“Adaptasiya” yanılmasına qarşı xəbərdarlıq

Bu başlıqda üzərində yaşadığımız yer kürəsi planetinin həyat üçün xüsusi olaraq yaradıldığını və bütün xüsusiyyətlərinin bu məqsəd əsasında təşkil olunduğunu araşdıracağıq. Lakin bundan əvvəl, mövzunun doğru şəkildə aydınlaşması üçün xatırlatma etməkdə fayda var. Bu xatırlatma xüsusilə təkamül nəzəriyyəsini elmi həqiqət zənn etməyə alışmış və “adaptasiya” anlayışına qəti şəkildə inanan insanlar üçündür.

Adaptasiya “uyğunlaşmaq” deməkdir. Bütün canlıların ortaq bir əcdaddan təsadüflərlə törədiklərini müdafiə edən təkamül nəzəriyyəsi isə, adaptasiya anlayışından tez-tez istifadə edir. Təkamülçülər canlıların yaşadıqları mühitlərə uyğunlaşa-uyğunlaşa sonunda yepyeni canlı növlərinə çevrildiklərini iddia edirlər. Bu iddianın əsassızlığını, canlıların təbii mühit şərtlərinə uyğunlaşma mexanizmlərinin sadəcə müəyyən sərhədlər çərçivəsində gerçəkləşdiyini və əsla bir növü başqa bir növə çevirə bilməyəcəyini başqa işlərimizdə nəzərdən keçirmişdik. Əslində adaptasiya ilə təkamül keçirmə anlayışı Lamark (Lamarck) dövründəki primitiv elm anlayışından qalmışdır və çoxdan elmi kəşflər tərəfindən rədd edilmişdir.

Lakin elmi təməli olmamasına baxmayaraq, adaptasiya fikri əksər insana təsir edir. Xüsusilə də burada bəhs edəcəyimiz mövzu cəhətdən. Bu insanlar, özlərinə yer kürəsinin həyat üçün xüsusi yaradılmış bir planet olduğu deyildikdə, dərhal; “bu cür bir planetin şəraitində belə bir həyat meydana gəlibsə, başqa planetlərdə başqa cür həyatlar meydana gələ bilər” düşüncəsinə qapılırlar. Məsələn, yer kürəsində bizim kimi insanlar yaşadığı bir vaxtda, Pluton kimi bir planet üzərində isə, -238⁰ C dərəcədə tərləyən, oksigen əvəzinə heliumla tənəffüs edən və ya su əvəzinə sulfat turşusu içən kiçik yaşıl insanların yaşaya biləcəyini düşünürlər. Hollivud studiyalarında tərcümə edilən və bu xəyali kiçik yaşıl insanları əks etdirən bəzi elmi-fantastik filmlər də, bu insanların xəyal güclərini artıqlamasıyla bəsləyir.

Halbuki bu xəyal gücünün altında cəhalət yatır. Necə ki, biologiya və biokimya haqqında məlumat sahibi olan təkamülçülər bu cür fantaziyaları müdafiə etməzlər. Çünki həyatın yalnız müəyyən elementlər və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud ola biləcəyini çox yaxşı bilirlər. Kiçik yaşıl insanlar nağılını müdafiə edənlər, demək olar ki, həmişə təkamül anlayışına kor-koranə inanan, lakin biologiya və biokimya haqqında elə də bir şey bilməyən və bu məlumatsızlığın verdiyi cəsarətlə uydurma ssenarilər yaradan insanlardır.

Bundan ötrü də, bəhs olunan adaptasiya yanılmasını ortadan qaldırmaq üçün, bunu qeyd edək: Həyat yalnız müəyyən elementlər və müəyyən şərtlər təmin edildiyi təqdirdə mövcud ola bilər. Elmi həqiqəti olan yeganə həyat modeli “karbon əsaslı bir həyat”dır və elm adamları kainatın heç bir nöqtəsində başqa cür bir fiziki həyatın ola bilməyəcəyi nəticəsinə gəliblər.

Karbon, dövri cədvəldə altıncı elementdir. Bu atom yer kürəsindəki həyatın təməlidir, çünki bütün əsas üzvi molekullar (amin turşuları, zülallar, nuklein turşuları kimi) karbon atomunun bəzi digər atomlarla müxtəlif formalarda birləşməsiylə meydana gələr. Karbon, hidrogen, oksigen və azot kimi digər atomlarla birləşərək bədənimizdəki milyonlarla fərqli zülal növünü meydana gətirər. Karbonu əvəz edə biləcək hər hansı element yoxdur, çünki sonrakı hissələrdə araşdıracağımız kimi, başqa heç bir element, karbon kimi sonsuz növdə rabitə yaratma xüsusiyyətinə sahib deyil.

Dolayısilə kainatdakı hər hansı bir planetdə həyat meydana gələcəksə, bu mütləq “karbon əsaslı” bir həyat olmalıdır.(1)

Karbon əsaslı həyatın isə, bəzi dəyişməz qanunları vardır. Məsələn, karbon əsaslı üzvi birləşmələr (misal üçün zülallar) yalnız müəyyən temperatur intervalında meydana gələ bilərlər. 120⁰ C-dən yüksək temperaturda parçalanmağa, -20⁰ C-dən aşağı temperaturda isə, donmağa başlayarlar. Yalnız temperatur deyil, işıq, cazibə, atmosfer tərkibi, maqnit qüvvəsi kimi amillər də karbon əsaslı həyatın yaranmasına imkan vermək üçün, çox kiçik və bəzi məlum hüdudlar çərçivəsində olmalıdırlar. Yer kürəsi məhz bu olduqca kiçik və müəyyən çərçivədəki hüdudlara malikdir. Əgər bu hüdudların kənarına çıxılsa, məsələn, yer kürəsinin səth temperatu 120⁰ C-ni keçsə, artıq yer kürəsində həyat ola bilməz.

Buna görə də, nə yer kürəsinin, nə də digər bir planetin üzərində -238⁰ C-də tərləyən, oksigen əvəzinə heliumla tənəffüs edən və ya su əvəzinə sulfat turşusu içən kiçik yaşıl insanların yaşaması qeyri-mümkündür. Həyat, ancaq çox özünəməxsus və müəyyən şərtlərin yerinə yetirildiyi bir mühitdə meydana gələ bilər. Digər bir sözlə, canlılar, ancaq özləri üçün xüsusi olaraq yaradılmış bir məkanda yaşaya bilərlər.

Yer kürəsi Allahın həyatın mövcud olması üçün, yaratdığı xüsusi məkandır.

1) Michael Denton, Nature’s Destiny, səh. 106

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)