Blog Archives

Orqanizmdəki maye miqdarını tənzimləyən böyrəklər

Orqanizmdə qüsursuz planlanmış sistem işləyir. Böyrəklər bu sistemlərdən biridir.

Əgər tərləmə və ya bir müddət su içməmə səbəbindən bir az su itirsək, qandakı suyun miqdarı azalar.

Qan beyində hərəkət edərkən hipotalamus adlanan bölgədəki xüsusi reseptorlar hərəkətə keçir və hipofiz vəzinə impuls göndərir. İmpulsu qəbul edən və orqanizmdə suyun azaldığını anlayan hipofiz vəzi böyrəklərə xüsusi mesaj (antidiuretik hormon- ADH) göndərir. Bu mesaj borucuqlardakı hüceyrələrə “orqanizmdə su çatışmazlığı var, artıq suyu geri qaytarın” əmrini verir. Borucuqlar sidikdən daha çox suyu soraraq qana qarışdırırlar və bu şəkildə orqanizmdə su çatışmazlığı aradan qaldırılır. (Arthur C. Guyton, M.D., Text Book of Medical Physiology, W.B. Saunders Company, 7th Edition, 1986, səh.613-614)

Əgər artıq su içmişiksə, bu dəfə də həmin əmr sistemi zənciri çərçivəsində xəbərləşmə baş verir. Ancaq bu dəfə borucuqlardakı hüceyrələrə “orqanizmdə artıq su var, suyu lazımsız yerə geri qaytarmayın” əmri verilir. davamı »

Cinayətkarı tapan DNT

Bir çox elmi mövzunun tarixən çox qədimlərə gedib çıxdığını düşünürük. Halbuki elmi kəşflərin bir qismi, xüsusilə insan DNT-si ilə bağlı məlumatların tarixi o qədər də qədim deyil. Demək olar ki, bir çoxu yaxın keçmişdə edilmiş kəşflərdir.

Məsələn, DNT-nin nukleotid ardıcıllığı 1987-ci ildə Leysester Universitetində biokimya professoru Alek Ceffris tərəfindən kəşf edilmişdir.

Tarixdə ilk dəfə hüquqi ekspertiza DNT vasitəsilə cinayətkarı müəyyən edə bilmişdir.

Qlobin zülalı üzərində tədqiqat aparan Ceffris bu tədqiqat zamanı nukleotid ardıcıllığının insandan-insana barkod sistemi kimi fərqləndiyini, hər kəsin DNT-sinin özünəməxsus sistem olduğunu müəyyən etmişdir.

Bu yolla səhv etmə riski, demək olar ki, qalmamış və əsl cinayətkarlar bir-bir tapılmağa başlamışdı. Çünki DNT izi (nukleotid ardıcıllığı) 99,99% ehtimalla bizə düzgün məlumat verir. Heç kimin DNT izi başqasının DNT izi ilə eyni deyil. davamı »

Bölmə: Mikrodünya, Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Kirpi balığı şişərkən nəfəsini tutmur

Kirpi balığı yaxınlıqda təhlükə hiss etdikdə tikanlı dərisi dəqiqələr ərzində kürə formasını alır. Kirpi balığının şişməsi onu yem olmaq riskindən xilas edir. Kürə formasını aldıqda balıq dərin nəfəs alıb nəfəsini tutmuş kimi görünür. Ancaq şişkin vəziyyətdə də nəfəs almağa davam edir.

Kirpi balıqları şişmək üçün elastik mədələrini sürətlə su ilə doldururlar. “İtkin balıq Nemo” filmində kirpi balığı bloat da su topu kimi şişərək komik şəkildə suda üzməyə başlayırdı. Ancaq kirpi balıqlarının hava ilə şişmədiyi üzə çıxdı.

Tədqiqatçı Corcia Makgi (Georgia McGee) bu barədə belə deyir:

“Əvvəlki tədqiqatlarda kirpi balıqlarının nəfəslərini tutaraq şişdiyi iddia edilirdi. Biz su udaraq mədəsini şişirmə ehtimalı üzərində dayandıq. Nəfəsini tutsaydı, balıq həyati orqanlarında oksigen çatışmazlığı yaranmaması üçün qısa müddətli şişkin qala bilərdi”. davamı »

Yarpaqlardakı mikroskopik fabrik

XVII əsrdə yaşamış belçikalı fizik Yan Baptist van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə edir və müxtəlif ölçmələr aparır. Ağacı əvvəlcə çəkir, 5 il sonra yenidən çəkir və ağırlığının 75 qr artdığını görür. Bitkinin böyüdüyü qabdakı torpağı çəkdikdə isə 5 il ərzində sadəcə bir neçə qram azaldığını görür. Fizik van Helmont bu təcrübəsində söyüd ağacının böyüməsinin səbəbinin sadəcə dibçəkdəki torpaq olmadığını aşkar edir. Bitki böyümək üçün torpağın çox az hissəsindən istifadə etdiyinə görə, deməli, başqa yerdən qida alır.

XVII əsrdə van Helmontun kəşf etməyə çalışdığı bu hadisə bəzi mərhələləri dövrümüzdə belə tam məlum olmayan fotosintez prosesidir. Yəni bitkilər qidalarını özləri hasil edirlər.

Bitkilər qida hasil edərkən təkcə torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı karbon qazından istifadə edirlər. Bu xammalları götürüb yarpaqlardakı mikroskopik fabriklərdə emal edərək fotosintez edirlər.

Yarpaqlar xüsusilə bitkilərin qida hasil etməsi, tənəffüs etməsi kimi proseslər üçün dizayn olunublar. Bir az sonra təfərrüatı ilə görəcəyimiz bu dizayn, əlbəttə, bizə yarpaqları dizayn edən Allahın varlığını sübut edən dəlillərdəndir.  davamı »

YUXUDA İKƏN BƏDƏNİMİZDƏ HANSI PROSESLƏR BAŞ VERİR?

Hər insan ömrünün 1/3-ni yuxuda keçirir. Hər gün baş verən, əslində, böyük möcüzə olan yuxu bütün bədən sistemlərinin passivləşdiyi dincəlmə prosesi deyil. Çünki yuxuda bədəndə aktiv yenilənmə prosesi başlayır. İndi yuxuda insan bədənində necə yenilənmə prosesi olduğuna nəzər salaq.

Yuxu insan həyatının labüd ehtiyaclarından biridir. Bədənimizin suya, oksigenə və qidaya ehtiyacı olduğu qədər yuxuya da ehtiyacı var. Yuxu passiv dincəlmə prosesi deyil. Yuxu əsnasında gün ərzində beyini məşğul edən fəaliyyətlər, gərginliklər və hafizəyə ötürülən məlumatlar sanki kompyuterin yaddaşının təmizlənməsi kimi təmizlənir. Yuxuda hormon səviyyəsi tarazlaşdırılır, həzm sistemi işləyir, immun sistemi işə düşür, dəri yenidən formalaşır. Hüceyrə bölünməsi yuxuda güclü şəkildə davam edir. davamı »

Yerdəki ən böyük meteorit kraterinin Avstraliyada olduğu kəşf edilmişdir

Endryu Qliksonun (Andrew Glikson) rəhbərliyi ilə Avstraliya Milli Universitetinin əməkdaşları Avstraliyanın Kvinslend, Cənubi Avstraliya və Şimal Ərazi ştatlarının sərhədlərində geotermik aktivliyin planlı tədqiqatını aparmışlar. Bu məqsədlə 3 km dərinlikdə qazıntılar aparılarkən güclü zərbənin təsirindən şüşəyə çevrilmiş dağ süxurlarının izlərinə rast gəlmişlər.

Sonrakı tədqiqatlarda bu nahiyədə zərbənin təsirindən eni 190 km olan və 30 km dərinliyə qədər nüfuz etmiş iki kraterin mövcudluğu aşkara çıxarılmışdır.

Zərbənin təsir dairəsi ümumi olaraq 400 km təşkil edir. Bu da alimlər tərəfindən bəzi növ canlı növlərinin, o cümlədən dinozavrların kütləvi tələfinə səbəb olduğu hesab edilən Meksikanın Yukatan yarımadasına düşmüş asteroidin zərbəsindən yaranmış Çiksulub kraterindən azı 4 dəfə böyükdür. davamı »

Alimlər: neandertallar bəzək əşyaları taxırdılar

Ən son tədqiqatlar nəticəsində artıq məlum olmuşdur ki, təxminən 30-200 min il əvvəl yaşamış “neandertal” adlandırılan qədim insanlar nitqə sahib idilər, rəsmlər çəkirdilər, ölülərini dəfn edirdilər, əmək alətləri, silahlar düzəldirdilər.

Ən son tapıntılardan biri də 130 min il yaşında olan boyunbağıdır. Ağquyruq dəniz qartalının caynaqlarından hazırlanmış bu qədim boyunbağı bir daha sübut etdi ki, neandertallar inkişaf etmiş yaradıcı insanlar olublar. Xorvatiyanın Krapina rayonundan tapılmış bu arxeoloji tapıntı elmə 100 ildən çoxdur məlum olmasına baxmayaraq, üzərində ətraflı tədqiqatlar bu yaxınlarda aparılmağa başlanılmışdır.

Hazırda Kanzas Universitetinin Antropologiya fakültəsindən amerikalı antropoloq Devid Freyerlə (David Frayer) birgə Xorvatiyanın Zaqreb Təbiət Elmləri Muzeyinin və Dördüncü Dövr Paleontologiya və Geologiya İnstitutunun əməkdaşları tərəfindən boyunbağı üzərində araşdırmalar və analizlər davam etdirilir. davamı »

Science Mag saytından xəyali «insanabənzər» nağılı: Denisovanlar

f84f8e39_denisova2DENİSOVAN İNSANI NECƏ QURAŞDIRILDI?

Məlum olduğu kimi, 2010-cu ilin dekabr ayında «Nature» jurnalında dərc edilən bir məqalə ilə yeni kəşf edilən «nəsli kəsilmiş «insanabənzər növün» tapıldığı» elan edilmişdi. Sibirin Altay dağlarında yerləşən Denisova mağarasında tapılan fosil qalıqlarından əldə edilmiş məlumatlara görə, bu nəticəyə gəlindiyi üçün «yeni növə» denisovan adamı (və ya Homo altai) adı verildi. Denisovanlar əldə heç bir dəlil olmamasına baxmayaraq, bugünkü insandan, guya, fərqli insan növü və müasir insanın sanki bir yarımnövü kimi tanıdıldı. davamı »

Təkamülçülərdən 77 etiraf

ea227015_darwin001

1. Təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin:

“Fərqli məsafələrə fokuslanmağı tənzimləyən, müxtəlif miqdarlarda işığı içəri buraxan, sferik və xromatik yayınmaya düzəliş edən bütün misilsiz mexanizmləri ilə göz kimi bir orqanın təbii seçmə yoluyla əmələ gəlmiş ola biləcəyini düşünmək, ürəkdən etiraf edirəm ki, cəfəngiyatın pik nöqtəsidir”.1

2. 20-ci əsrin ən məşhur təkamülçülərindən biri, neodarvinizmin qurucularından olan amerikalı paleontoloq, Nyu-Yorkun Kolumbiya Universitetinin zoologiya üzrə professoru olmuş və Amerika Təbiət Tarixi Muzeyinin kuratoru işləmiş Corc Qeylord Simpson:

“Bu, bir həqiqət olaraq qalır: bütün paleontoloqlar bilir ki, yeni növlər, cinslər və fəsilələrin böyük hissəsi və fəsilədən də yüksək, demək olar ki, bütün yeni kateqoriyalar fosil qeydlərində birdən-birə təzahür edir və tədrici, tamamilə davamlı olan ardıcıl keçidlərdən söz gedə bilməz”.2

davamı »

Genlərin insanı idarə etməsi fikri yanlışdır

5788dd9e_insan-genomu1Təkamülçü media yolu ilə insanlara təlqin edilən materialist fərziyyələrdən biri insan davranışlarının təkcə genetik amillərin təsiri ilə müəyyən edildiyi iddiasıdır. Bu iddianın tərəfdarları insanın göz rəngi kimi fiziki xüsusiyyətləri ilə yanaşı davranışlarının da genlər tərəfindən müəyyən edildiyini fərz edirlər. Davam edən genetik tədqiqatların mediada müntəzəm olaraq bu prizmadan şərh olunması laboratoriya reallıqlarına zidd, xurafat tipli bir sıra fikirlərin cəmiyyət içində elmi məlumat olduğu təəssüratını yaradıb. Beləliklə, “bizi insan edən amil genlərlə məhdudlaşır” kimi tanınan “gen yalanı”meydana çıxıb. davamı »