http://www.youtube.com/watch?v=FjFSU9WY69I
»Təkamül Yalanı « Bölməsi üzrə arxiv
Jun 2012
Jun 2012
http://www.youtube.com/watch?v=z01V0-mA3nI
Jun 2012
http://www.youtube.com/watch?v=dybOQQ2rFcQ
May 2012
Darvin XIX əsrin ortalarında təkamül nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəllərində həyatın mənşəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmadığı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi. davamı »
Mar 2012
Bir çox təkamülçü mənbədə insanla meymunun 99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddia edilir. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növü kimi insanla şimpanze arasında qohumluq olduğundan bəhs edilir. Əslində bu da təkamülçülərin cəmiyyətin məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.
99% oxşarlıq iddiası insanları çaşdırmaq məqsədi güdən təbliğat üsuludur
Əvvəla qeyd edilməlidir ki, insan və şimpanze DNT-ləri haqqında tez-tez irəli sürülən 99% oxşarlıq iddiası insanları aldatmaq məqsədi ilə edilir. İnsanla şimpanzenin genetik quruluşlarının bir-birinə 99% oxşar olduğunu iddia etmək üçün insanın genetik quruluşu ilə yanaşı, şimpanzenin də genetik quruluşu öyrənilməli, hər ikisinin genləri bir-biri ilə müqayisə edilməli və nəticə olmalıdır. davamı »
Apr 2011
70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.
1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »
Jan 2011
Dec 2010
Richard Dawkins məşhur təkamülçülərdən biridir və dünya ateizminin bayraqdarı hesab olunur. Davkinsə görə canlıların ən mühüm hədəfi həyatda qalmaq, törəmək və genlərini qoruyaraq növbəti nəsillərə köçürməkdir. Davkinsin heç bir məntiqə sığmayan bu iddiasına görə insan “genləri qoruyan robot”dur. Bu dünyadakı yaranma məqsədi isə sahib olduğu genləri çoxaltmaq, digər genlərlə rəqabətdə öz genlərini qorumaq və sonrakı nəsillərə ötürməkdir. Elmi əsası olmayan bu materialist inanca görə əgər insanın məqsədi sadəcə genlərinin davamlı olmasını təmin etməkdirsə, onda bu insanın heç bir əxlaqi kriteriyası ola bilməz. İnsan genlərinin mənfəəti üçün mümkün olduğu qədər eqoist və mərhəmətsiz olmalıdır. Davkinsin cəhalətinin məhsulu olan bu nəzəriyyəyə görə insanın sahib olduğu genlər eqoist olduğuna görə, insan da eqoistdir.
Halbuki eqoist gen iddiası məntiqsiz və absurddur. Davkins və digər bəzi təkamülçülər genləri sanki şüur və iradə sahibi varlıqlar olaraq izah edirlər. Halbuki genlər uzun DNT zəncirləridir. DNT isə fosfat və şəkər ilə bir-birinə bərkidilmiş uzun nukleotid turşu mərtəbələrindən ibarətdir. Yəni uzun molekullardır. Su (H2O) və ya H2SO4 (sulfat turşusu) molekul olduğu kimi, DNT də molekuldur. “Eqoist su”, “eqoist duz” və ya “qısqanc sulfat turşusu” anlayışı nə qədər mənasızdırsa, eqoist gen anlayışı da bu qədər mənasızdır.
Təkamülçülər insanı bir maddə yığını olaraq göstərməyə çalışır və bu maddə yığınının hər hansı bir hissəsini şüurlu olaraq təqdim etmək istəyirlər. Genlərin şüurlu olduğu iddiası isə təkamül nəzəriyyəsinin hal-hazırkı vəziyyətini dəyərləndirmək baxımından çox ibrətamizdir. Qədimdə taxtadan və ya daşdan hazırlanmış bütlərdə ağıl və şüur olduğunu zənn edən bütpərəstliyin yerini müasir dövrdə molekullarda və bu molekulları meydana gətirən cansız atomlarda ağıl və şüur olduğunu iddia edən darvinizm almışdır. Yəni darvinizm artıq nəzəriyyə funksiyasını yerinə yetirmir, çünki paqan dininə çevrilmişdir.
Oct 2010
Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.
Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.
XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir: ”Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: Dinsiz bir elmə inanmaq mümkün deyil.” (Science, Philosophy, And Religion: A Symposium, 1941, CH.13.) davamı »
Sep 2010
3.1 milyard şifrədən ibarət olan DNT-dəki məlumatlar, A-T-G-C hərflərinin bir-biri ardınca xüsusi bir sıra şəklində düzülməsi ilə meydana gəlir. Ancaq bu düzülüşdə bir hərf səhvi belə edilməməlidir. Ensiklopediyada səhv yazılmış bir söz və ya hərf elə də gözə dəymir, hətta hiss olunmaz. Amma DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ci pillədəki bir hərfin səhv kodlaşdırılması hüceyrə üçün və təbii ki, insan üçün ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, uşaqlarda görülən leykemiya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlaşmanın nəticəsidir.
Təsadüf riyazi anlayışdır. Bir hadisənin təsadüfən baş verib-vermədiyini bilmək üçün həmin hadisənin reallaşması üçün tələb olunan bütün şərtləri daxil etmək tələb olunur. Riyazi hesablamalar DNT-də yazılı məlumatların meydana gəlməsində təsadüfə yer olmadığını sübut edir. Nəinki milyonlarla pillədən ibarət DNT molekulunun, hətta DNT-ni meydana gətirən 200.000 gendən birinin belə təsadüfən meydana gəlmə ehtimalı mümkün deyil. Təkamülçü bioloq Salisbury bu qeyri-mümkün hadisə ilə əlaqədar bunları söyləyir: davamı »