Normal şəraitdə atomun daxilində protonların bir-birlərini itələmələri və mümkün qədər bir-birlərindən uzaqlaşmaları gərəkir. Çünki protonlar müsbət yüklüdürlər və eyni yüklər bir-birlərini daim itələyirlər. Ancaq kainatda mövcud olan güclü nüvə qüvvəsi sayəsində protonlar yüksüz olan neytronlarla birlikdə nüvədə bir-birlərinə birləşmiş haldadır. Bir başqa sözlə, güclü nüvə qüvvəsi protonları bir yerdə tutaraq atomun mərkəzindəki nüvəni əmələ gətirir.
Bu qüvvə atomun nüvəsindəki protonların və neytronların dağılmadan bir yerdə olmalarını təmin edir. Atomun nüvəsi bu şəkildə əmələ gəlir. Bu qüvvənin şiddəti o qədər güclüdür ki, nüvənin içindəki proton və neytronların sanki bir-birinə yapışmasını təmin edir. Buna görə də bu qüvvəyə sahib olan çox kiçik zərrəciklərə latınca “yapışdırıcı” mənasını verən “glüon” deyilir. Bu yapışmanın şiddəti çox həssas nizamlanmışdır. Bu yapışdırıcının qüvvəsi proton və neytronların bir-birlərinə istənilən məsafədə olmalarını təmin etmək üçün xüsusi olaraq müəyyən edilmişdir. Həmin qüvvə bir az daha yapışdırıcı olsa, proton və neytronlar bir-birlərinin içinə keçəcək, bir az daha az olsa dağılacaqlar. Məhz bu qüvvə böyük partlayışın (Big Bang) ilk saniyələrindən bəri atomun nüvəsinin əmələ gəlməsi üçün lazım olan yeganə dəyərə malikdir. davamı »