Bunları bilirdinizmi?

yer kuresiYer kürəsinin məhz lazımi ölçüdə olduğunu…

Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.

Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:

Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4)

Quş tüklərinin xüsusiyyətlərini…

qus tukuQuşun qarın nahiyəsindəki tüklərlə qanad və quyruq tükləri üstün yaradılışına görə bir-birindən fərqli xüsusiyyətlərə malikdir. Böyük tüklərdən əmələ gələn quyruq tükləri sükan və əyləc funksiyasını yerinə yetirir. Qanad tükləri isə qanad çırpma zamanı açılaraq qanadın səthini genişləndirir və qaldırma qüvvəsini artırır. Quş qanadını aşağıya doğru çırparkən tüklər bir-birlərinə yaxınlaşaraq aralarından havanın sızmasının qarşısı alınır. Qanadlar yuxarıya doğru qalxarkən tüklər tamamilə açılaraq aralarından havanın keçməsi üçün əlverişli forma alırlar. Quşlar uçma qabiliyyətlərini qorumaq üçün müəyyən dövrlərdə tüklərini tökürlər. Köhnəlmiş və ya didilmiş tüklər funksiyalarını tam yerinə yetirə bilmədiyinə görə, sürətlə yenilənirlər.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)