Archive for » 2010 «

Yoxluqdan Varlığa: Big Bənq (Böyük Partlayış)

Ətrafınızda gördüyünüz hər şeyin, öz bədəniniz, içində yaşadığınız ev, hal-hazırda oturduğunuz kreslo, ağaclar, quşlar, torpaq, meyvələr, bitkilər, qısaca desək, bütün canlıların və ağlınıza gələn bütün maddələrin “Böyük Partlayış” ilə var olan atomların birləşməsi nəticəsində əmələ gəldiyini bilirdiniz? Bu partlayışdan sonra kainatdakı qüsursuz nizamın əmələ gəlməsindən xəbəriniz vardı? Bəs bu “Böyük Partlayış” nədir?

Ötən əsrdə qabaqcıl texnologiya ilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu qəti surətdə ortaya qoymuşdur. Elm adamları apardıqları tədqiqatlar nəticəsində kainatın davamlı olaraq “genişləndiyini” müəyyən etmişlər və kainat genişləndiyinə görə zaman ərzində geriyə doğru getdikdə kainatın təkcə bir nöqtədən genişlənməyə başladığı nəticəsinə gəlmişlər. Məhz bu gün elm, kainatın bu tək nöqtənin partlaması ilə yoxdan var olduğu həqiqətini üzə çıxarmışdır. Bu partlayışa “Biq Bənq”, yəni “Böyük Partlayış” adı verilmişdir.

davamı »

Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Sümüklərdəki qüsursuz quruluşu dövrümüzün tikililərilə müqayisə etmək də mümkündür. XX əsrin ikinci yarısına qədər böyük və hündür binalar inşa etmək insan üçün böyük xərc və uzun vaxt tələb edən çətin bir işi idi. Lakin texnologiyanın inkişafı ilə tikinti sahəsində bir çox üsul inkişaf etdirilmişdir. Bu üsulların ən mühümlərindən biri davamı »

Mikrodünyanın Canlıları: Planktonlar

Planktonlar dəniz altındakı həyat zəncirinin ən mühüm, ən vacib halqalarından biridir. Bu canlıların ölçüsü bir neçə mikrometrədən çox deyil. Bir mikrometrin bir  metrin milyonda biri olduğu nəzərə alındıqda, bu canlıların gözlə görünməyəcək qədər kiçik olduğu başa düşülür. Bəs gözlə görülməyəcək qədər kiçik olan bu canlıları bu qədər əhəmiyyətli, hətta həyatın davamlılığı üçün lazımlı edən hansı xüsusiyyətdir?

Dəniz altındakı bir çox canlının əsas qidası bitki və heyvan əsaslı olmaqla iki qrupa ayrılan planktonlardır. Bu səbəbdən planktonların azalması davamı »

Quş Tüklərindəki İncə Yaradılış

Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində davamı »

Qüsursuz Yırtıcı Quş: Qartal

Quşları nəzərdən keçirdikdə bədənlərindəki bütün xüsusiyyətlərin uçuş üçün xüsusi dizayn edildiyini görərik. Məsələn, göy üzündə ən yaxşı hərəkət etmə qabiliyyətinə malik olan quşlardan olan qartalların da bədən quruluşları hər cəhətdən qüsursuzdur. Qartallar həm yerdən havaya qalxmaq üçün yüngül olmalı, həm də ovlarını tutduqda rahatlıqla daşımaq üçün güclü olmalıdırlar. Bir keçəl kərkəsin (qartalın) 7000-dən çox tükü var, ancaq bu tüklərin hamısının ağırlığı təxminən 500 qram edir. Bundan başqa qartalların bədənlərinin daha yüngül olması üçün sümüklərinin içi də boşdur. Bu sümüklərin bir çox yerində havadan başqa bir şey yoxdur. Bir keçəl kərkəsin skeletinin bütövlükdə ağırlığı 272 qramdan bir az çoxdur. Qısası, qartalların ağırlığı uçmaq üçün son dərəcə idealdır.

davamı »

Kor Termitlərin Göydələnləri

Kor fəhlələrin Empire State böyüklüyündə bina inşa etməsi mümkündür? İnsanlar belə şeyi bacarmazlar. Amma kor termitlər həyatları boyu öz boylarına nisbətdə Empire State hündürlüyündə yuvalar tikirlər.

Termitlərin qurduqları nəhəng yuvaları insanların tikdikləri binalar ilə  müqayisə etməzdən əvvəl termitləri ümumi şəkildə təsvir etmək lazımdır. Termitlərin məlum olan ən mühüm xüsusiyyətlərindən biri insanların belə asanlıqla yıxa bilmədikləri möhkəm yuvalar tikmələridir. Hər növ öz ehtiyacı olan xüsusiyyətlərə görə müxtəlif tipli yuvalar inşa edir. Bəziləri yandırıcı istilikdən qorunmaq üçün, digərləri isə yağışdan qorunmaq üçün yuva tikir. Bu yuvalar ağac içlərində olduqları kimi əksəriyyəti torpağın üstündə və altında da yerləşirlər.

Bir termit yuvasını açdıqda qarşınıza süngərəbənzər görüntü çıxar. Yuva təxminən 2.5 sm enində və ya daha dar saysız-hesabsız hücrədən ibarətdir. Bu hücrələri davamı »

İşıq Verən Dəniz Canlıları

Dəniz canlılarından bir çoxu atəşböcəkləri kimi işıq verən sistemlərə malikdir. Adətən bundan düşmənlərini yanıltmaq və ya qorxutmaq üçün istifadə edirlər. Bunlardan Comb Jelly (Ctenophora) adlı canlı eynilə meduzalar və dəniz anemonları kimi həssas canlılardır. Mikroskopik bitkilər və kiçik dəniz heyvanları ilə qidalanırlar. Bəziləri ovlarını eynilə balıq tilovu kimi suda hərəkət edən yapışqan lamisə orqanları ilə tuturlar. Bu canlının başqa növünün isə çox geniş açılan və digər Comb Jelly canlıları də daxil olmaqla bir çox canlını udan ağızları var. Comb Jelly-nin bədənində sıra ilə düzülmüş incə tüklər var və heyvan bu tüklərini suda özünü irəliyə doğru itələmək üçün istifadə edir. Bunda başqa demək olar ki, bütün Comb Jelly-lərin arxasında eynilə tikiş yerinə bənzəyən zolaqlar formasında işıq verən hüceyrələr yerləşir. Növlərin özlərinin də maraqlı xüsusiyyətləri var. Məsələn, qırmızı Comb Jelly-yə toxunduqda parıldayır. Eyni zamanda suya parıldayan, işıqlı dənəciklər buraxır. Bu düşmənlərindən xilas olmaq üçün istifadə edilən yanıltma üsuludur.

davamı »

Mükəmməl Uçma Mexanizmləri: İynəcələr

Uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, iynəcələr ani surətdə dayanıb tərs istiqamətə doğru uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdirlər. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilirlər. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar iynəcələrin dövrümüzün qabaqcıl texnologiyasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

İynəcənin bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan iynəcənin belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni davamı »

Ağciyərlərdəki Heyranedici Sistem

Ağciyərləriniz sizin hərəkətlərinizə görə özünü tənzimləyən orqandır. Qaçdıqda ağciyərləriniz daha çox işləyir və artan oksigen ehtiyacınızı təmin edir, oturduqda isə daha yavaş işləyir, ancaq heç dayanmır. Yaşadığınız müddətdə ağciyərləriniz hava pompası kimi heç dayanmadan orqanizmin içinə hava alır, sonra bu havanı bayıra pompalayır. Bunu edərkən də tənəffüs sisteminin digər işçilərilə birlikdə uyğunluq içində hərəkət edir. Çünki nəfəs almaq üçün təkcə ağciyərin olması kifayət deyil. Ağciyərin işləməsini təmin edən kənar gücə də ehtiyac var. Bu güc döş qəfəsinin altındakı diafraqm və qabırğaların aralarındakı əzələlər sayəsində qazanılır.

Nəfəs alıb-verərkən özünüzə baxın. Qabırğalarınızın bayıra və yuxarı doğru hərəkət etdiyini görəcəksiniz. Bu zaman davamı »

Bölmə: Vücudumuz  Bir Şərh

Heyvan Gözlərindəki Müxtəliflik

Balıqlar su altında, quşlar isə uçarkən onlara görmə imkanı verən göz quruluşlarına malikdirlər. Bunlar kimi digər canlıların da göz quruluşları ehtiyaclarına görə yaradılmışdır. Bu, doğru dəyərləndirdikdə insana çox şey qazandıracaq məlumatdır. Göz kimi qarışıq və mürəkkəb quruluşda olan bir orqanın müxtəlif xüsusiyyətlərə malik hər canlıda öz-özünə olmayacağı aydındır. Bununla bağlı nümunələri araşdıran, ağıl və vicdanla düşünən hər insan canlıların yaradıldıqları həqiqətini dərhal anlayacaq. Aşağıda verilən nümunələr bu həqiqəti düşünmək üçün bir yoldur.

Quşlar insanlardan daha sürətli görmə gücünə malikdir və daha geniş sahəni çox aydın görə bilirlər. Bir quş insanın hissə-hissə görərək qavradığı bir çox görüntünü bir baxışda bütövlüklə görə bilir. Bu ov ovlayarkən böyük üstünlükdür. Bəzi quşların gözləri insanla müqayisədə 6 qat uzağı görür. davamı »