Blog Archives

ALOVDAKI DİZAYN

fireCanlılara enerji təmin edən ən fundamental reaksiya karbon və hidrogen birləşmələrinin oksidləşməsi, yəni yanmasıdır. Ancaq bu məqamda maraqlı bir sual yarana bilər: bizim bədənimiz, əsasən, karbon və hidrogen birləşmələrindən meydana gəlir. Bəs necə olur ki, bədənimiz oksidləşmir? Ya da niyə bədənimiz bir anda kibrit dənəsi kimi alovlanıb yanmır?

Bədənimizin oksigenlə təmasda olduğu halda, yanmaması, həqiqətən, heyrətləndirici bir vəziyyətdir.

19-cu əsrdən bəri maraq doğuran bu sualın cavabı son yarım əsrdəki yeniliklər nəticəsində aydın olmuşdur. Biokimyəvi müşahidələr insan bədənindəki bəzi xüsusi fermentlərin yalnız oksigenin atmosferdə tapılan forması olan O2 ilə reaksiyaya girdiyini ortaya qoymuşdur. Hüceyrələrimizdəki bu xüsusi fermentlər, çox kompleks proseslər nəticəsində bədənimizdəki dəmir və mis atomlarını katalizator (sürətləndirici) olaraq istifadə edir və beləcə, oksigeni reaktiv hala gətirirlər. davamı »

700.000 il əvvəl insanların çox yaxşı inşa edilmiş gəmilərlə okeanlara səfər etdiklərini bilirdinizmi?

GemiYaxud  ibtidai “mağara adamı” kimi təqdim edilən insanların əslində dövrümüzdəki rəssamlardan heç də geri qalmayan qabiliyyəti və estetika anlayışı olduğunu eşitmişdinizmi?

80.000 il əvvəl yaşayan və təkamülçülər tərəfindən “meymun adam” kimi göstərilən neandertal irqinin musiqi alətləri düzəltdiyini, geyim zövqünə malik olduğunu, isti qumlarda  gözəl səndəllərlə gəzdiyini bilirdinizmi?

Bunların heç birini eşitməyə bilərsiniz. Əksinə, bu insanların yarı-meymun yarı-insan, danışma qabiliyyətindən məhrum, dik dura bilməyən, yalnız qırıq-qırıq səslər çıxaran, vəhşi mağara adamları olduğunu düşünə bilərsiniz. Çünki bu böyük yalan təxminən 150 ildir dünyanın hər tərəfində insanlara təlqin edilir.

Bu təlqinin məqsədi isə materialist fəlsəfəni yaşatmaqdır. davamı »

Göy üzündəki rəngli isıq sənəti: Göy qurşağı

 

  • Göy qurşağı nə üçün və necə əmələ gəlir?download
  • Göy qurşağındakı rənglər hansı mərhələlərlə meydana gəlir?
  • Göy qurşağının forması necədir?

Xüsusilə yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü metereoloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsirilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks  olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar. davamı »

Qasırğalar necə əmələ gəlir?

qasırgaTayfun, qasırğa kimi atmosfer hadisələri tez-tez rast gəlinən təbii fəlakətlərdəndir. Bu hadisələr zamanı əmələ gələn küləklər bəzən evləri, binaları, taxta komaları, ağacları, elektrik dirəklərini və isanları sovuracaq qədər güclü olur.

Qasırğa dünyadakı ən təhlükəli və dağıdıcı küləklərdəndir. Atlantik okeanının şimalında iyun-oktyabr aylarında, cənubunda isə sentyabr ayında baş verən bu küləklər tropik dənizlərin isti suları üzərində meydana gəlir. Qasırğaların əmələ gəlmə mexanizmi və təsirləri isə Allah’ın sonsuz gücünü və insanların bu güc qarşısındakı acizliklərini bir daha göstərir.  

Qasırğalar necə əmələ gəlir?

Allah qasırğaların əmələ gəlməsi üçün bir çox fərqli amili birləşdirir. Qasırğalar həmişə tropik iqlim qurşağının keçdiyi okeanlarda meydana gəlir. Çünki qasırğalar temperaturla işləyən dəzgaha bənzəyir. Onlar əmələ gələrkən suyun üzərindəki isti və rütubətli hava yüksəlməyə başlayır. Bu zaman tropik isti havanı kiçik bir bölgəyə sıxışdırır. Bu ilıq hava yüksəldikcə içindəki su buxarı da sıxlaşaraq fırtına buludları və yağış damlaları əmələ gətirir. Sıxlaşma gizli kondensasiya temperaturu adlanan istilik əmələ gətirir. Bu gizli temperatur yuxarıdakı havanı isidir və yüksəlməsinə səbəb olur. davamı »

DNT molekulundakı mükəmməl təfərrüatlar

  • DNT-nin kimyəvi quruluşu necədir?
  • Atomların düzülüşündəki ydntaradılış xüsusiyyətləri nə üçün həyati əhəmiyyət daşıyır?

DNT (dezoksiribo nuklein turşusu) karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarətdir və hüceyrənin bütün həyati funksiyalarında rol oynayan böyük molekuldur. İnsana aid DNT molekulunda bu atomlar milyardlarladır və hər insanda özünəməxsus formada düzülmüşdür. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiribo (D), nuklein (N) və turşu (T) sözlərinin qısa yazılışıdır.

DNT-nin kimyəvi quruluşu

Hər insan hüceyrəsinin nüvəsindəki DNT molekulu 5 mikron (1 mikron millimetrin 1000-də 1-inə bərabərdir) diametri olan, kiçik yumaq formasında sarılmış nuklein turşusundan ibarətdir. Nuklein turşuları bədənimizin sadəcə 2%-ini təşkil edən, ancaq çox vacib birləşmələrdir. Nuklein turşularının əsas quruluşu isə nukleotidlərdir. Nukleotidlərdən 6 000 000 000 (6 milyard) ədədi kimyəvi cəhətdən cüt spiral formasında birləşərək DNT-ni təşkil edirlər. davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: , ,  Şərh yaz

Kök heceyrələrin tibbdə geniş istifadəsi

kok huceyreSon günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların  yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.

Kök hüceyrə nədir? 

Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.

Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. Daxildəki bu hüceyrə yığını müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilir. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir. Bədənimizdəki əzələ, dəri, qaraciyər hüceyrələri kimi hüceyrələrin müəyyən hədəfi var və bu hüceyrələr bölündükdə özləri kimi hüceyrə əmələ gətirirlər. Yəni qaraciyər hüceyrəsi bölündükdə yeni qaraciyər hüceyrəsi, əzələ hüceyrəsi bölündükdə yeni əzələ hüceyrəsi əmələ gəlir. Ancaq bu hüceyrələrdən fərqli olaraq kök hüceyrələrin müəyyən sabit funksiyaları yoxdur. Aldıqları impulsa əsasən müxtəlif hüceyrə növlərinə çevrilə bilirlər. Orqanizmimizdəki kök hüceyrələrin bu cür çevrilməsini genlər tənzimləyir. davamı »

Yerin temperaturundakı həssas müvazinət

  • yerin temperaturuYerin temperaturunun necə həssas ölçüsü var?
  • Yerin temperaturunun ideal olması üçün hansı səbəblər yaradılmışdır?

Mavi planetimizin hər yerində müxtəliflik və ehtişamla qarşılaşırıq. Bütün qitələrdə bir-birindən fərqli bitkilər, heyvanlar və insan irqləri diqqət çəkir. Dünyadakı növ müxtəlifliyinin səbəblər daxilindəki qarşılığı da iqlimdir. Allah’ın dünyada bir-birindən fərqli yaratdığı iqlim qurşaqlarının ortaq xüsusiyyəti isə hər iqlim qurşağının özünəməxsus sabit temperatur ölçüsü olması və Yer kürəsinin ümumi temperaturunun da müəyyən həddə olmasıdır. 

Yer kürəsinin səthindəki temperatur həssas ölçüdədir

Amerikalı geoloqlar Frank Press və Reymond Siver də Yer kürəsinin səthinin temperaturundakı incə əyara diqqət çəkirlər. Onların bildirdiyinə görə, həyat çox məhdud temperatur intervalında mümkündür və bu temperatur intervalı Günəşin temperaturu ilə mütləq sıfır arasındakı mümkün temperatur ölçülərinin təqribən 1%-ini təşkil edir. Yerin temperaturu isə məhz bu dar intervaldadır. (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, səh. 4) davamı »

Bakteriyalardakı dizayn

bakteriyaBakteriyalar gözlə görünmürlər, ancaq xüsusi hüceyrə quruluşu sayəsində hər cür şəraitə dözümlüdürlər. Bakteriyalar bitkilərdən və heyvanlardan fərqli olaraq sürətli çoxalan və biokimyəvi təsirləri baxımından canlılar aləminin tarazlığını təmin etməkdə çox böyük əhəmiyyət daşıyan bir qrupu meydana gətirirlər. Demək olar ki, hər yerdə yaşaya bilirlər, bu səbəblə də hər hansı bir növ orqanizmdən daha çoxdurlar. Bu canlılar dünyanın sayca ən çox olan üzvləridir. Bütün ekosistem bakteriyaların fəaliyyətlərindən asılıdır və bakteriyalar insan həyatına bir çox şəkildə təsir edirlər.

Bakteriyalar bəzən oksigeni bol olan mühitlərə üstünlük verir, bəzən də oksigensiz torpaq altında yaşaya bilirlər. Bir qismi qidasını fotosintez yolu ilə təmin edərkən, bir qismi də üzvi maddələri tərkib hissələrinə ayıraraq enerji əldə edirlər. Hətta bir-birləri ilə eyni olduğu düşünülən bakteriyaların maddələr mübadilələri araşdırıldıqda belə, bunların, əslində, bir-birlərindən fərqli növlər olduqları aydın olur.

Bakteriyalar canlılar aləmində prokaryotlar adlandırılırlar. Sahib olduqları tək hüceyrə içində bir nüvə və sərbəst şəkildə gəzən məlumat bankları -DNT- var. Olduqca kompleks quruluşda hüceyrə pərdəsinə və ribosoma sahibdirlər. Yer üzündəki bütün canlıların həyati funksiyalarının bir çoxu bu prokaryotik hüceyrələrin fəaliyyətlərinə bağlı olaraq reallaşır. davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: ,  Bir Şərh

Atom nüvəsindəki möhtəşəm xüsusiyyətlər

atomNormal şəraitdə atomun daxilində protonların bir-birlərini itələmələri və mümkün qədər bir-birlərindən uzaqlaşmaları gərəkir. Çünki protonlar müsbət yüklüdürlər və eyni yüklər bir-birlərini daim itələyirlər. Ancaq kainatda mövcud olan güclü nüvə qüvvəsi sayəsində protonlar yüksüz olan neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş haldadır. Bir başqa sözlə, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni əmələ gətirir.

Bu qüvvə atomun nüvəsindəki protonların və neytronların dağılmadan bir yerdə olmalarını təmin edir. Atomun nüvəsi bu şəkildə əmələ gəlir. Bu qüvvənin şiddəti o qədər güclüdür ki, nüvənin içindəki proton və neytronların sanki bir-birinə yapışmasını təmin edir. Buna görə də bu qüvvəyə sahib olan çox kiçik zərrəciklərə latınca “yapışdırıcı” mənasını verən “glüon” deyilir. Bu yapışmanın şiddəti çox həssas nizamlanmışdır. Bu yapışdırıcının qüvvəsi proton və neytronların bir-birlərinə istənilən məsafədə olmalarını təmin etmək üçün xüsusi olaraq müəyyən edilmişdir. Həmin qüvvə bir az daha yapışdırıcı olsa, proton və neytronlar bir-birlərinin içinə keçəcək, bir az daha az olsa dağılacaqlar. Məhz bu qüvvə böyük partlayışın (Big Bang) ilk saniyələrindən bəri atomun nüvəsinin əmələ gəlməsi üçün lazım olan yeganə dəyərə malikdir. davamı »

Darvinistlərin elm adına irəli sürdükləri saxtakarlıqlar

Piltdaun adamı saxtakarlıqdır

piltdaun adamiMəşhur həkim və eyni zamanda həvəskar paleontoloq olan Çarlz Dovson 1912-ci ildə İngiltərədə Piltdaun yaxınlığındakı bir çökəklikdə bir çənə sümüyü və kəllə parçası tapdığı iddiası ilə üzə çıxdı. Çənə sümüyü meymun çənəsinə bənzəməsinə baxmayaraq, dişlər və kəllə insanınkına bənzəyirdi. Əldə edilən fosillərə “Piltdaun adamı” adı verildi, 500 min illik tarix təyin edildi və fosil insanın xəyali təkamülünə ən mühüm dəlil kimi İngiltərədəki Britaniya muzeyində (British Museum) nümayiş etdirilməyə başladı. 40 ildən çox müddət ərzində haqqında bir çox elmi məqalə yazıldı, şərhlər edildi və rəsmlər çəkildi. Dünyanın müxtəlif universitetlərindən 500-dən çox akademik Piltdaun adamı haqqında doktorluq işi müdafiə etdi.

Məşhur amerikalı paleontoloq H.F. Osborn da 1935-ci ildə Britaniya muzeyinə səfərində: “Təbiət sürprizlərlə doludur, bu, bəşəriyyətin tarixdən əvvəlki dövrləri haqqında mühüm tapıntıdır”, – deyirdi.

Lakin Piltdaun adamı böyük saxtakarlıq, şüurlu şəkildə qurulmuş böyük hiylə idi. davamı »