Tag-Archive for » DNT molekullari «

DNT-nin möcüzəvi quruluşu

Canlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır.

DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürsək, təxminən hər biri 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki informasiya mikroskopik ölçüdəki hüceyrənin nüvəsində yerləşən DNT-də şifrlənmişdir. davamı »