Blog Archives

YARPAQLAR

th (6)Yarpaq tökülməsi hər yarpağın saplağı ilə budağı arasında baş verən çox kompleks proseslər nəticəsində həyata keçir. Mövzu haqqında məlumatı olmayan insanlara yarpaqların tökülməsi olduqca sadə görünə bilər. Hər dəfə payız gəldikdə eyni prosesin qüsursuz reallaşması, üstəlik, bu hadisənin milyonlarla ildir davam etməsi insanlarda alışqanlığa çevrilə bilər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaq üçün olduqca kompleks, silsiləli kimyəvi reaksiyalar həyata keçirirlər. Bu sayədə, ağacın qidasının hədər olmasının və ağaca mikrob yoluxmasının qarşısı alınır.

Yarpaq tökülmədən əvvəl zülal və karbohidrat kimi lazımlı maddələr bitkinin gövdəsinə yığılır. Beləliklə, tökülən yarpaq bu maddələri boş yerə israf etmir və gələcəkdəki yarpaqlar üçün lazımi qidanın mühüm hissəsini təmin etmiş olur. Bu nümunələrdən aydın olur ki, xlorofilin lazımi vaxtda saxlanması və ya bitkinin ehtiyacı olan maddələri gövdəsində yığması yer üzündə həyatın davamı üçün ekoloji zərurətdir.

Bundan başqa, tökülən yarpaqlar meşədə çürüntü təbəqəsi əmələ gətirərək yağışı saxlamağa və sormağa kömək edir. Bir çox canlı da təbii amillərdən qorunmaq üçün yarpaqların altında gizlənir. Beləliklə, tökülən yarpaqlar meşədəki bir çox canlı üçün qida mənbəyi olur.

Ağacların bütün bu əməliyyatları yerinə yetirəcək ağlı və şüuru yoxdur. Bu mükəmməl nizamı yaradan Allah’dır.

VİRUSLARA QARŞI “VİP” NANOZƏRRƏCİK METODU

130402nano_particle.hlargeAlimlər virusların törətdiyi infeksiyaları müəyyən etmək və aradan qaldırmaq üçün virusla etiketlənmiş nanozərrəciklərdən istifadə etməyi düşünürlər.

Biologiya və tibb sahəsində nanotexnologiyanın nailiyyətlərindən getdikcə daha çox faydalanmağa başlayan alimlər ürək xəstəliklərinin müalicəsində kök hüceyrələrə nanozərrəcik köçürdükdən sonra indi də viruslarla mübarizədə nanozərrəciklərdən istifadə etməyə hazırlaşırlar.

İsveçrəli tədqiqatçılar orqanizmə daxil olan virusları müəyyən edəcək və onları məhv etmək üçün mübarizə aparacaq nanozərrəciklər hazırlamağa çalışır. İmmun sistemi viruslar bədənə daxil olduqda qarşılaşdığı təhlükəyə aid xüsusi antitellər hasil edir. Antitellər ilə viruslar arasında baş verən mübarizə üç şəkildə nəticələnə bilər: viruslar zərərsiz məhv edilir, müvəqqəti xəstəlik törətdikdən sonra zərərsizləşdirilir və ya ən pis ehtimalla orqanizmdə nəzarətsiz şəkildə yayılırlar. davamı »

Termit yuvaları

termite-mound-forestHeç kim termit koloniyasının torpağın üstündə inşa etdiyi yuvanı gördükdə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə çatan memarlıq nümunəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın hündürlüyünü müqayisə etdikdə onun özündən təxminən 300 dəfə böyük memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Lakin bunun daha da təəccüblü cəhəti termitlərin kor olmalarıdır.

Kor termitlərin tikdiyi bu nəhəng yuvaları heç görməyən biri bunların qum təpələrinin üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası mükəmməl bir plan əsasında inşa edilir.

Belə ki, termit yuvasının içində tunellər, keçidlər, ventilyasiya sistemləri, xüsusi göbələk becərmə bağçaları və təhlükəsizlik çıxışları var. davamı »

TƏKAMÜL NƏZƏRİYYƏSİNİN MƏKTƏB TERROR AKTLARINDA ROLU

tebii secmeSon illərdə Avropa və ABŞ məktəblərində baş verən silahlı terror hadisələrində çoxlu sayda şagird qətlə yetirilmişdir. KİV çox vaxt bu qırğınları depressiv və ya sosiopat davranışlı (anti-sosial şəxsiyyət pozuntusu) olan insanların əməli kimi tanıdıb. Ancaq diqqətlə təhlil etdikdə bu qırğınların ardında başqa amil də nəzərə çarpır: həyatın güclü ilə zəifin mübarizəsi olduğunu iddia edən təkamül nəzəriyyəsi.

Amerika Birləşmiş Ştatlarının Kolorado ştatında Kolumbayn liseyinin sonuncu sinif şagirdləri Erik Harris və Dilan Kliboldun 20 aprel 1999-cu ildə birlikdə məktəbdə etdikləri silahlı hücumda 13 nəfəri qətlə yetirmiş və daha sonra intihar etmişdilər. Bir qəzet verdiyi xəbərdə “Kolumbayn Liseyinə hücum edərək 13 yoldaşını qətlə yetirən Erik Harris və Dilan Kliboldun Darvinin təbii seçmə nəzəriyyəsindən təsirləndiyi məlum olub” cümləsi ilə bu terrorun səbəbini açıqlamışdı.

Erik Harris hücum zamanı bu zorakılıq hərəkətinin mənbəyini bəlli edən futbolka geyinmişdi. Futbolkasının üstündə “təbii seçmə” yazılmışdı. Qırğını törədənlər videolarında təkamül nəzəriyyəsindəki təbii seçmə və zəiflərin aradan çıxarılması fikrindən təsirləndiklərini deyirdilər. Terrorda 13 yaşlı qızı Reyçılı itirən, oğlu Kreqi çətinliklə xilas edən Darel Skot bu hadisəni belə danışır: davamı »

Sonar sistemi ilə görən delfinlər

delfinBir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.

Sonarın göndərdiyi siqnallar cisimlərə dəydikdən sonra təkrar geri qayıdaraq delfinin alt çənəsinə çatır və buradan da lipit adlı yağ vasitəsilə daxili qulağa ötürülür. Tam uyğun miqdarda ifraz edilən bu yağ sayəsində daxili qulağa çatan məlumatlar beyinə ötürülür və qəbul etmə tamamlanmış olur.

Hər şeyi bənzərsiz və qüsursuz yaradan Allah delfinləri də ən gözəl şəkildə yaratmış və üstün texnologiya ilə təchiz etmişdir.

Rudiment orqanlar xətası

apendiksTəkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər rudiment orqanları hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.

Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.

Bu, əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş” orqanlar, əslində, funksiyası müəyyən edilməmiş orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun rudiment orqanlar siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skedinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir: davamı »

Qanda oksigeni tutan zülallar: hemoqlobinlər

hemoglobinQanı həyatın ən mühüm hissəsi edən xüsusiyyətlərindən biri tərkibindəki zülallardır. Həmin zülalların öz funksiyalarını ən ideal şəkildə yerinə yetirə biləcəkləri yer qandır. Çünki qan orqanizmin hər yerinə gedə bilən damar sistemi daxilində daşıdığı bu xüsusi zülalları orqanizmdə ehtiyac olan yerə çatdırır. Məsələn, qandakı eritrosit hüceyrələrində olan hemoqlobin adlı zülal orqanizmdəki təxminən 100 trilyon hüceyrəyə gündə 600 litr oksigen daşıyır.

Hemoqlobin olduqca böyük zülaldır və eritrositlərin 90%-i qədər böyük bir hissəsini əhatə edir. Normal şəraitdə bu qədər böyük bir zülal hüceyrənin içinə yerləşməz. Ancaq eritrosit hüceyrəsi qana qarışmadan əvvəl sanki hemoqlobin zülalını daşımağı və onun üçün yer ayırmağın lazım olduğunu bilirmiş kimi, içərisindəki nüvəni, mitoxondrini, ribosomları və digər orqanoidləri xaric edərək hemoqlobinə yer düzəldir. Hüceyrə xaricinə atılmış orqanoidlər dərhal orqanizmin təmizləyiciləri olan leykositlər tərəfindən məhv edilirlər. Beləliklə, orqanizmdə artıq və ya lazımsız heç bir maddə qalmır. Eritrositlər bütün orqanoidlərini xaricə atdıqda başqa zülal sintez edə bilmir; buna heç ehtiyac da qalmır. Çünki eritrositlərin əsl funksiyası hemoqlobini qanda daşımaq və onu orqanizmdə lazımi yerlərə çatdırmaqdır. davamı »

Bölmə: Vücudumuz  Şərh yaz

ORQANİZMİMİZİN AĞILLI SİLAHLARI: ANTİTELLƏR

antitelİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Bu hüceyrələrin orqanizmdə mübarizə apardığı zaman göstərdiyi ağıl, şüur və fədakarlıq nümunələri bunları öyrənən hər kəsi heyrətləndirir. İndi immun sistemi vahidlərindən birini – antitelləri təhlil edərək sistemdəki mükəmməlliyə baxaq. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , ,  Şərh yaz

NECƏ NƏFƏS ALIRIQ?

agciyerHeç vaxt nəfəs alıb-vermə nizamını tənzimləmirsiniz. Çünki bəzi hüceyrələriniz sizin əvəzinizə bunu edir. Əgər tənəffüs nizamını tənzimləmək bizim üzərimizə düşsəydi, nəfəs almağı unutduqda, yuxuya getdikdə və ya başqa işlə məşğul olduqda havasızlıqdan ölərdik.

Hər insan üçün həyati əhəmiyyətə malik tənəffüs prosesini tənəffüs mərkəzi tənzimləyir. Mərcimək dənəsi boyda olan bu mərkəz beynimizin “beyin sapı” adlanan hissəsindədir və üç əsas sinir hüceyrəsi qrupundan təşkil olunmuşdur:

  • Birinci hüceyrə qrupu tənəffüsün əsas ritmini tənzimləyir və havanı içimizə çəkməyimiz üçün əmr verirlər. Beləcə, ehtiyacımız olan havanı qəbul edirik.
  • İkinci hüceyrə qrupu isə tənəffüsün sürətini və gedişini tənzimləyir. Ancaq ikinci hüceyrə qrupu işə düşdükdə birinci hüceyrə qrupunun fəaliyyətini impulsla dayandırır. Beləliklə, ağciyərə hava dolması tənzimlənir və nəfəs alıb-verməyimiz sürətlənir.
  • Üçüncü hüceyrə qrupu isə normal tənəffüs prosesində aktiv olmurlar.  Ancaq həddindən artıq havaya ehtiyacımız olduqda işə düşür, qarın əzələlərimizə impuls göndərərək tənəffüs prosesinə qoşulmalarını təmin edirlər. davamı »
Bölmə: Vücudumuz  Şərh yaz

Mövsümə və torpağa görə dəyişən tük rəngi

lelekMühitə görə rəng dəyişdirmə hadisəsi heyvanların bədənlərində yaradılmış olan olduqca kompleks mexanizmlər sayəsində reallaşır. Günəşdə qalan insan dərisinin qızarıb-tündləşməsinə bənzədilə biləcək bu mexanizmlər heyvanların dəri və tüklərində rəng dəyişikliklərinə gətirib çıxarır.

Əhəmiyyətli olan bu tük dəyişməsinin heyvan üçün böyük bir qorunma mexanizmi meydana gətirməsidir. Qışın qarlı günlərində ağ, digər mövsümlərdə torpaq rəngində olan tüklər kamuflyaj baxımından böyük üstünlük təmin edir.

Bunun əksi də ola bilər və heyvan qışda torpaq rəngi, ya da yayda dümağ qala bilərdi. Ya da heç rəng dəyişdirməyə bilərdi. Qısacası, rənglərin mövsümlərə görə dəyişməsində böyük ağıl və hesablama var. Bədənimizin günəşdə yanmasına mane ola bilmədiyimiz (xüsusi qorunma üsulları xaric) kimi, heyvanlar da bədənlərindəki dəyişməyə nəzarət etmək qabiliyyətinə malik deyillər. Bir heyvanın bunu özünün hesablayıb nəzarət etməsi mümkün deyil. Şübhəsiz ki, Allah bu canlıları belə bir qorunma mexanizmi ilə birlikdə yaratmışdır.