»Heyvanlar Aləmi « Bölməsi üzrə arxiv

HƏŞƏRATLARDAKI ÜSTÜN UÇMA SİSTEMLƏRİ

  • hesaratBir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir? 

Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmalardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox həşəratın uçmasına dəstək olan əzələlər hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi siqnallar nəticəsində büzülür. Belə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçmanı həyata keçirən əzələnin büzülməsinə səbəb olur. “Qaldırıcı” və “endirici” adlanan iki cüt əks əzələ qrupu bir-birlərinə əks istiqamətdə hərəkət edərək qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpırlar, kiçik həşəratlar isə uçmaq üçün daha tez-tez qanad çırpmalıdırlar. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə, ağcaqanadlar və boyu 1 mm olan parazitlər 1000 dəfə qanad çırpırlar. İnsan gözünün sezə bilmədiyi qədər sürətlə hərəkət edən qanadlar bu cür fəaliyyət göstərmək üçün xüsusi quruluşda yaradılıblar. davamı »

Balıqların qoxu orqanlarında olan kompası

baliqAlman elm adamları alabalıqların qoxu orqanlarında olan “kompas hüceyrələri” sayəsində istiqamətlərini müəyyənləşdirdiyini ortaya çıxardı.

Araşdırma Amerikanın ”Proceedings” jurnalında dərc edildi. Münihdəki Ludviq Maksimilian Universitetinin elm adamları alabalıqların maqnit “kompas hüceyrələri” sayəsində Dünyanın maqnit sahəsindən istifadə edərək istiqamətlərini müəyyənləşdirdiyini təsbit etdi.

Elm adamları quşların, balıqların, dəniz çanaqlı bağalarının, inəklərin, ceyranların və maralların da maqnit sahəsi vasitəsilə istiqamətlərini müəyyənləşdirdiklərini, ancaq kompas vəzifəsini yerinə yetirən mexanizmin harada olduğunun əvvəl bilinmədiyini söylədi.

Araşdırmada istifadə edilən alabalıqların Sakit Okeanın somon balıqları ilə qohum olduğu, onların da okeanda hədəfini itirmədən təxminən 2000 mil yol qət edərək evlərinə çatdığı ifadə edildi. davamı »

Zəlzələyə qarşı həşərat qanadı

İrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib. davamı »

Dəniz dibində yaşayan “elektrik naqili”

Elm adamları üç il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Bir Şərh

Özlərinə dərman istehsal edən canlılar

Dərman almaq istədikdə həkimlə məsləhətləşir və həkimin təklif etdiyi, təcrübə və araşdırmalar nəticəsində istehsal edilən dərmanları alırsınız. Çünki bunları özünüz istehsal edə bilməzsiniz. Halbuki, bir çox canlı ehtiyac duyduğu dərmanları öz bədənində istehsal edir.

Öz aspirinlərini istehsal edən qoz ağacları

Quraqlıq, yüksək temperatur və buna bənzər şəraitlə qarşı-qarşıya qalan qoz ağacları aspirinə bənzər kimyəvi dərman ifraz edirlər. Qızdırma və ya infeksiyaya qarşı aspirin qəbul edən insanlardan fərqli olaraq, bitkilər çətin hava şəraitinə qarşı mübarizə aparmaq üçün biyokimyəvi müdafiə mexanizmlərini gücləndirən kimyəvi maddələri (metil salisilat və s.) qaz halında istehsal edirlər. Bunlar qozun müdafiə mexanizmini gücləndirən zülalların istehsal edilməsini sürətləndirir. davamı »

Canlılar Danışmadan Necə Xəbərləşirlər

Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir.

Qarışqaların “bığcıq dili”

Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır.

İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər. davamı »

Qoxu mütəxəssisi: İtlər

İtlər ən zəif qoxuları belə asanlıqla müəyyən edirlər.

İtlərin digər canlı növlərindən və insanlardan üstün olan qoxubilmə qabiliyyətlərinin xüsusiyyətləri nələrdir?

İnsanlarla itlərin burunlarını istifadə məqsədləri çox fərqlidir. İtlər qoxubilmə orqanlarından qida axtarma, ov tutma, öz aralarında xəbərləşmə, istiqaməti müəyyən etmə, qarşı cinslərinin, balalarınn yerini tapmaq üçün istifadə edirlər.

İtlərin həyatını qoxular yönləndirir 

Allahın itlərə bəxş etdiyi ən diqqətçəkən xüsusiyyətlərdən biri qoxu hissidir. Bütün itlər həyatları boyu bir-birini boğan, qarışan və dəyişən qoxu izlərini təqib edir və hər şeyi qoxulayırlar. İtlər bir-birinə qarışan yaxşı və pis qoxular arasında insanın diqqətini belə çəkməyən qoxuları bir-birindən ayırd edə bilirlər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: , ,  Bir Şərh

Yataraq həyatda qalan canlılar

Yuxu həşəratlardan məməlilərə qədər bütün canlıların təbii qidasıdır. Canlıların bəzisi buz üzərində üç dəqiqə, bəzisi bir budaqdan yapışıb fasiləsiz 20 dəqiqə yataraq bu ehtiyaclarını ödəyirlər. Aralarında tək ayaq üstündə, bir gözü açıq və hətta üzərkən yatanları da var. Ancaq canlıların bir çoxunun özlərini qoruyan yuxuları var ki, bu yuxu həftələrlə, hətta aylarla davam edə bilər: qış yuxusu…

Həyatı dayandıran qış fəsli

Qış fəsli bir çox canlı üçün həyatın bir növ dayandığı mərhələdir. Qış boyu bitkilərin çoxu böyüməni dayandırır. Bu, həyatlarını davam etdirmək üçün lazımi tədbirdir. İstiqanlı heyvanlar üçün vəziyyət daha fərqlidir, onlar da bir növ həyatlarını dayandırırlar. davamı »

Koalanın Tibbi Məlumatı

Koala Avstraliyada yaşayan kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üzərində keçirirlər.

Evkalipt ağacı koalalar üçün həm ideal qorunma məkanı, həm də qida və dərman mənbəyidir. Evkalipt yarpaqları bir sıra tibbi təsirə malikdir. Bu yarpaqlar efir yağı ilə zəngindir. Bu yağın kimyəvi tərkibi bir çox heyvan üçün öldürücüdür, yəni zəhərlidir. Koalanın qaraciyəri bu maddənin zəhərini zərərsizləşdirən xüsusi sistemə malikdir. Bu səbəbdən, koalalar digər canlılardan fərqli olaraq bu zərərli bitkini rahatlıqla qida kimi istifadə edirlər. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz

Akulalardakı Xüsusi Sistem

Ağ akulalar ovlarını gözləri ilə izləyərək tuturlar. İsti mərcan qayalıqlarında üzən bu canlılar ovlarını rahatlıqla görürlər. Ancaq soyuq okeanlarda akulaların soyuqdan görmə qabiliyyətlərinin zəifləyəcəyi düşünülür.

Normal şəraitdə soyuq suyun təsirindən kimyəvi proseslər yavaşladığı üçün heyvanın gözlərinin sürətlə hərəkət edən ovunu izləməsi çox çətin olmalıdır. Ancaq akulanın heç vaxt belə problemi olmur. Çünki ağ akulaların gözləri özləri kimi soyuqqanlı deyil. Akulanın bu növündə bədən əzələlərinin istiliyi birbaşa gözlərə ötürülür. Bunun sayəsində, onlar sürətlə hərəkət edən balıqları rahatlıqla tuta bilirlər. (John Downer, Supernature, The Unseen Powers of Animals, Published by BBC Worldwide Mmm., London 1999, s. 146) davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Bir Şərh