»Maddə və Gerçək « Bölməsi üzrə arxiv

Dünyanın Ən Qabaqcıl Kompüteri Səhv Edərsə…

Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?

O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi. davamı »

Maddəyə Baxışınızı Dəyişdirəcək Suallar

1. Bir cisimdən gələn işıq, göz hüceyrələri tərəfindən elektrik siqnalına çevrilir və beynin görmə mərkəzinə çatdırılır. Ve bu elektrik siqnalları burada görüntüyə çevrilir. Əslində, siz bu mesajı beyninizdə görürsünüz. Yaxşı, bəs beyində meydana gələn bu mesaj görüntüsünü beynin içində görən, qavrayan kimdir? Başqa cür desək, məsələn, görüntü televizorda əmələ gəlir, amma bunu görən bizik. Bəs beynin içində əmələ gələn görüntünü gözə ehtiyacı olmadan görəbilən şuur sizcə nədir?

2. Beyin yağ, protein və müxtəlif molekullardan ibarət ət parçasıdır. Bu görüntünü görən şuur bu ət parçası olabilərmi? Və ya beyin hüceyrələri elektrik siqnallarını dəniz mənzərəsi və ya bir e-mail mesajı olaraq görən şuur meydana gətirə bilərmi?

3. Beynimizin içinə işıq keçmir, yəni beynin olduğu yer zülmət qaranlıqdır. Yaxşı, bəs belə zülmət qaranlıq yerdə parlaq, aydın görüntü necə meydana gəlir? Qaranlıq beyin qabığının üzərində günəşin işıqları necə görülür?

4. Kəllə sümüyü səs də keçirmir. Yəni beynin olduğu yerdə dərin səssizlik hakimdir. Ancaq insan bütün səsləri beyninin içində dinləyir. Səs dalğaları, qulaqda elektrik siqnalına çevrilir və beynin eşitmə mərkəzinə çatdırılır. Beyində, bir şuur bunu, məsələn, mahnı olaraq dinləyir. Yaxşı, bəs tamamilə səssiz yerdə çox yüksək səsli musiqini kim, necə dinləyə bilir? davamı »

Fiziki Varlığın Sərhədi: Kvarklar

Hüceyrənin təməlindəki atomların, onların içindəki proton və neytronların və bunların da içindəki kvarkların (quark) mexanizmlərindəki üstün yaradılış inanclı olub-olmamasından asılı olmayaraq hamını heyrətə salacaq mükəmməllikdədir. Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz stul, qısası ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizlə toxunduğunuz kompüter milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik parçacıqlardır ki, ən güclü mikroskoplarla belə bir dənəsini görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir.

Bu kiçikliyi insanın gözündə canlandırması o qədər də mümkün deyil. Ona görə bunu bir örnəklə izah etməyə çalışaq: Əlinizdə bir açar olduğunu düşünün. Şübhəsiz bu açarın içindəki atomları görmək mümkün deyil. Əgər atomları mütləq görmək istəyirəm deyirsinizsə, onda əlinizdəki açarı dünyanın ölçülərinə gətirməyiniz lazım olacaq. Əlinizdəki açar dünya ölçüsündə böyüsə onda o açarın içindəki hər bir atom bir albalı böyüklüyündə olacaq və siz də onları görə biləcəksiniz. Yenə bu kiçikliyi qavraya bilmək və hər yerin necə atomlarla dolu olduğunu görə bilmək üçün bir nümunə daha verək: Bir duz dənəsinin bütün atomlarını saymaq istədiyimizi düşünək. Saniyədə bir milyard (1.000.000.000) ədəd sayacaq qədər sürətli olduğumuzu da fərz edək. Belə əhəmiyyətli bacarığa baxmayaraq bu kiçicik duz dənəsinin içindəki atomların sayını tam olaraq müəyyən etmək üçün beş yüz ildən çox bir zamana ehtiyacımız olacaq.

Yaxşı, bəs onda bu qədər kiçik bir quruluşun içində nə var? davamı »