Böyük partlayış nəzəriyyəsinin dəlilləri

13062651_10153575003433317_962679020_oKainatın böyük bir partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova görə, əgər kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı və bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi. Bu fərziyyənin yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı həmin radiasiya dalğalarını kəşf etdilər. “Kainatın mikrodalğalı fon şüalanması” adı verilən bu radiasiya kosmosdakı mənbəyi məlum yayılan hər hansı bir radiasiyalardan fərqlənirdi. Fövqəladə bir bərabərliklə özünü büruzə verirdi. Başqa sözlə desək, yerli mənşəli deyildi, yəni məlum bir mənbəyi yox idi, kainatın hər yerinə yayılmış bir radiasiya idi. Beləliklə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın böyük partlayışın ilk zamanlarından qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının öncədən təxmin etdikləri rəqəmə çox yaxın idi. Penzias və Uilson böyük partlayışı təcrübə yolu ilə sübut edən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.

Bir müddət sonra isə Corc Smut və onun NASA-dakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun hesablamalarının doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri böyük partlayışın həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar böyük partlayışın ilk anlarındakı istilik və sıx mühitin qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE böyük partlayışın həqiqət olduğunu dəlillərlə təsdiq etmişdi və elmi çevrələr artıq bu açıq həqiqəti qəbul etmək məcburiyyətində idilər.

Bir başqa dəlil isə kosmosdakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti böyük partlayışdan qalan hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə son dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması böyük partlayışın elm aləmində tam qəbul olunmasıyla nəticələndi. Məşhur elmi jurnal olan “Scientific American” 1994-cü ilin oktyabr buraxılışında “Big Bang modelinin əsrimizin qəbul olunmuş yeganə modeli” olduğu yazılmışdı.

Uzun illər boyu hüdudsuz kainat modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit vəziyyət nəzəriyyəsini müdafiə edən Dennis Siama böyük partlayış həqiqəti qarşısında düşdüyü ürək ağrıdan vəziyyəti belə izah edir:

Stasionar kainat nəzəriyyəsini müdafiə edənlərlə onu sınaqdan keçirən və məncə çürütməyi ümid edən müşahidəçilər arasında bir vaxtlar çox ciddi mübarizə var idi. Həmin mübarizədə mənim də rolum vardı. Çünki həqiqiliyinə inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün stasionar kainat nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin əsassızlığını göstərən dəlillər üzə çıxdıqca Fred Hoyl bu dəlillərə qarşı çıxmaqda lider rolunu öz üzərinə götürmüşdü. Mən də onun tərəfində olmuş, bu düşmən dəlillərə necə cavab verəcəyinə dair fikir yeritmişdim. Ancaq dəlillər toplandıqca artıq oyunun sona çatdığı və stasionar kainat nəzəriyyəsini bir kənara qoymaq lazım gəldiyi üzə çıxırdı.(1)

Allah kainatı yoxdan yaradıb

Beləliklə, elm inkişaf etdikcə ortaya çıxardığı dəlillər “sonsuz kainat” nəzəriyyəsini tarixə çevirdi. Bunun ardınca isə daha önəmli suallar meydana çıxmağa başladı: “böyük partlayışdan əvvəl nə var idi?”, “Yox” olan kainatı “Var” halına gətirən güc nə idi?”.

“Böyük partlayışdan əvvəl nə var idi?” sualının bir cavabı vardır. Bu da əlbəttə ki, göyləri və yerləri böyük bir nizamla yaradan üstün güc və qüdrət sahibi olan Allahdır. İnanıb-inanmamağından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Elmi platformalarda bunu qəbul etəsələr belə  cümlələri arasında buraxdıqları etiraflar onları ələ verir. Məsələn, əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən tanınmış filosof Entoni Flyu etirafın insanın ruhuna xeyirli olduğunu deyərək bunları bildirir:

Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini söyləyirlər. Mən də bir etiraf etmək istəyirəm. Biq Bənq modeli bir ateist baxımından olduqca sıxıntılıdır. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə edilən bir iddianı isbat etmişdir. Kainatın başlanğıcı olduğu iddiasını.(2)

İngilis materialist, fizik H.P.Lipson kimi bəzi elm adamları isə “Big Bang” nəzəriyyəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:

– Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olduğunu təsdiq etməyə  məcburuq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunun fərqindəyəm, amma əgər təcrübəylə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, həmin nəzəriyyəni sırf xoşumuza gəlmədiyi üçün rədd edə bilmərik.(3)

Nəticədə, istəyib-istəməsələr də, elm materialist elm adamlarının qarşısına tək həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan bir Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.

“Yeddi göyü və bir o qədər də yeri yaradan Allah`dır. Allah`ın hər şeyə qadir olduğunu, hər şeyi öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allah`ın əmri onların arasında nazil olar”. (Talaq surəsi, 12)

Mənbələr:

1.  Stephen Hawking, Evreni Kucaklayan Karınca, Alkım Kitapçılık ve Yayıncılık, 1993, s. 62-63

2.  Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241

3.  H. P. Lipson, «A Physicist Looks at Evolution», Physics Bulletin, vol. 138, 1980, s. 138

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)