim”, – demirik. Bunlar ağlımıza belə gəlməz.