Arı beyni daha ağıllı robotların düzəldilməsinə ilham verir

ariArıların ətraf mühiti necə qavramasının öyrənilməsi robotların daha müstəqil olmalarına kömək edə bilər.

Bal arısının beyni yaxın gələcəkdə robotların daha müstəqil hərəkət etməsinə kömək edəcək.

Arıların duyğu orqanlarının simulyasiyasının hazırlanması üçün iybilmə və görmə duyğuları 1 milyon avro dəyərindəki bir layihə çərçivəsində tədqiq olunur.

Uçan robota tətbiq olunan arı beyninin simulyasiyası onun təhlükəsiz naviqasiya etmək üçün qərar qəbul etməsinə kömək edəcək.

Bu robot xilasetmə əməliyyatlarında və ya fermalarda bitkilərin mexaniki tozlandırılması üçün istifadə oluna bilər.

Şeffild və Susseks universitetlərindən alimlərin cəlb olunduğu tədqiqatlarda məqsəd arının sinir sisteminin modelini düzəltməkdir.

Duyğu orqanlarının işlək modeli robotda qurulacaq və onun bal arısı kimi həssas uçma qabiliyəti sınaqdan keçiriləcək.

Layihənin kordinatoru, Şeffild universitetindən kompyuter mütəxəssisi Doktor Ceyms Marşal arı beynini simulyasiya etməyin süni intellekt sahəsində ən əsas çətinliklərdən biri olduğunu deyir.

İndiyədək süni beyin hazırlamaq cəhdləri insan, meymun və siçanın koqnitiv sistemləri əsasında qurulmuşdur.

“Lakin təəccüblüdür ki, kollektiv yaşayan həşəratlar kimi nisbətən sadə canlılar daha mükəmməl koqnitiv qabiliyyətlərə malikdirlər”, – dr. Marşal deyir.

Məlumdur ki, bal arıları qüsursuz qabiliyyətləri sayəsində koloniyalarına və ya pətəyə geri qayıda bilirlər. Onlar günəşin mövqeyini istinad nöqtəsi kimi qəbul edir və yolu hesablayarkən günəşin hərəkətini nəzərə alırlar.

Dr. Marşal: “Bal arısının beyni təqlid etmək baxımından onurğalıların beyni ilə müqayisədə kiçik və əlverişli olduğuna görə, ümid edirik ki, bu beyin modelini təqlid edərək uçan robotu sınaqdan keçirə biləcəyik”, – deyir.

Hazırlanan sinir sistemi modelləri arı beynini təqlid etmək üçün güclü videokartlarla işləyəcək.

Bir çox elm adamı videokartdan elektron hesablama cihazları kimi istifadə edir, çünki videokartlar daha ucuz başa gəlir və istifadə cəhətdən ənənəvi superkompyuterlərdən daha asandır.

Tədqiqat qrupu ümid edir ki, süni arı beyni ilə işləyən robotlar sadəcə proqramlaşdırılmış tapşırıqlar yerinə yetirməyəcək, qəbul etdikləri informasiya əsasında qərar da verə biləcəklər.

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Heyvanlar Aləmi
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)