Tag-Archive for » elektroşok «

Elektroşokla ov ovlayan ilan balıqları

ilan baligiBoyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.

Elektrik ilan balığının bədənindəki yan əzələlərdə yerləşmiş orqanları tərəfindən hasil edilir. Elektrikli ilan balığının üç cüt elektrik orqanı var. Bu orqanlar balığın çəkisinin böyük hissəsini və boyunun 4/5-nü təşkil edir. Elektrik orqanı çoxlu sayda yastı hüceyrənin ardıcıl, paralel bağlanmasından əmələ gəlir. Elektrikli ilan balığının quyruğunda 70 sütun şəklində düzülmüş, 10.000 kiçik elektrik orqanı yerləşir. Bu hüceyrələrin hamısının eyni anda hərəkətə salaraq güclü elektrik axını əmələ gətirməsi üçün hüceyrələri hərəkətə keçirən sinir impulsları eyni zamanda ötürülməlidir. Minlərlə hüceyrənin müəyyən canlını hədəfə alaraq eyni anda elektriki boşaltması isə çox xüsusi, təəccüblü haldır. davamı »

Bölmə: Heyvanlar Aləmi  Açar sözlər: ,  Şərh yaz