Bir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.
Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.
Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir.
Qlobin zülalı üzərində tədqiqat aparan Ceffris bu tədqiqat zamanı nukleotid ardıcıllığının insandan-insana barkod sistemi kimi fərqləndiyini, hər kəsin DNT-sinin özünəməxsus sistem olduğunu müəyyən etmişdir.
Bu yolla səhv etmə riski, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir tapılmağa başlamışdı. Çünki DNT izi (nukleotid ardıcıllığı) 99,99% ehtimalla bizə düzgün məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil.
Bu metodla hər canlının xüsusiyyətini öyrənmək mümkündür. Məsələn, haqqında heç bir məlumatımız olmayan 5 ədəd qan nümunəsinin DNT-sindən bunların hansı canlılara aid olduğunu müəyyən etmək mümkündür.
Quş, pişik, insan, balıq, dovşan. Qan nümunələri bizə məlumatları dərhal verir. Ona görə, hər hansı qan nümunəsinin kimə aid olduğunu dərhal öyrənə bilirik.
Bu məlumatları saç teli, tük, kəpək, dəri, qan, tüpürcək, ağız hüceyrələri, dırnaq vasitəsilə də asanlıqla əldə etmək mümkündür. Bir neçə saat ərzində avtomatik cihazlarla DNT izi çıxarma prosesi asanlıqla həyata keçirilir. Hətta 300 min il əvvəldən qalmış mumiyanın DNT-sindən belə DNT izini əldə etmək mümkündür.
Bir tük kökü bizim üçün çox kiçik hissədir, ancaq mikro səviyyədə bir tük kökündə minlərlə hüceyrə yerləşir. Bir hüceyrənin DNT-sindən isə insanın kim olduğunu öyrənə bilirik. Bu, Allahın yaratdığı möcüzədir.
Məsələn, 1953-cü ildə DNT spiralını ilk dəfə kəşf edən Uotson öz DNT-sini təhlil etmiş və soyunun Afrikadan gəldiyini öyrəndikdə təəccüblənmişdi.
Bu tədqiqatda əsasən, yanağın daxili tərəfindəki mukoz hüceyrələrindən istifadə edilir. Hüceyrələrin membranı parçalanaraq DNT üzə çıxarılır. Bunun üçün toz halda məhluldan və DNT-nin sarındığı zülalları parçalayan fermentlərdən istifadə edilir. Bu proses 1-2 saat davam edir. Keyfiyyəti yoxlamaq üçün həyata keçirilən bir növ nəticəni təsdiqləmə prosesi isə 2-3 saat əlavə vaxt tələb edir.
Əldə az miqdarda DNT varsa, bunu çoxaltmaq da mümkündür. Məsələn, bir tükdən əldə edilən DNT kifayət etməsə, bunu çoxaltmaq üçün 2-3 saat davam edən polimeraz zəncirvarı reaksiyası (PCR) metodundan istifadə edilir. PCR ilə çoxaldılan DNT molekulları 2-3 saat davam edən elektrofrez metodu ilə elektrik sahəsində hərəkət etdirilirlər. Yəni bir cihaz hər kəsdə fərqli olan nukleotid ardıcıllığındakı A, T, Q və S molekullarını oxuyur. Nəticədə, mütəxəssislər insanın DNT izini təhlil edir, onun barkodunu çıxarırlar.
Bir DNT-nin qoyduğu diaqnozu biz əsla edə bilmərik. Bir DNT-də insana və canlıya aid ensiklopediyalar dolusu məlumat qeyd olunmuşdur.
Əlimizdə 1000 illik kəllə sümüyü olduğunu fərz edək. Bir kəsə: “Bu insanın qaşı, göz rəngi, saç rəngi, boyu haqqında bizə doğru məlumat ver”, -deyək. Buna kimsə doğru cavab verə bilməz. Gözlə belə görünməyən DNT-nin içində isə həmin insana aid hər cür məlumat var.
Bu, Allahın yaratma sənətinin nümunələrindən biridir. Allah yaratdığı şeylərdə Yaradanın mövcud olduğuna dair insanları düşündürən işarələr şifrləmişdir. Kainatda mövcud olan hər şey bizə Allahın varlığını sübut edir. Heç nəyin təsadüfən öz-özünə əmələ gəlməsinin mümkün olmadığını alimlər çox yaxşı bilirlər.
Mənbə: Bilim Teknik, May, 2014
Leave a Reply