Tag-Archive for » RNT «

DNT-nin möcüzəvi quruluşu

Canlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır.

DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürsək, təxminən hər biri 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki informasiya mikroskopik ölçüdəki hüceyrənin nüvəsində yerləşən DNT-də şifrlənmişdir. davamı »

HÜCEYRƏDƏKİ BƏNZƏRSİZ HASİLAT: ZÜLAL SİNTEZİ

zulalCanlılar üçün həyati əhəmiyyətə malik olan zülallar hüceyrənin içində dünyadakı heç bir sistemlə müqayisə edilməyəcək qədər kompleks, nizamlı və qüsursuz sistemlə hasil edilirlər.

Bu kompleks hasilat sistemində heç bir səhvə yol verilmir. Hər hansı mərhələdə meydana gələn xəta dərhal təhlükəsizliyə nəzarət sistemi ilə bərpa edilir. Beləliklə, canlının həyatını davam etdirməsini təmin edən zülallar heç bir xəta olmadan, məhz lazımi vaxtda, lazımi yerdə və lazımi şəkildə hasil edilir.

Zülal hasilatının digər möcüzəvi xüsusiyyəti də çox yüksək sürətlə həyata keçirilməsidir. Məsələn, 100 amin turşusu daşıyan bir zülal molekulu E.coli bakteriyasının hüceyrəsində 5 saniyədə sintez edilir. Bu o qədər böyük sürətdir ki, yer üzündə belə sürətlə bütün istehsal prosesini tamamlayan fabrik yoxdur. Bu sürət canlı üçün çox vacibdir. Çünki həyatın davam etdirilməsi üçün hüceyrələrdə hər an bir çox zülala ehtiyac olur. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: , , , ,  Şərh yaz

“RNT dünyası” tezisinin əsassızlığı

70-ci illərdə ibtidai dünya atmosferinin tərkibində olan qazların amin turşusu sintezini qeyri-mümkün etdiyinin məlum olması kimyəvi təkamül nəzəriyyəsinə böyük zərbə oldu. Stenli Miller, Sidney Foks, Siril Ponnamperuma kimi təkamülçülərin illər boyu keçirdiyi “ibtidai atmosfer təcrübələrinin” hamısının əsassız olduğu məlum olmuşdu. Bu səbəbdən 80-ci illərdə başqa təkamülçü axtarışlar başladı. Bunun nəticəsində əvvəlcə zülalların deyil, zülallar haqqında məlumat daşıyan RNT molekulunun əmələ gəldiyini irəli sürən “RNT dünyası” ssenarisi ortaya atıldı.

1986-cı ildə Harvardlı kimyaçı Volter Cilbert tərəfindən ortaya atılan bu ssenariyə əsasən bundan milyard illər əvvəl necə olubsa, öz-özünü kopyalaya bilən RNT molekulu təsadüfən əmələ gəlib. Sonra bu RNT molekulu ətraf mühitin şərtlərinin təsirilə birdən-birə zülallar hazırlamağa başlayıb. Daha sonra məlumatları ikinci bir molekulda saxlamaq ehtiyacı yaranıb və necə olubsa, DNT molekulu meydana gəlib. davamı »