Tag-Archive for » planetler «

Günəş sistemindəki həssas nizam

niKainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. davamı »

Günəş sistemindəki planetlər

0d6382bd_solar-system-mean_2c8b45272794e194“Yer kürəsi; atmosferi və okeanlarıyla, mürəkkəb biosferiylə, uyğun şəkildə oksidləşdirilmiş qabığıyla, zəngin silisium yataqlarıyla, çökmə və ya maqmatik süxurlarıyla, zəngin buzlaqları, səhraları, meşələri, tundraları, otlaq sahələri, şirin sulu gölləri, kömür və neft yataqları, vulkanları, heyvanları, bitkiləri, maqnit sahəsi, okean dibi relyefi və hərəkətli maqmasıyla… heyrətləndirəcək dərəcədə mürəkkəb sistemdir”.

(Amerikalı geoloq C. S. Levis (J. S. Lewis),)(1)

Əgər Günəş sistemində bir səyahətə çıxsanız, olduqca qəribə bir mənzərə ilə qarşılaşarsınız. Səyahətə sistemin ən kənarından başladığınızı fərz edək. İlk qarşılaşacağınız planet Pluton olacaq. davamı »

Yerin kütləsi və maqnit sahəsinin həyat üçün əhəmiyyəti

429ac31e_yerin-maqnit-sahesiYerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? davamı »

Bunları bilirdinizmi?

yer kuresiYer kürəsinin məhz lazımi ölçüdə olduğunu…

Yerlə Günəş arasındakı məsafə, Yerin fırlanma sürəti və forması qədər ölçüsü də vacibdir. Yer kürəsini kütləsinin sadəcə 8%-i böyüklükdə olan Merkuri və ya Yerdən 318 dəfə artıq kütləyə malik Yupiterlə müqayisə etdikdə planetlərin çox fərqli ölçülərdə olduğunu görürük. Bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilməyib.

Yer kürəsinin xüsusiyyətlərini təhlil etdikdə yaşadığımız bu göy cismini Allah’ın məhz lazımi böyüklükdə yaratdığını görürük. Amerikalı geoloqlar Press və Siver Yerin bu uyğunluğu haqqında belə məlumat verirlər:

Yer kürəsi məhz lazımi böyüklükdədir. Daha kiçik olsaydı, yerin cazibə qüvvəsi çox zəifləyər və atmosferi ətrafında saxlaya bilməzdi, daha böyük olsaydı, bu dəfə də yerin cazibə qüvvəsi çox artar və bəzi zəhərli qazları da saxlayaraq atmosferə öldürücü xüsusiyyət qazandırardı… (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »