Təkamülçü KİV-lərin hamısının bir ortaq cəhəti var. Bir canlıya aid bioloji quruluş və ya xüsusiyyətin nə üçün təkamül keçirdiyinə dair xəyali ssenarilərdən bəhs edirlər. Diqqətçəkən cəhət isə budur ki, təkamülçülərin təxəyyül gücüylə uydurduğu hekayələr elmi fakt kimi verilir. Halbuki, bu KİV-də yayımlananlar “darvinist nağıllardan” başqa bir şey deyil. Təkamülçülər zehinlərində uydurduğu ssenariləri cəmiyyətə elmi dəlil kimi təqdim etməyə çalışırlar. Lakin bunların hamısı yalandır. Darvinist nağılların heç bir elmi dəyəri yoxdur, təkamülçü iddialar üçün də əsla dəlil təşkil etmirlər. davamı »
Blog Archives
Feb 2013
Feb 2013
Nektarı olmayan bitkilər necə döllənirlər?
Bəzi bitkilər həşəratları özlərinə çəkmək üçün nektarları olmadığı halda, nektarları olan çiçəklərin rəngində olurlar. Aralıq dənizi iqlimində olan meşələrdə bir yerdə bitən bənövşəyi zəngçiçəyi ilə orxideya növü olan qırmızı sefalanda bitkisi buna gözəl nümunədir. Bənövşəyi zəngçiçəkləri arılar üçün cəzbedici nektar ifraz edir, qırmızı sefalanda isə bu xüsusiyyətə sahib deyil. Hər baxımdan bir-birindən fərqli olan iki bitkini yarpaq kəsən çöl arıları dölləndirirlər. Yarpaq kəsən arılar zəngçiçəyini dölləndirərkən, qırmızı sefalandanın da döllənməyə ehtiyacı olduğunu bilirlər. Nektarı olmayan bitkini dölləndirən arılar elm adamlarını maraqlandırmış və onlar bunun səbəbini araşdırmışlar. davamı »
Feb 2013
Fosil uzun illər əvvəl yaşamış canlıların quruluşlarının təbii şərtlər altında qorunaraq dövrümüzə gəlib çatan izidir. Fosillər bəzən canlı orqanizminin bir hissəsinin, bəzən də canlının həyatda ikən qoyduğu izlərin (buna iz fosil deyilir) dövrümüzə gəlib çatmasıdır. Ölmüş heyvan və bitkilərin çürümədən, qorunaraq yer qabığının bir hissəsinə çevrilməsi ilə fosil əmələ gəlir. Fosilləşmənin baş verməsi üçün heyvan və ya bitkinin üzəri palçıq təbəqəsi ilə örtülməli və sonra ani və sürətli şəkildə gömülməlidir. Bu gömülməni, əsasən, kimyəvi proses izləyir. Bu prosesdə baş verən mineral dəyişikliklə canlı və ya bitki orqanizm qorunmuş olur. davamı »
Feb 2013
Yerin temperaturunun necə həssas ölçüsü var?
Yerin temperaturunun ideal olması üçün hansı səbəblər yaradılmışdır?
Mavi planetimizin hər yerində müxtəliflik və ehtişamla qarşılaşırıq. Bütün qitələrdə bir-birindən fərqli bitkilər, heyvanlar və insan irqləri diqqət çəkir. Dünyadakı növ müxtəlifliyinin səbəblər daxilindəki qarşılığı da iqlimdir. Allah’ın dünyada bir-birindən fərqli yaratdığı iqlim qurşaqlarının ortaq xüsusiyyəti isə hər iqlim qurşağının özünəməxsus sabit temperatur ölçüsü olması və Yer kürəsinin ümumi temperaturunun da müəyyən həddə olmasıdır. davamı »
Feb 2013
Təkamülçülərin insanla meymunun eyni əcdaddan yarandıqları barədə xəyali hekayələrinin qaynağı nədir?
Təkamülçülərin şimpanzelərdəki bir genin yox olması ilə şimpanzelərin inkişaf edərək insana çevrilməsi barədə iddiaları nə üçün elmi deyil?
Təkamülçülər xəyali ssenarilərində meymun qalıqlarının çoxluğundan istifadə edərək insanlarla meymunların eyni əcdaddan törədiklərini iddia edirlər. Məlumdur ki, indiyə kimi 6000-dən çox meymun növü mövcud olmuşdur. Onların əksəriyyətinin nəsli kəsilmişdir. Hal-hazırda 120-yə qədər meymun növü yaşayır. Məhz 6000-ə yaxın nəsli kəsilmiş meymun növünün qalıqları təkamülçülər üçün zəngin vəsait qaynağıdır. davamı »
Feb 2013
Kainat bir nöqtədən böyük partlayışla yaradılmışdır. Bütün partlayışlar mövcud nizamı pozduğu halda, “Big Bang” adlandırılan bu partlayış ilə kainatda sıfır həcmdən, yəni yoxluqdan möhtəşəm nizamla 300 milyard qalaktika əmələ gəlmişdir. Yaşadığımız Südyolu qalaktikası müşahidə edilən kainatdakı 300 milyard qalaktikadan biridir. davamı »
Feb 2013
Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir.
Darvinizmə görə, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç “sehrli” və “ağıllı” güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! davamı »
Feb 2013
Bədənimizdəki su miqdarının biz yatarkən belə müəyyən tarazlıqda saxlanılması nə üçün vacibdir?
Su ölçən xüsusi reseptorların təhlükəli vəziyyətdə ifraz etdiyi ADH hormonu su tarazlığını necə təmin edir?
Su insan orqanizmi üçün böyük əhəmiyyət daşıyır. Çünki insan bədənindəki suyun 10%-i itirilsə, insan üçün həyati təhlükə baş verər. Bu təhlükə ilə üzləşməmək üçün:
Hər gün yediyimiz yemək və qəbul etdiyimiz maye ilə neçə litr su qəbul etdiyimiz,
Bu suyun nə qədərini orqanizmimizdən xaric etdiyimiz, davamı »
Feb 2013
- DNT-nin kimyəvi quruluşu necədir?
- Atomların düzülüşündəki yaradılış xüsusiyyətləri nə üçün həyati əhəmiyyət daşıyır?
DNT (dezoksiribo nuklein turşusu) karbon, hidrogen, oksigen, azot, fosfat atomlarından ibarətdir və hüceyrənin bütün həyati funksiyalarında rol oynayan böyük molekuldur. İnsana aid DNT molekulunda bu atomlar milyardlarladır və hər insanda özünəməxsus formada düzülmüşdür. DNT bu molekulun kimyəvi quruluşunu ifadə edən dezoksiribo (D), nuklein (N) və turşu (T) sözlərinin qısa yazılışıdır. davamı »
Feb 2013
Son günlərdə KİV-də tez-tez rast gəlinən tibb xəbərləri arasında ən diqqətçəkəni kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir. Tədqiqatların nəticələri zədələnmiş orqanlara birbaşa kök hüceyrə yeridilməsi ilə orqanların yenidən əvvəlki funksiyasına davam etdiyini üzə çıxarmışdır.
Kök hüceyrə nədir?
Mayalanmadan dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.
Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək bağı, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. davamı »