Tag-Archive for » həşərat «

HƏŞƏRATLARDAKI ÜSTÜN UÇMA SİSTEMLƏRİ

  • hesaratBir həşərat saniyədə 1000 dəfə qanad çırpmağı necə bacarır?
  • Öz boyundan yüz dəfə hündür yerə necə tullana bilir?
  • Aşağı-yuxarı hərəkət edən qanadlarla irəliyə doğru necə uça bilir? 

Canlılardakı bir çox möcüzəvi xüsusiyyət dövrümüzdə Allahın bəşəriyyətə bəxş etdiyi bilik və texnologiya ilə tədqiq olunmasına baxmayaraq, hələ də tam aşkar edilməmişdir. Elm adamlarının milçəklərin və kiçik həşəratların uçma sistemləri üzərində apardığı araşdırmaların bir qismi aşağıda verilmişdir. Bu araşdırmalardan belə nəticə çıxır ki, Allahdan başqa heç bir varlıq və ya güc bir milçək belə yarada bilməz.

İynəcə, çəyirtkə, kəpənək və milçək kimi bir çox həşəratın uçmasına dəstək olan əzələlər hər hərəkəti nəzarətdə saxlayan sinirlərin göndərdiyi siqnallar nəticəsində büzülür. Belə ki, bir çəyirtkədə hər sinirin göndərdiyi siqnal uçmanı həyata keçirən əzələnin büzülməsinə səbəb olur. “Qaldırıcı” və “endirici” adlanan iki cüt əks əzələ qrupu bir-birlərinə əks istiqamətdə hərəkət edərək qanadların yuxarı və aşağı hərəkət etməsini təmin edir. Çəyirtkələr qanadlarını saniyədə 12-15 dəfə çırpırlar, kiçik həşəratlar isə uçmaq üçün daha tez-tez qanad çırpmalıdırlar. Məsələn, bal arıları, eşşək arıları və milçəklər saniyədə 200-400 dəfə, ağcaqanadlar və boyu 1 mm olan parazitlər 1000 dəfə qanad çırpırlar. İnsan gözünün sezə bilmədiyi qədər sürətlə hərəkət edən qanadlar bu cür fəaliyyət göstərmək üçün xüsusi quruluşda yaradılıblar. davamı »

Arı Yeyən Quşların Ağıllı Taktikaları

Bəzi quşlar qeyri-mümkün görünməsinə baxmayaraq, daşı belə qaza bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri bir alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halından yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da­vid At­ten­bo­ro­ugh, The Tri­als of Li­fe, s.137) davamı »