Hüceyrələrin dəyişməsindəki sirr

Bölünərək çoxalmaq üçün ilk hüceyrə öz surətini çıxarmalı, bu surətlər də növbələri çatdıqda bölünüb bənzər surətlər çıxarmalı, beləcə, tədricən eyni hüceyrədən milyonlarla surət meydana gəlməlidir. Lakin bütün bu proses göründüyündən də kompleks və əsrarəngizdir. Çünki bölünmə prosesinin bir mərhələsində surəti çıxarılan hüceyrələrdən bəziləri haradan gəldiyi bilinməyən əmrlə digər qardaşlarından fərqlənməyə və tamamilə fərqli quruluş almağa başlayırlar. Bu şəkildə, ortaq ana hüceyrədən gələn hüceyrələr bölünmə prosesi nəticəsində tədricən dəyişib ayrı-ayrı toxumaları və orqan sistemlərini əmələ gətirirlər. Bəzisi işığa həssas göz hüceyrələrini, bəzisi qaraciyər hüceyrələrini, bəzisi istini, soyuğu, ağrını hiss edən sinir hüceyrələrini və ya səs titrəyişlərini hiss edən hüceyrələri əmələ gətirirlər.

Bəs belə bir iş bölgüsü necə baş verir? Bir hüceyrə öz-özünə göz hüceyrəsi olmağa qərar verə bilmədiyinə görə bu qərarı kim verir?

Bu hüceyrələrin DNT-si, yəni genetik informasiyası eynidir. Aradakı fərq isə hasil etdikləri zülallardır. Müxtəlif zülallar hasil edən iki hüceyrə quruluş cəhətdən də fərqlənir. Bu qardaş hüceyrələr eyni hüceyrədən əmələ gəldiyi, eyni genetik informasiyaya malik olduğu halda, necə olur ki, birdən fərqli zülal hasil edib fərqli quruluş və xüsusiyyətlər qazanırlar? Tamamilə bir-birinin surəti olduğu halda, bir-birlərindən fərqli zülallar hasil etmək əmrini kim verir?

Təkamülün israrlı müdafiəçilərindən olan alman elm adamı Hoymar fon Ditfurt ana bətnindəki möcüzəvi inkişaf haqqında belə yazır:

“Bir yumurta hüceyrənin bölünməsinin necə olub bir-birindən o qədər fərqlənmiş çoxlu hüceyrənin əmələ gəlməsinə səbəb olduğu, bu hüceyrələr arasında öz-özünə olan rabitə və müştərək iş elm adamlarının anlaya bilmədiyi proseslərdəndir”. (Hoimar Von Dithfurth, “Dinozorların Sessiz Gecesi”, Alan Yayıncılık, cild 2, səh.126)

Təkamülün digər qabaqcıl müdafiəçiləri də bir hüceyrənin dəyişərək müxtəlif orqan və toxumaları əmələ gətirib 100 trilyon hüceyrədən ibarət insana çevrilməsini açıqlaya bilmir, bu möcüzəni “təkamülün qaranlıq nöqtəsi” adlandırırlar.

 

 

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Bölmə: Mikrodünya  Tags:
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)