Nəfəs alarkən qarşılaşdığımız təhlükə

Burnumuzun əsas funksiyası nəfəs aldığımız havanın içindəki toz zərrəciklərinə, bakteriya və mikroblara mane olmaq, beləcə, ağciyərdə əmələ gələcək xəstəliklərin qarşısını almaqdır.

Bu mükəmməl təhlükəsizlik mexanizmi belə işləyir: havadan daxil olan zərərli zərrəciklər tənəffüs yollarının səthindəki nəmləndirici selik təbəqəsi tərəfindən tutulur. Sonra silia adlanan kirpikciklər işə düşür. Tərkibində zərərli maddələr olan seliyi kirpikciklər dəqiqədə 1 sm sürətlə udlağa doğru itələyir, daha sonra öskürəklə xaric edilir və ya udularaq mədədəki turşularla məhv edilir. Burada ümumi izah etdiyimiz bu proseslər, əslində, çox mürəkkəbdir. Belə ki, milyonlarla kirpikciyin mütəşəkkil halda necə hərəkət etdiyi və iş mexanizminin təfərrüatları hələ tam məlum deyil. Selik təbəqəsi, selik ifraz edən hüceyrələr və kirpikciklər mükəmməl kimyəvi təmizləmə sistemi meydana gətirirlər. Bu təmizləmə sistemi elə qüsursuz işləyir ki, orqanizmimiz üçün nəyin lazımlı, nəyin təhlükəli olduğunu dərhal müəyyən edir və lazımi tədbirləri görür.

Burada açıq-aydın həqiqət var: burundakı klima (hava tənzimləyici), təhlükəsizlik və təmizləmə mexanizmləri mükəmməl mühəndislik nümunələridir. Bu sistemlər insanlar heç fərqində olmadan Allahın ilhamı ilə fasiləsiz işləyir. Biz gözlə görünməyən kirpikciklər sayəsində bəzi xəstəliklərdən qorunuruq. Bunlar Allahın qüsursuz yaratma dəlillərindəndir.

İnsan isə bu möhtəşəm sənət üzərində dərin-dərin düşünməli və hər şeyin yeganə hakimi olan Allaha təslim olmalıdır.

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)