Tag-Archive for » huceyre haqqinda «

Həyatın mənşəyini açıqlayan “ilk hüceyrə”

Darvinin təkamül nəzəriyyəsinə əsasən, cansız maddələrin təsadüfən birləşməsi ilə əmələ gələn xəyali ilk hüceyrə var. Darvinizmə əsasən, hər şey bu ilk hüceyrə ilə başlayır. Bütün canlıların, kəpənəklərin, quşların, şirlərin, qartalların, balinaların, dovşanların, maralların və nəhayət texnoloji məhsullar istehsal edən, sivilizasiyalar quran, professorlar yetişdirən, kosmosa səyahət edən, laboratoriyalarda malik olduğu hüceyrələri tədqiq edən insanın da mənşəyi darvinizmə əsasən, bu xəyali ilk hüceyrədir.

Darvinizmə görə, bu xəyali ilk hüceyrənin mənbəyi isə bir az palçıqlı su, zaman və təsadüflərdir! Darvinizm dininə əsasən, bu üç “sehrli” və “ağıllı” güc birləşərək Nobel mükafatına layiq görülmüş elm adamlarının XXI əsrin texnologiyasının hakim olduğu laboratoriyalarda belə düzəldə bilmədikləri, incəliklərini anlamaq üçün insanların yarım əsrdən çox müddət ərzində üzərində tədqiqatlar apardıqları olduqca mürəkkəb və mükəmməl mexanizmlərə, orqanoidlərə və kompleks quruluşa malik hüceyrəni necə olubsa, əmələ gətiriblər! davamı »

Bölmə: Mikrodünya  Açar sözlər: ,  Şərh yaz