Tag-Archive for » Allahin nizami «

Canlılardakı instinktiv davranışların mənbəyi Allahın ilhamıdır

İnstinktlərin mənşəyi

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Təkamülçü genetik Gordon Rattray Taylor, The Great Evolution Mystery adlı kitabında instiktlərlə əlaqədar bu çıxılmaz vəziyyəti belə etiraf edir:

İnstiktiv bir davranış ilk olaraq necə ortaya çıxır və bir növdə irsi olaraq necə yerləşir deyə soruşsaq, bu suala heç bir cavab tapa bilmərik.1

Təkamülçülərə görə, instinktlər canlıların genlərində proqramlanmış davranışlardır. Bu izaha əsasən, məsələn, bal arısı olduqca müntəzəm və riyaziyyat möcüzəsi olan altıbucaqlı pətəkləri instinktləri ilə inşa edir. Başqa sözlə, yer üzündəki bütün bal arılarının genlərində qüsursuz altıbucaqlı pətək inşa etmə instinkti proqramlanmışdır.

Məşhur alimlər kainatın yaradıldığını qəbul edir

istock_000068588675_full_wide-08f4003d4700b3f2d1a32e208cea0988459161a1-s900-c85XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.

Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. davamı »

Böyük partlayış nəzəriyyəsinin dəlilləri

13062651_10153575003433317_962679020_oKainatın böyük bir partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova görə, əgər kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı və bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi. Bu fərziyyənin yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. davamı »