XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz Pol Devis (Paul Davies), Arno Penzias, Fred Hoyl (Fred Hoyle), Rocer Penrouz (Roger Penrose) kimi elm adamlarının heç biri dindar elm adamları deyil. Elmlə məşğul olarkən Allahın varlığına dəlil axtarmaq niyyəti ilə hərəkət etməyiblər. Lakin hamısı, bəlkə də əksəriyyəti bunu heç istəmədiyi halda, kainatın yalnız fövqəladə yaradılışla izah olunacağı nəticəsinə gəlibdirlər. Amerikalı astronom Corc Qrinsteyn (George Greenstein), “the symbiotic universe” (“simbiotik kainat”) adlı kitabında bu həqiqəti belə etiraf edir:
“Bu, (fizika qanunlarının həyat üçün xüsusi olaraq yaradılmış olması) necə mümkün ola bilər?.. Dəlilləri araşdırdıqca, həmişə mühüm bir həqiqətlə qarşılaşırıq; bir fövqəltəbii Ağıl işə araya girmiş olmalıdır. Yoxsa görəsən bir anda, qətiyyən bu niyyətə sahib olmamağımıza baxmayaraq, ilahi bir Varlığın olduğuna dair elmi dəlillərləmi üz-üzə gəlirik?”(1)
Bir ateist olan Qrinşteyn (Greenstein) “görəsən” deyə başlayan sualıyla, gördüyü açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyə çalışır. Lakin mövzuya daha ön mühakiməsiz yaxınlaşan bir çox elm adamı, kainatın Allah tərəfindən insanın yaşaması üçün xüsusi olaraq yaradıldığını qəbul edir. Amerikalı astrofizik Hyu Ros (Hugh Ross), “dizayn və antropik prinsip” başlıqlı bir məqaləsini bu sözlərlə bitirir:
“Ağıllı və üstün bir Yaradıcı kainatı yoxdan yaratmış olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Yer planetini dizayn etmiş olmalıdır. Eləcə də, ağıllı və üstün bir Yaradıcı həyatı dizayn etmiş olmalıdır”.(2)
Beləliklə də, elm yaradılışı sübut edir: Allah vardır və ətrafınızda gördüyünüz və ya görə bilmədiyiniz bütün varlıqların Yaradıcısıdır. O, göylərin və yerin, kainatdakı böyük tarazlıq və nizamın yeganə sahibidir.
Materializm isə, artıq elmin hüdudlarından sıxışdırılıb çıxardılmış batil bir inanc kimi yaşayır. Amerikalı genetik Robert Qriffits (Robert Griffiths), bu həqiqəti; “özüylə mübahisə etmək üçün bir ateist axtardığım vaxt, (universitetin) fəlsəfə bölməsinə gedirəm. Lakin fizika bölməsindən, artıq bu cür insanlar elə də çıxmır” deyərək zarafatla ifadə edir.(3) Bir sözlə, kainatdakı hansı fiziki qanun, hansı dəyişən araşdırılsa, bunların insanın yaşamasına imkan verə biləcək xüsusi qiymətlərə sahib olduğu görülür. Pol Devis (Paul Davies) bunun nəticəsini “the cosmic blueprint” (“kosmik plan”) adlı kitabının son abzasında “bir dizayn olduğu düşüncəsi, kəskin şəkildə qalib gəlir” deyə bildirir.(4)
Əlbəttə ki, kainatın “dizayn olunmuş” olması, Allah tərəfindən yaradılıb nizamlanmış olması deməkdir. Kainatdakı həssas tarazlıqlar, canlı-cansız bütün varlıqlar Allahın üstün yaratma sənətinin açıq-aydın dəlillərindəndir. Hal-hazırda elmin gəldiyi bu nəticə isə, Quranda bundan 14 əsr əvvəl bildirilmiş bir həqiqətin müəyyənləşdirilməsindən başqa bir şey deyil. Bu həqiqət Quranda belə bildirilir:
Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər ucadır. (Əraf surəsi, 54)
1) George Greenstein, The Symbiotic Universe, səh. 27
2) Hugh Ross, “Design and the Anthropic Principle”, Reasons To Believe, CA, 1988
3) Hugh Ross, The Creator and the Cosmos, səh. 123
4) Paul Davies, The Cosmic Blueprint, London: Penguin Books, 1987, səh. 203
Leave a Reply