Tag-Archive for » adam smith «

Dünyanın Ən Qabaqcıl Kompüteri Səhv Edərsə…

Üzərində ən çox tədqiqat aparılan, haqqında ən çox yazılan, lakin ən az məlumatımız olan orqanımız beynimizdir. Tamamilə müəmmadır. Bizə çox qarışıq quruluşlu görünməsə də, elm adamları belə düşünmürlər. Onlar beyini çox inkişaf etmiş kompüterə bənzədirlər. O, ən mürəkkəb və ən qabaqcıl kompüterlərdən də üstündür. Qoxu alan, dad bilən, toxunan, yaşayan, hər şeyi ilə dünyanı hiss edən kompüterdir. Bütün kompüterlər kimi bəzən o da səhv edə bilir. Hər hansı bir kompüter səhv etdikdə çox vaxt söndürüb yandırır və işinizə qaldığınız yerdən davam edirsiniz. Əgər problem daha ciddidirsə, texniki xidmətdə ya hissələr, ya da proqramlar təzələnir. Bəs beynimiz səhv etsə?

O, ABŞ-ın tanınmış universitetlərindən Prinstona gələcək vəd edən riyaziyyat dühası kimi daxil olmuşdu. Universitetdəki ilk illərini üstünlüyünü ortaya çıxaracağı orijinal riyazi teorem kəşf etmək üçün sərf etdi. Ancaq bu sahədə konkret uğur əldə edə bilmədi və müəllimi tərəfindən xəbərdarlıq aldı. Uğursuzluğunu qəbul edə bilmirdi. Otaq yoldaşı Çarlz Herman zarafatları ilə onu şənləndirdi və yenidən işləməyə həvəsləndirirdi. Hermanın böyük dəstəyi ilə bu sıxıntılı dövrü keçdi. Bu sayədə Adam Smitin iqtisadi nəzəriyyəsi ilə bağlı orijinal riyazi teorem kəşf etdi. 1953-cü ildə Pentaqona Sovet İttifaqının istifadə etdiyi bəzi riyazi şifrələri açmaq üçün xüsusi dəvət almışdı. Burada əldə etdiyi uğur nəticəsində gizli xidmət onunla casus Uilyam Parçer vasitəsilə əlaqəyə girirdi. Parçer dövlət üçün gizli şifrələr işi ilə müntəzəm məşğul olmasını təmin etmişdi. Hətta bir gün Parçerin Sovet casusları ilə döyüşünə şahid olmuş və çox qorxmuşdu. Gizli xidmətin qoruduğu iş otağında bütün gününü şifrə açmaqla keçirirdi. davamı »