Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?
O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi.
Bu müddət ərzində universitetdəki bir tələbəsi ilə də evləndi. Evləndikdən sonra arvadı təəccüblü həqiqətlə qarşılaşdı. Ərinin tələbəlik illərində birlikdə qaldığı otaq yoldaşı əslində heç vaxt olmamışdı. O bütün həyatı boyu bir nəfərlik otaqda qalmışdı. Gizli xidmətdə Uilyam Parçer adlı casus da, açılmalı olan Sovet şifrələri də yox idi. 1994-cü ildə Nobel mükafatı aldıqda əslində heç vaxt olmayan otaq yoldaşı və gizli casuslar hələ də onun gözünə görünür və onunla danışmağa çalışırdılar. O, dünyanın ən böyük riyaziyyat dühalarından biri qəbul edilən Con Neş idi. Və Con Neş şizofreniya xəstəsi idi…
Hər şizofreniya xəstəsində olduğu kimi zehni onunla müxtəlif oyunlar oynayırdı. Şizofreniya xəstələri ətraflarında əslində mövcud olmayan qoxu və səs kimi siqnalları qəbul edir və bunlara reaksiya verirlər. Oyanma göndərənlər görüntü formasında da olur: divarda cizgilər, ona baxan sifətlər, məxluqlar kimi… İnsan əslində mövcud olmayan qoxuları hiss edir və ya bədənində bir şey gəzindiyini hiss edir, Con Neşin gizli şifrələri açmağa çalışması kimi sabit fikrə bağlana bilir.
Artıq tibbi cihazlar sayəsində şizofren beyninin, sağlam insan beynindən fərqli olduğunu bilirik. Hər kəsin beyninin içində yan mədəciklər adlanan kiçik boşluqlar var. Bu boşluqların içi beyin və onurğa mayesi ilə doludur. Ətrafına çox reaksiya verməyən sakit şizofrenlərdə beyinin içindəki bu boşluq normal halda olduğunundan daha genişdir. Bu xəstələrdə böyük boşluğun yanında müəyyən müddət sonra beyin kiçilir və vəziyyətləri daha da ağırlaşır. Bir şizofrendə nəzərə çarpan başqa fərq alın və gicgahlarda maddələr mübədiləsinin azalması və buradakı hissələrin kiçilməsidir. Digər fərq isə beyinin talamus adlanan kiçik bölgəsinin çox kiçilməsi və buradakı sinir hüceyrələrinin sayısının azalmasıdır.
Bu gün elm adamları bu fərqləri bilmələrinə baxmayaraq, fərqlənmələrin səbəbinə dair dəqiq məlumatları yoxdur. Şizofreniya xəstəliyi bizlərə beynimizin nə qədər möcüzəli orqan olduğunu göstərir. Con Neş də bir çox insan kimi əvvəllər sağlam və normal şəxs idi. Amma bir gün tamamilə fərqli şəxsə çevrildi, bizim üçün normal olan səs, dad, görüntü kimi “qavrayışları qəbul etmək”də çətinlik çəkdi.
İnsan şüurlu olduğu üçün bütün varlıqlar içində ən üstünüdür. Ancaq bu üstünlüklə birlikdə hamımız qorunmağa möhtacıq. Elmin açıqlaya bilmədiyi səbəblərə görə bir anda əqli sağlamlığımızı itirə bilər, hisslərə qapılıb sayıqlayar, qarabasmalar görə bilərik.
Bir Saaatlıq Yaddaş
13 yanvar 1986-cı il. C. P. həmişə olduğu kimi kiçik qızını məktəbə aparmaq üçün yola çıxmışdı. Birdən qarşılarına çıxan avtomobillə toqquşdular. Kiçik qız heç bir yara almadan qəzadan xilas oldu, amma atasının təhlükəsizlik kəməri qopmuş, başı əvvəlcə avtomobilin ön şüşəsinə, sonra da yan şüşəsinə dəymişdi. Qəzadan sonra özünə gəldikdə qızını heç tanımadı. Qəzadan əvvəlki bütün hafizəsi silinmişdi, zehnində keçmişə dair ən kiçik bir iz belə yox idi. Danışmağı yenidən öyrənməli idi. Buna baxmayaraq, hərəkət qabiliyyətini itirməmişdi, necə yeriyəcəyini, çəngəl-qaşığı necə tutacağını bilirdi. Çünki bunlar beyinin arxa hissəsində qalan və beyincik adlanan bölmədən idarə edilirdi. Həkimlər onun beynini tibbi müşahidə cihazları ilə müşahidə etmiş, ancaq nə bir zədəyə, nə də sağlam insan beynindən fərqli vəziyyətə rast gəlmişdilər.
Bari Tiler (bu, xəstənin əsl adı deyil) təqribən on il ərzində qıcolmalar keçirdi. Bunun səbəbi beyninin gicgah ətrafında meydana gələn nizamsız sinir fəaliyyətləri idi.
Tiler sağalmaq ümidi ilə həkimlərin ilk dəfə təcrübədən keçirəcəyi bir əməliyyata razı oldu. Əməliyyatda gicgahın orta hissələri və beyindəki iki ağ çıxıntının ön hissəsinin üçdə iki hissəsi götürüldü. Tilerin keçirdiyi qıcolmalara son qoyuldu.
Ancaq o, artıq xatirələrini bir saatdan artıq saxlaya bilmirdi. Əməliyyatdan əvvəlki xatirələri təzə idi, qorunmuşdu. Ancaq hər gün yaşadıqları onun üçün tamamilə yeni idi. Ona bir neçə dəfə baş çəkən həkimlərlə hər dəfə yenidən tanış olurdu. Kitab oxuması da mümkün deyildi, çünki kitabı bitirənə qədər əsərin mövzusunu və qəhrəmanlarını unudurdu. Axşam yeməyindən bir saat keçdikdən sonra yemək yediyinə dair heç bir şey xatırlamırdı. Onun üçün zaman əməliyyat olunduğu saatda dayanmışdı.
Burada qarşımıza bu həqiqət çıxır: səbəblər dairəsində həyatımızla bağlı bütün fəaliyyətlərin beyindən idarə edildiyi düşünülə bilər. Ancaq həyatımız boyu əldə etdiyimiz bütün məlumatları və təcrübələrin hamısını qoruyub mühafizə edən Uca Allahdır.
Hələ heç bir şey olduğumuz halda bizləri yaradan, qüsursuz forma verən və beynimizi də yaradan Allahdır. Şübhəsiz, O, həyatımızın hər anı və hər mərhələsi haqqında məlumat sahibidir. Çünki hafizə və hiss etmə kimi mürəkkəb sistemin tək bir anının belə nəzarətsiz əmələ gəlməsi mümkün deyil.
Elə bu həqiqət də bizə kainatdakı sistemi təşkil edən, var edən Allahın sonsuz elmini göstərir. O, hər şeyi yoxdan var etmiş və qüsursuz nizam yaratmış və hələ də də bu nizamı müşahidə etməkdə və qorumaqdadır.
Hər bir sağlam insan istər bir saat əvvəl getdiyi yer olsun, istəsə illər əvvəl tanış olduğu insan olsun keçmişə dair bir çox şeyi xatırlaya bilər. Bunun səbəbi, Allahın beynimizi, yaşadığımız bütün təcrübələri indi ilə əlaqələndirən fasiləsiz şüur axınını təmin edəcək şəkildə yaratmasıdır. Allah, bizlərə sahib olduğumuzu sandığımız güc, qüdrət və zəkanın, əslində Öz əsəri olduğunu müxtəlif vasitələrlə göstərir. Ruh və sinir xəstəlikləri də bu vasitələrdən biridir. Bunu fərq edən insan, öz acizliyi qarşısında Yaradıcımız olan Allahın üstünlüyünü və ucalığını qavramalı və həyatını ONU razı edəcək davranışlarla keçirməlidir.
Mənbələr:
- Tanrı’nın Saklı Yüzü, Gerçekle Buluşan Bilim, Gerald L. Schroeder, Gelenek Yayıncılık, İstanbul 2003.
- Science et Avenir, Sentyabr 1992.
- Review of General Psychiatry, H. H. Godman, 1988.
- “Beautiful Mind” (Akıl Oyunları); John Nash’in həyatı haqqında film.
SINX+COSX=1.1
maraqlidi