Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. davamı »
Yerin, Günəşə olan məsafəsi, fırlanma sürəti və ya relyef formaları qədər, böyüklüyü də əhəmiyyətlidir. Planetimizi, kütləsinin ancaq 8%-i qədər kütləyə malik Merkuri və ya kütləsindən 318 misli qədər böyük kütləyə malik Yupiterlə müqayisə etdiyimiz vaxt, planetlərin çox müxtəlif böyüklükdə ola biləcəklərini görərik. Bəs görəsən bu qədər müxtəlif ölçülü planetlər arasında, planetimizin böyüklüyü təsadüfənmi təyin edilib? davamı »