Blog Archives

GÜNƏŞ SİSTEMİNDƏKİ MÖCÜZƏVİ TARAZLIQLAR

günəşPlanetlərlə Günəş arasındakı məsafə sabitdir:

 Günəş sistemində 8 planet və bu planetlərə bağlı 54 peyk var. Bu planetlər Günəşə yaxınlığına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran. Planetlərlə Günəş arasındakı məsafə sabitdir və əsla dəyişmir. Bu planetlərin və 54 peykin içində həyat üçün uyğun səthə və atmosferə malik yeganə göy cismi isə Yerdir.

Günəşin cazibə qüvvəsi və planetlərin mərkəzdənqaçma qüvvəsi arasında müvazinət var:

Planetləri kosmik fəzaya sovrulmaqdan qoruyan təsir Günəşin cazibə qüvvəsi ilə planetin mərkəzdənqaçma qüvvəsi arasındakı müvazinətdir. Günəşin böyük cazibə qüvvəsi bütün planetləri cəzb edir, onlar da fırlanmaları nəticəsində mərkəzdənqaçma qüvvəsi sayəsində bu cazibədən xilas olurlar. Ancaq əgər planetlərin fırlanma sürəti bir az yavaş olsaydı, onda planetlər sürətlə Günəşə cəzb olunar və Günəş tərəfindən partlayışla udulardılar. davamı »

“FORMA HAFİZƏSİ”-nə MALİK METALLARIN HƏYATIMIZDAKI YERİ

GoldYaradılış dünyada insanlara bir çox nemət bəxş etmişdir. “Forma hafizə”sinə malik metallar da bunlardan biridir. Metallardakı bu xüsusiyyət gündəlik həyatı asanlaşdıran bir çox texnoloji məhsulun təkmilləşdirilməsinə imkan verir. Bunlardan bəziləri aşağıdakılardır:

  • Açıq ürək əməliyyatları və sinir sistemi cərrahiyyəsində istifadə edilən avadanlıqlar
  • Qan damarlarına yerləşdirilərək qan laxtalarını tutan cihazlar
  • Çox böyük deformasiyalara belə müqavimət göstərən və əvvəlki vəziyyətinə qayıdaraq zərər çəkməyən super elastik eynək çərçivələri
  • Dişlərin estetik görünüşündəki deformasiyaları düzəldən qövsvari simlər
  • Yanğın zamanı yanıcı və zəhərli qazların çıxmasının qarşısını alan təhlükəsizlik qapaqları

Forma hafizəsinə malik metalların istifadə sahələrindən biri qan damarlarıdır. Qan damarlarına yerləşdirilən filtrlər laxtaları tutaraq insanı ölümcül təhlükələrdən xilas edir. Bu proses üçün nikel-titan qarışığından ibarət simdən emal edilmiş lövbər formasındakı filtr damarın içinə yerləşdirilmədən əvvəl düzləşdirilir. davamı »

Türk tədqiqatçıları beyinin bəzi sirlərini üzə çıxardı

alimlerBilkənd Universitetinin tədqiqatşıları beyinin sol yarımkürəsinin bədənin sağ hissəsini, sağ yarımkürəsinin də sol hissəsini idarə etdiyi istiqamətindəki elmi nəzəriyyələrin həmişə etibarlı olmadığını ortaya qoydu.

Beyinin necə işlədiyini tapmaq üçün elm adamlarının minlərlə ildir təcrübələr apardığını deyən prof. Dr. Ergin Atalar öz təcrübələrindən əldə etdikləri nəticələri belə izah etdi:

”Beyinin necə gördüyünü, görüntüləri necə qəbul etdiyini anlamaq üçün bəzi təcrübələr apardıq. Dünyada bu mövzuda çox sayda nəzəriyyə var. Bu təcrübələrdə bəzi nəzəriyyələrin əskik olduğunu müəyyənləşdirdik. Bu nəzəriyyələrə görə, beyinin iki tərəfi var. Beynin sağ tərəfi bədənimizin sol tərəfində baş verənləri, sol tərəfi isə sağ tərəfində baş verənləri qəbul edir. Məsələn, gözlərinizi dikdiyiniz bir nöqtənin solunda bir şey göstərdiyiniz zaman beyinin sağ tərəfi işləyir. Ancaq apardığımız təcrübələrdə sağ tərəfdə göstərilən bir obyektin beyinin həm sağ, həm də sol tərəfində işləndiyi ortaya çıxdı”.

Bölmə: Vücudumuz  Şərh yaz

Uzun həyatın DNT-si araşdırılır

dntAmerikalılardan ibarət olan bir qrup 100 yaşlı insanların genetik quruluşunu kəşf etmək üçün təşkil ediləcək 10 milyon dollarlıq X Genomiks mükafatını almaq üçün fəaliyyətə başladı.

Genetika alimi dr. Jonathan Rothberg uzun və sağlam həyatla əlaqəsi olan genləri təyin etmək üçün yarışa qatılır.

DNT sisiləsi tibbi diaqnozlarun təyin edilməsi ilə yanaşı, xəstələrin genetik quruluşuna xas dərmanların yazılmasını da mümkün edə biləcək.

Proyektin fəaliyyətə başlaması üçün yüz yaşı ötmüş yüz adam DNT nümunəsini tədqiqatçılara bağışladı.

Elm adamları çox uzun yaşayan insanları ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərdən qoruyan nadir genetik dəyişikliklərin olduğuna inanırlar.

Bu genlər yüz yaşını ötən insanların DNT-lərinin analiz edilməsi vasitəsilə təyin olunsa, elm adamları yeni tibbi müalicə üsulları və bəlkə də ömrü uzatmaq üçün araşdırmalar apara biləcəklər. davamı »

Bölmə: Mikrodünya  Açar sözlər:  Şərh yaz

Balıqların qoxu orqanlarında olan kompası

baliqAlman elm adamları alabalıqların qoxu orqanlarında olan “kompas hüceyrələri” sayəsində istiqamətlərini müəyyənləşdirdiyini ortaya çıxardı.

Araşdırma Amerikanın ”Proceedings” jurnalında dərc edildi. Münihdəki Ludviq Maksimilian Universitetinin elm adamları alabalıqların maqnit “kompas hüceyrələri” sayəsində Dünyanın maqnit sahəsindən istifadə edərək istiqamətlərini müəyyənləşdirdiyini təsbit etdi.

Elm adamları quşların, balıqların, dəniz çanaqlı bağalarının, inəklərin, ceyranların və maralların da maqnit sahəsi vasitəsilə istiqamətlərini müəyyənləşdirdiklərini, ancaq kompas vəzifəsini yerinə yetirən mexanizmin harada olduğunun əvvəl bilinmədiyini söylədi.

Araşdırmada istifadə edilən alabalıqların Sakit Okeanın somon balıqları ilə qohum olduğu, onların da okeanda hədəfini itirmədən təxminən 2000 mil yol qət edərək evlərinə çatdığı ifadə edildi. davamı »

Fosillər

Dələ kəlləsi

Dövr: Oliqosen

Yaşı: 36 milyon il

Bölgə: Si Çuan, Çin

Darvinizmə əsasən, fosilləri tapılmış kəllə sümükləri və digər qalıqlar dövrümüzdəki canlılardan çox fərqli olmalı idi. Fosil qeydlərində bütün canlıların təkamül keçirməkdə olan formaları ilə qarşılaşmalı, məsələn, yarıbalıq-yarısürünən, yarısürünən-yarıməməli bir çox canlının izi tapılmalı idi. Dövrümüzdə yaşayan dələ ilə eyni deyil, dələyə bənzəyən, ancaq hələ dələyə çevrilməmiş qəribə varlıqların fosilləri tapılmalı idi. davamı »

Zəlzələyə qarşı həşərat qanadı

İrlandiyada aparılan tədqiqatda məlum olub ki, binalar həşəratların qanad sistemi nümunə götürülərək dizayn edilərsə, zəlzələyə qarşı daha davamlı olar.

İrlandiyadakı Triniti Kollec Universitetindən tədqiqatçılar çəyirtkələr də daxil olmaqla, müxtəlif həşəratların qanadlarını tədqiq ediblər.

Tədqiqatın nəticələrinə əsasən, çox kövrək görünən həşərat qanadları, əslində, çox davamlıdır. Tədqiqat saniyədə 2000 dəfə qanad çalan milçəklərin də qanadlarının davamlı olduğunu göstərib. davamı »

Dəniz dibində yaşayan “elektrik naqili”

Elm adamları üç il əvvəl dənizin dibində kəşf edilmiş, ancaq səbəbi aşkar edilməmiş elektrik axınlarının mənbəyini tapıblar. Beynəlxalq tədqiqat qrupu dəniz dibində elektrik naqilləri kimi işləyən bakteriyaları kəşf ediblər.

Danimarka və ABŞ-dan elm adamları biomühəndislik sahəsində çox mühüm kəşfə imza atıblar. Tədqiqatçılar dəniz dibində kəşf edilmiş yeni bakteriya növünün elektrik axını hasil etdiyini müəyyən ediblər. Sözügedən bakteriyanın çox kiçik hissəsində cərəyan ötürən naqiləbənzər çıxıntıları olduğu məlum olub. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Bir Şərh

Orqanlar bio-printerlərdə “çap” ediləcək

Həkimə getmək, əməliyyat olunmaq və ya orqan nəqli üçün gözləmək… Bu problemlərin həlli çap texnologiyasının inkişafı ilə aradan qalxacaq. Onsuz da artıq 3 ölçülü çap texnologiyası ilə demək olar ki, hər şeyi çap etmək mümkündür.

Nə zaman olacağı hələ dəqiq bilinməsə də, çox yaxın gələcəkdə insanlar öz kök hüceyrələrindən mürəkkəb düzəldərək ev şəraitində orqanlarını çap edə biləcəklər. Bu bəlkə də bizim üçün aktual deyil, amma San-Dieqodaki bir dərman firması bunun xəyalını qurur. davamı »

Qaranlığa və rəngsizliyə bürünən həqiqi dünya

Müasir fizika sübut edir ki, biz gözlərimizlə görmürük, əslində dünya zülmət qaranlıq və rəngsizdir.

Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir

Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. davamı »