Tag-Archive for » su «

Susamasaydınız, nə baş verərdi?

İnsan qidalanmadan 1-2 həftə yaşaya bilər, su içmədən isə 3-4 gündən çox yaşaya bilməz. İnsan bədəninin 75%-i sudan ibarətdir. Tərləmə və tənəffüs vasitəsilə insan gündə 2-3 litr su itirir. İtirilən su susadıqdan sonra içilən su ilə kompensasiya edilir. 

Bəs  susamasaydınız, nə baş verərdi?

Su bütün canlılar üçün olduğu kimi, insanlar üçün də ən vacib həyat mənbəyidir. Suyun bədən temperaturunun nizamlanmasında, qida maddələri və oksigenin daşınmasında, tullantı maddələrinin hüceyrələrdən uzaqlaşdırılmasında və həzmin asanlaşdırılmasındakı rolu əvəzsizdir. Bundan əlavə, su orqan və toxumaları da qoruyur. Məsələn, hüceyrələrimizi əhatə edən suyun yalnız 2%-ni itirsək, təxminən 20%-lik enerji itirər və yorularıq. Təkcə bu misal suyun insan həyatında nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün kifayətdir. davamı »

Bölmə: Vücudumuz  Açar sözlər: ,  Şərh yaz

Şüşənin Maye Olduğunu Bilirsinizmi?

Bir çoxumuz maddənin üç halının olduğunu bilirik. Buna ən yaxşı nümunə  sudur. Su normal halda maye, donanda buz, yəni bərk, isinəndə də buxar, yəni qaz halına keçir. Bir maddənin molekul quruluşunu itirmədən qazandığı dəyişiklik maddənin üç fərqli halıdır. Ancaq bu xüsusiyyət hər maddəyə xas deyil. Məsələn, barıtı qızdırsaq, o, qaz halına çevrilməz. Barıt partlayar və tamamilə başqa molekul olar. Şüşə isə soyudulsa, bərk maddə xüsusiyyəti qazanmaz, yalnız sərtləşər.

Şüşəni bərk zənn etməyimizin səbəbi isə olduqca sərt olmasıdır. Qədim dövrlərdən qalmış şüşə stəkan və vazaların alt hissələrində qalın şüşə layın meydana gəlməsinin səbəbi şüşənin gözlə görünməyən miqdarda daima aşağıya doğru axmasıdır. davamı »

Bölmə: Təbiət və Texnologiya  Açar sözlər: , , ,  Şərh yaz

Heyvan Gözlərindəki Müxtəliflik

Balıqlar su altında, quşlar isə uçarkən onlara görmə imkanı verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə yaradılmışdır. Bu, doğru dəyərləndirdikdə insana çox şey qazandıracaq məlumatdır. Göz kimi qarışıq və mürəkkəb quruluşda olan bir orqanın müxtəlif xüsusiyyətlərə malik hər canlıda öz-özünə olmayacağı aydındır. Bununla bağlı nümunələri araşdıran, ağıl və vicdanla düşünən hər insan canlıların yaradıldıqları həqiqətini dərhal anlayacaq. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir yoldur.

Quşlar insanlardan daha sürətli görmə gücünə malikdir və daha geniş sahəni çox aydın görə bilirlər. Bir quş insanın hissə-hissə görərək qavradığı bir çox görüntünü bir baxışda bütövlüklə görə bilir. Bu ov ovlayarkən böyük üstünlükdür. Bəzi quşların gözləri insanla müqayisədə 6 qat uzağı görür. davamı »

Delfinlərdəki Üstün Yaradılış

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Ma­ma­ne, Le Sur­do­ue du Grand Bleu, Sci­en­ce et Vie Ju­ni­our, Avqust 1998, s.79-84)

Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. davamı »

Atmosferin Həyat üçün Uyğunluğu

Yer kürəsi həm həyat üçün lazımi temperatura, həm lazımi kütləyə, həm də həyatı qoruyan xüsusi qalxanlara malikdir. Amma bunlar Yerdəki həyatın mövcud olması üçün qaneedici şərtlər deyl. Çox vacib başqa bir şərt isə atmosferin quruluşudur.

Elmi-fantastik filmlər insanları bəzən səhv istiqamətləndirirlər. Buna bir misal olaraq bu filmlərdə tez-tez rast gəlinən “asan atmosfer uyğunluğu”nu göstərmək olar. Kosmik gəmidə uzaq bir planetə yaxınlaşan insanlar planetə enməzdən əvvəl atmosferinin tənəffüs üçün yararlı olub-olmadığını yoxlayırlar. Və adətən tənəffüs üçün yararlı çıxır. Bu ssenarilər insanın asanlıqla və təsadüfən uyğun atmosferlər tapa biləcəyi kimi bir təsəvvür verir. Lakin əgər həqiqətən kosmik gəmilər ilə kainatın dərinliklərinə səyahət etsəydik, Yerdən başqa digər planetlərdə tənəffüs üçün yararlı atmosfer tapmaq demək olar ki, mümkün olmazdı. Çünki Yerin atmosferi həyat üçün lazımlı son dərəcə xüsusi şərtləri birləşdirərək nizamlanmış qeyri-adı tərkibdir. davamı »

Su və Bitkilər Arasındakı Ahəng

Otlardan tutmuş hündür ağaclara və cürbəcür çiçəklərə qədər bütün bitkilər torpaqdan aldıqları suyu və qidaları ən ucqar budaqlarına, ən kiçiyindən ən böyüyünə qədər bütün yarpaqlarına çatdıra bilirlər. Ancaq daşıma prosesi sadəcə bitkilərdəki sistemlər sayəsində həyata keçmir. Bu daşımanın həyata keçməsi üçün eyni zamanda suyun xüsusiyyətləri də bitkilərin quruluşu ilə uyğunluq təşkil etməlidir.

Suyun ümumi quruluşunu nəzərdən keçirərək bu uyğunluğa baxaq.

Yer üzündəki canlıların həyatlarını davam etdirə bilməsi üçün mütləq lazım olan su, hər xassəsi ilə xüsusi şəkildə yaradılmış bir maddədir. Suyun mühüm xassələrindən biri də yüksək səthi gərilməyə malik olmasıdır. Səthi gərilmə mayeni təşkil edən molekulların bir-birini cəzb etmələrilə əmələ gəlir. Bu sayədə bir su qabı öz yüksəkliyindən daha yüksək su kütləsini daşırmadan daşıya bilir və ya metal bir iynə suyun üzərinə diqqətli şəkildə üfüqi vəziyyətdə qoyulduqda batmadan üzə bilir. davamı »

Günəş Sistemində Səyahət

Əgər Günəş sistemində səyahət etsəniz, olduqca maraqlı bir mənzərə ilə qarşılaşarsınız. Səyahəti sistemin lap kənarından başladığınızı fərz edək.

İlk qarşılaşacağınız planet Neptundur. Bu planet olduqca “soyuq”dur: səthinin temperatru -218°C-yə yaxındır. Hidrogen, helium və metan qazlarından ibarət atmosferi insan üçün zəhərlidir. Habelə, planetin səthində sürəti saatda 2000 km-ə çatan qorxunc fırtınalar əsir.

Bir az da irəlilədikdə Urana çatırsınız. Uran quruluşunun çox hissəsi qaya və buz olan “qaz planet”dir. Atmosfer temperaturu -214°C-yə yaxındır. Hidrogen, helium və metandan ibarət olan atmosferi həyat üçün əsla uyğun deyil. davamı »

Suyun Mühüm Xüsusiyyətləri

YUXARIDAN DONMANIN FAYDASI

Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından- yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür. Bunun sayəsində dənizin tamamilə donması və canlıların məhv olması təhlükəsi aradan qalxır. Çünki donan və yuxarı qalxan təbəqə dənizin altda qalan maye hissəsini bayırdakı soyuq havadan izolyasiya edir.

Əgər buz sudan ağır olsaydı (əslində belə olması daha təbii olardı), bu halda dənizlər də altdan donmağa başlayacaqdı. Belə olduqda sözügedən izolyasiya baş vermədiyi üçün dənizlərin hamısı asanlıqla donar və sudakı həyat məhv olardı. davamı »

Su Dövranı və Həyat

Hər an milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da quruya ötürülür. İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon m3 su buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə hər il 3-4 milyon km3 su okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir. davamı »