Tag-Archive for » Stasionar kainat «

Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması

galaksi-buyuk-patlama1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. davamı »

Böyük partlayış nəzəriyyəsinin qələbəsi

1200x630_267788_big-bang-teorisi-aydinlaniyor1948-ci ildə Corc Qamov, (George Gamow) Corc Lemetrin (Georges Lemaître) hesablama işlərini genişləndirdi və böyük partlayışa bağlı olaraq yeni bir tezis irəli sürdü. Bu tezisə görə, kainat böyük partlayış nəticəsində meydana gəlibdirsə, kainatda bu partlayışdan gəlib çıxan müəyyən miqdarda radiasiya qalığı olmalıydı. Həmçinin bu radiasiya qalığı kainatın hər yerində bərabər miqdarda olmalıydı.

“Olması lazım gələn” bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı bu dalğaları kəşf etdilər. davamı »

Böyük partlayış nəzəriyyəsinin dəlilləri

13062651_10153575003433317_962679020_oKainatın böyük bir partlayış nəticəsində yaranmağa başlaması həqiqəti təsdiq olunandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova görə, əgər kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı və bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi. Bu fərziyyənin yayıldığı illərdə bütün elmi tapıntılar böyük partlayışı təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı. davamı »