Author Archive

Yaşıl möcüzə: “Xlorofil”

İnsan saniyənin mində biri ilə saniyənin iki mində biri arasındakı fərqi ayırd edə bilmir. Hər iki müddət insanın anlamayacağı və qavramayacağı qədər kiçikdir. Saniyənin on milyonda biri kimi kiçik olan müddət isə insanın xəyal belə edə bilmədiyi kiçik zamandır. Məhz yarpaqlardakı xlorofil molekulları bu qısa müddət ərzində hərəkətə keçir və möhtəşəm işlər görür.

Bir millimetrlik sahə düşünək. Bu sahə bir qələmin ucu qədər kiçik yeri tutur. İndi bu kiçik yerə 500 min xüsusi cihaz yerləşdirək. Bu cihazların hər biri xüsusi dizayna və funksiayaya sahib olsun. Bundan başqa, 500 min cihazı xüsusi sistemlə qoruyaq.

Bəlkə bu ssenari oxunduğu zaman imkansız görünə bilər. Ancaq Allahın yaratması qüsursuz və möcüzəvidir. Yuxarıda bəhs etdiyimiz misal həyatda mövcuddur. Bir yarpağın ortasındakı bir millimetrlik sahədə 500 min xlorofil mövcuddur. davamı »

Gözdəki Texnologiya

Tibb texnologiyasının inkişaf etməsi ilə insan gözünün nə qədər böyük möcüzə olduğu daha yaxşı başa düşülür. Göz haqqında əldə edilən məlumatların texnologiyaya tətbiq edilməsi ilə getdikcə daha çox inkişaf etmiş video və foto kameralar, saysız-hesabsız optik sistemlər istehsal edilir. Ancaq texnologiya nə qədər inkişaf etsə də, istehsal edilən elektron alətlər gözün bəsit təqlidindən irəli getmir. Kompüter kameraları daxil olmaqla, insan icadı olan heç bir alət gözə rəqib ola bilməz. 1

Gözün görmə sisteminin qaba şəkildə təqlidi ilə icad edilən ən geniş yayılmış optik cihazlardan biri fotokameradır. Gözün möcüzəvi görmə sistemini qısa şəkildə xatırlatmaq və nə qədər təkmilləşmiş olsa da, gözün ən qabaqcıl texnoloji kəşflərdən daha üstün quruluş və funksiyaya malik olduğunu görmək üçün bu alətin bəzi xüsusiyyətləri ilə gözü müqayisə edək. davamı »

Darvinizmin Süqutu / Video

davamı »

Dünyanın Ən Qabaqcıl Kompüteri Səhv Edərsə…

Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?

O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi. davamı »

Riçard Davkins və “Qısqanc Sulfat Turşusu”

Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.

Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.

Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.

Dünyanın Ən Möhkəm Yapışqanı

Çaylarda, su hövzələrində və su kanallarında yaşayan Caulobacter crescentus adlı şirin su bakteriyası mövcud olduğu yerdə qalmaq üçün təbiətdəki ən möhkəm yapışqandan istifadə edir.

Bakteriyanın yapışmaq üçün ifraz etdiyi yapışqan maye ən möhkəm sənaye yapışqanlarından belə üç dəfə möhkəmdir.

Caulobacter crescentus adlı şirin su bakteriyası. Elm adamları müəyyən etdilər ki, bu bakteriyalardan birini yapışdığı yerdən qoparmaq üçün 1 mikronyutonluq güc tətbiq edilməlidir.

Bakteriyanın bu yapışma gücü bir qəpik böyüklüyündəki sikkənin üstünə üç və ya dörd avtomobil qoyulduqda əldə edilən təsirə bərabərdir. Daha təəccüblü olan isə bu yapışqanın nəm yerlərdə belə təsirli olmasıdır.1 davamı »

Bakteriyalar Danışır!

Bakteriyalar canlılar aləmində çox sürətlə çoxalan canlı qrupunu təşkil edirlər. Yeni formaya düşür və dəqiqələr ərzində sayları milyardlara çata bilir. Bu canlılar çoxalmaq üçün müxtəlif mexanizmlərdən istifadə edirlər. Düşmənlərini və ya qidalarını “görmək” üçün sonara bənzər sistemlərdən və ya danışma şarlarından istifadə etmələri bu mürəkkəb mexanizmlərdən ancaq bəzisidir.

Bakteriylar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətlə çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etəkdə çox böyük əhəmiyyət daşıyan canlı qrupunu təşkil edirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, ona görə də sayları hər hansı bir orqanizm növündən daha çoxdur. Bu səbəbdən bu canlılar dünyanın ən çoxsaylı canlıları hesab edilirlər. İnsan həyatına çox şəkildə təsir edən bakteriyalar olduqca təkmilləşmiş rabitə sistemlərindən istifadə edərək bir-birlərilə əlaqə qururlar. davamı »

İşığa Açılan Pəncərə: Şüşə

Şüşə strateji baxımdan əhəmiyyətli maddədir. Kəşfindən dövrümüzə qədər bir tərəfdən çeşidləri artarkən, digər tərəfdən də istifadə sahəsi genişlənmiş, mühüm istehlak maddəsi olmuşdur.

İstifadə etdiyimiz şüşələr süni şüşələrdir, bununla bərabər şüşə dünyada təbii şəkildə də mövcuddur. Təbii şüşə obsidian adı ilə məlumdur. (1)

Təbiətdəki şüşə insanlara yol göstərici olmuş və ondan geniş şəkildə faydalanmamıza vəsilə olmuşdur.

Şüşə inşaat, avtomobil, içki, ərzaq, bəyaz əşya, mebel, əczaçılıq, dənizçilik, elektrik, elektronika və daha bir çox sektorda istifadə edilən mühüm məmulatdır. Şübhəsiz, şüşənin həyatımızda bu qədər geniş istifadə edilməsinə səbəb ondakı üstün xüsusiyyətlərdir. davamı »

Canlıların Təbii “Kompasları”

Suitlərinin bığlarındakı quruluş istiqaməti müəyyən etmələrini təmin edir

Almaniyanın Bonn və Rur Universtitetlərindən bir qrup elm adamı suitləri üzərində apardıqları tədqiqatda bu canlıların qaranlıq və ya bulanıq sularda ovlarını tutmaq üçün bığlarından istifadə etdiklərini üzə çıxardılar.1

Buna əsasən suitləri eşitmə və görmə kimi duyğu orqanlarından istifadə edə bilmədikləri mühitlərdə ovlarını balıqların su içində hərəkət edərkən arxalarında buraxdıqları suyun çalxalanma izlərini təqib edərək tapırlar. Quido Denhardt və dostları tərəfindən həyata keçirilən bu tədqiqat suitlərinin bığlarının 200 metrə qədər məsafədəki ovlarını belə izləməyə imkan verdiyini göstərir.2 davamı »

Nanotexnologiya və Mikrodünyalardakı Yaradılış

Texnologiya inkişaf etdikcə istifadə etdiyimiz vasitələrin ölçüləri kiçilir. İlk kompüter bir otaq qədər böyük idi. Əvvəl bir iş stolunun, sonra da dizlərin üstünə qoyulacaq qədər kiçildi. İndi isə cibimizdə daşınacaq qədər kiçik olanları belə var. Bəs görəsən texnologiya məhsullarındakı kiçilmə prosesi nə qədər davam edər? Məsələn, bir duz dənəciyindən belə daha kiçik motor, ya da toz zərrəciyi qədər kiçik kompüter elektrik dövrəsi hazırlamaq mümkündür?

Hal-hazırki ən sürətli kompüterdən qat-qat keyfiyyətli kompüterin bir üzüyün içinə sığışdırıldığını və batareyasını doldurmadan günlərlə istifadə edə bildiyinizi düşünün. Hələlik bu cür kompüteri yalnız xəyallarınızda canlandıra bilərsiniz. Çünki belə bir kompüteri əmələ gətirən komponentləri hələ istehsal edə bilmirik, elm adamlarının qarşısında texniki cəhətdən həll edilməli bir yığın problem var. Bəs əgər atom ölçüsündə cihazlar düzəltməyə çalışsaydıq?

Hamı atomların gözlə görünməyəcək qədər kiçik olduğunu bilir. Amma nə qədər kiçik? Bunu zehnimizdə canlandırmaq üçün belə nümunə verə bilərik: ovcunuzun içinə 12 q kömür tozu almış və 3 milyard insana da bu tozun içindəki atomları saymaq vəzifəsini vermisiniz. Hər insan gündə səkkiz saat işləyir və saniyədə bir atom sayır. 3 milyard insanın qoşulduğu bu sayma prosesi “20 milyon il” davam edərdi. davamı »