Blog Archives

DİATOMLAR

diatomlarİnsanlar da daxil olmaqla, quruda yaşayan canlılar həyatlarını bir mənada diatomlara borcludurlar. Tənəffüs edərkən qəbul etdiyimiz oksigenin böyük hissəsini diatomlar fotosintezlə hasil edirlər. Diatomların üzərində çoxlu sayda dəlik var. Bu dəliklər qidaların içəriyə daxil olub qazlar mübadiləsi etməsinə imkan verir. Diatomlar oksigen hasil edən mikro fabrik kimi işləyirlər. Trilyonlarla diatom qazlar mübadiləsi nəticəsində öz ehtiyaclarından da artıq oksigen hasil edərək atmosferdəki oksigenin miqdarını tənzimləyirlər.

Diatomlar suda həll olmuş silikonu qiymətli daş olan opala bənzəyən silisium oksidinə çevirərək qabıq əmələ gətirirlər. Üstəlik, bütün diatomlar eyni məmulatdan istifadə edərək eyni xüsusiyyətdə, ancaq bir-birindən tamamilə fərqli görünüşdə qüsursuz qabıqlar əmələ gətirirlər. Diatomların bu mükəmməl memarlıq qabiliyyəti və saysız-hesabsız müxtəliflik, əlbəttə, Allah`ın bənzərsiz sənətinin bir təcəllisidir.

Bölmə: Planetimiz  Şərh yaz

Ağcaqanad ağrısız inyeksiyaya ilham mənbəyi olur

images (1)Ağcaqanadların qurbağalara yem olmaqdan əlavə faydaları da var. Osaka Kanzay Universitetinin mexanika mühəndisi Seyci Aoyaqi həmkarları ilə birlikdə ağcaqanadın xortumundan ilham alaraq ağrısız dərialtı iynə icad edib. Bu iynənin ağrısız olması onun xarici səthinin hamarlığından deyil, nahamarlığından qaynaqlanır.

Ağcaqanadın sancdığı yer qaşınır və qaşınma ağcaqanad iynəsini çıxardıqdan sonra başlayır. Bu da həşəratın yeritdiyi antikoaqulyantda olan bakteriyalarla əlaqədardır. İlkin “sancma” demək olar ki, hiss edilmir. Axı bu necə mümkündür? davamı »

KAİNATDA MÖCÜZƏVİ DİNAMİKA: SÜRƏT

imagesYer kürəsi öz oxu ətrafında bir az yavaş fırlansaydı və ya orqanizminizdəki qan indikindən daha yavaş axsaydı, nə olardı? Bəs Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək sürətlə çatmasaydı? Bəlkə bu mövzular haqqında heç düşünməmisiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətdə baş verməsi həyatımızı davam etdirməyimiz üçün labüd ünsürdür.

Biz heç fərqində olmadan, həm bədənimizdə, həm də ətrafımızda yaşamağımız üçün lazımi proseslər məhz lazımi sürətdə həyata keçir. Bu sürətdə, məsələn, beyin hüceyrələrinin sürətlə bir-birləri ilə rabitə qurmalarında, göz, qulaq, burun, dil və dəridən gələn siqnalların sürətlə elektrik impulsuna çevrilib sinir hüceyrələri vasitəsilə beyinə göndərilməsində, bitkilərin fotosintez kimi kompleks prosesi həyata keçirməsində, bizdən milyonlarla kilometr məsafədə olan Günəşin işığının böyük sürətlə bizə çatmasında, səsin sürətində və başqa bir çox hadisədə görə bilərik.

Bu proseslərdə bir saniyəlik gecikmə belə insanlara böyük zərər verər, lakin gecikmə heç vaxt baş vermir. Bütün proseslər ən uyğun sürətdə, qüsursuz həyata keçir. Biz də bu sayədə heç bir çatışmazlıq olmadan həyatımıza davam edirik. davamı »

Dəyərli qida mənbəyi – balıq

downloadÜrək xəstəliyindən əziyyət çəkən və buna görə vəfat edən insanların orta yaş həddinin getdikcə aşağı düşməsi ürək xəstəliyinə diqqəti də artırıb. Müasir təbabətdə ürək xəstəliklərinin müalicəsi məsələsində irəliləyiş və inkişaf olsa da, mütəxəssislər bu xəstəliyə məruz qalmazdan əvvəl görülən tədbirləri dəqiqliklə yerinə yetirməyi tövsiyə edirlər. Mütəxəssislər ürəyin sağlam fəaliyyətini təmin edilməsində və xəstəliyin qarşısının alınmasında vacib olan bir qidanı tövsiyə edirlər. Bu qida balıqdır. davamı »

KÜLƏKLƏRDƏKİ BİLİNMƏYƏN HİKMƏTLƏR

images (5)Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə Allah’ın bir çox hikmətlə yaratdığı böyük nemətdir.

 

Küləklər necə əmələ gəlir?

 

Havanın isinməsi isinən kütlənin genişlənməsinə, beləliklə, hərəkətə keçərək yuxarı qalxmasına səbəb olur. Ancaq yüksələn hava kütləsi atmosferdən kənara çıxa bilmədiyinə görə əvvəlcə şaquli, sonra üfüqi istiqamətdə hərəkət edir. İsinən hava kütləsinin yerini dəyişməsi təzyiqin əmələ gəlməsinə səbəb olur. Lakin atmosfer təzyiqi dünyanın hər yerində eyni deyil, çünki yerin cazibə qüvvəsinə, temperatura və ərazinin hündürlüyünə görə fərqlənir. Bu şəkildə, yüksək və alçaq təzyiq zonaları formalaşır. Atmosferdəki yüksək təzyiq zonalarını təpələrə, alçaq təzyiq zonalarını isə çuxurlara bənzətmək olar. Hava axıcı olduğuna görə, cazibə qüvvəsinin təsiri ilə yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru, sanki yamaclardan axan su kimi hərəkət edir və küləkləri meydana gətirir. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər:  Şərh yaz

GÖY CİSİMLƏRİNİN ARALARINDAKI MƏSAFƏLƏR

images (4)Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir.

Gerçəklərə uyğun bir model qurmağımız üçün üzüm çəyirdəyi böyüklüyündəki Yer ilə top böyüklüyündəki Günəşin arasını təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara daşımağımız lazım olacaq. davamı »

Bölmə: Kainat  Açar sözlər: , ,  Şərh yaz

ERİTROSİTLƏRİN XÜSUSİ OLARAQ YARADILMIŞ YASTI FORMASI

  • images (2)Eritrositlərin vəzifəsi nədir?
  • Eritrositlərin yastı olmalarının əhəmiyyəti nədir?
  • Bu yastı formanın pozulması nəyə səbəb ola bilər?

Qırmızı qan hüceyrələri, yəni eritrositlər qanda ən çox olan hüceyrələrdir. Vəzifələri hüceyrələrin yaşaması üçün vacib olan oksigeni daşımaqdır. Sadəcə bununla kifayətlənmir, bədəni təmizləmək üçün hüceyrələrdə yığılmış karbondioksidi də ürəyə geri qaytarırlar. davamı »

FERMENTLƏR HƏYATIMIZI NECƏ ASANLAŞDIRIR?

fermentDövrümüzdə təbiətdən ilham alaraq icad olunan bir çox texnologiya məhsulu var. Məsələn, gözə baxıb video və fotokameralar, iynəcədən nümunə götürüb vertolyot dizayn edilmişdir. Fermentlər də son dövrlərdə elm adamlarının bu sahədə nümunə götürdüyü maddələrdən biridir.

Fermentlər hüceyrəni nizamla işləyən çox qabaqcıl miniatür fabrikə çevirən zülallardır.

Bir ferment mikroskopik ölçüdə yüzdən çox quruluş vahidinin  üçölçülü birləşməsindən ibarət kimyəvi möcüzədir. Bu kimyəvi maddənin ikinci möcüzəvi cəhəti isə təbiətdə bizə hazır şəkildə təqdim olunmasıdır. Məhz bu üstünlüklərinə görə, mikroskopik ölçüdəki fermentlərdən müasir sənayedə birbaşa istifadə olunur. davamı »

TƏKAMÜLÜN AÇIQLAYA BİLMƏDİYİ SİMMETRİYA VƏ UYĞUNLUQ

butterfly-color-butterfliesYer kürəsində və kainatda böyük uyğunluq var. Pəncərədən çölə nəzər saldıqda belə, bu uyğunluğun bir çox dəlili ilə qarşılaşırıq. Göy üzündəki buludlar, ağaclar, çiçəklər, heyvanlar və bunlara bənzər bütün nümunələrdə qüsursuz nizam və simmetriya var.

Təbiətə baxdıqda hər bitkinin və heyvanın özünəməxsus rəng və naxışlarının olduğunu görürük. Üstəlik, bu rəng və naxışların hər birinin canlılar üçün müxtəlif mənaları var. Cütləşməyə çağırma, qəzəb, təhlükədən xəbərdarlıq və bunun kimi bir çox məfhum heyvanlar arasında rənglər və naxışlar ilə məna qazanır.

Hər şeyin kortəbii təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi təbiətdəki sənət, rəng müxtəlifliyi və uyğunluğu açıqlaya bilmir. Təkamülçülərin canlılardakı dizaynı açıqlamaqda çarəsiz olduğunu nəzəriyyənin banisi olan Çarlz Darvin də etiraf etmişdir. Darvin canlılardakı rənglərin nə üçün xüsusi mənalarının olduğunu anlamadığını belə ifadə edir: davamı »

SİNİR HÜCEYRƏLƏRİ NƏ ÜÇÜN ENERJİYƏ QƏNAƏT EDİRLƏR?

downloadSinir sisteminiz və görmə sinirləriniz vasitəsilə, əslində, qeyri-adi sürətlə görə biləcəyinizi bilirdinizmi? Bəs bu sürətə mane olan nədir? Sinir hüceyrələri nə məqsədlə bu sürəti azaldırlar?

İnsan orqanizmi günbəgün kəşf edilən yeni möcüzəvi xüsusiyyətləri ilə birlikdə yaradılış möcüzəsidir.

 

İnsanın üstün yaradılışı ilə bağlı tədqiqatlar aparan elm adamları insan orqanizminin sirlərini günbəgün açırlar. Bir müddət əvvəl Pensilvaniya Universitetində sinir sisteminin sürəti ilə bağlı  təcrübələr keçirilib. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz