DNT-nin möcüzəvi quruluşu

Canlıların orqanizmi ilə bağlı hər cür informasiya hüceyrələrindəki DNT adlanan molekullarda şifrlənmişdir. DNT molekulları hər hüceyrənin nüvəsində yerləşən böyük molekullardır. Nukleotid adlanan və 4 fərqli növü olan yüz minlərlə kiçik molekulların canlıya aid xüsusi ardıcıllıqla düzülməsi ilə canlının DNT-si əmələ gəlir. Hər canlının DNT molekulunda onun xarakteristik xüsusiyyətləri ilə bağlı informasiyalar şifrlənir. Bu, insanlarda da belədir. İnsanın digər canlılardan fərqli olması kimi, hər insanın digərindən fərqli olması da DNT-sindəki xüsusi düzülüşdən qaynaqlanır. DNT-ni təşkil edən nukleotidləri əlifbadakı hərflərə bənzətmək olar. Dörd nukleotid olduğuna görə, DNT molekulu bir növ dörd hərfdən ibarət əlifba ilə yazılmış böyük ensiklopediyadır.

DNT-dəki hərflərin ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatına qədər müəyyən edir. Boy, göz, saç, dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10.000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin və 100 trilyon hüceyrənin planı bir hüceyrənin DNT-sində mövcuddur. Əgər DNT-dəki genetik məlumatı kağıza köçürsək, təxminən hər biri 500 səhifəlik 900 cilddən ibarət nəhəng kitabxana əmələ gələr. Ancaq bu ağlasığmaz həcmdəki informasiya mikroskopik ölçüdəki hüceyrənin nüvəsində yerləşən DNT-də şifrlənmişdir.

İnsanın bir DNT molekulunda 1 milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda informasiya var. Diqqət edin, düz 1.000.000 ensiklopediya səhifəsi… Yəni hər hüceyrənin nüvəsində insan orqanizminin funksiyalarını tənzimləyən 1 milyon səhifəlik ensiklopediya həcmində informasiya şifrlənmişdir. Bir bənzətmə edək: dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britannika ensiklopediyasının 25.000 səhifəsi var. Bu halda, heyranedici vəziyyətlə qarşılaşırıq. Mikroskopik hüceyrənin içində ondan da kiçik nüvədə yerləşən bir molekulda milyonlarla informasiya saxlayan, dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan informasiya bankı yerləşir. Bu isə 920 cildlik nəhəng ensiklopediya deməkdir. Bu nəhəng ensiklopediyada təqribən 5 milyard müxtəlif informasiya olduğu təxmin edilir.

Üstəlik, bu böyük informasiya dünya yarandığı dövrdən bəri yaşamış milyardlarla insanın hər birinin 100 trilyon hüceyrəsinin hamısında mövcud olub. Şübhəsiz ki, bu, göylərin və yerin Rəbbi olan Allahın sonsuz qüdrətinin açıq-aydın göstəricisidir.

DNT-nin təbii şərtlərlə təsadüfən əmələ gəlməsi qeyri-mümkündür

İnsan orqanizmində 200.000 gen olduğunu nəzərə alsaq, bu genləri təşkil edən milyonlarla nukleotidin təsadüfən düzgün düzülməsinin qeyri-mümkün olduğunu görərik. Təkamülçü bioloq Frenk Solsberi belə deyir:

“Orta ölçülü bir zülal molekulu təqribən 300 amin turşusundan ibarət olur. Bunu tənzimləyən DNT zəncirində isə təqribən 1000 nukleotid var. Bir DNT zəncirində 4 növ nukleotid olduğunu nəzərə alsaq, 1000 nukleotidlik düzülüş 41.000 fərqli formada olmalıdır. Kiçik loqarifm hesablaması ilə əldə olunan bu rəqəm ağılın qavrama həddini aşır”. (Frank B. Salisbury, “Doubts About The Modern Synthetic Theory of Evolution”, American Biology Teacher, sentyabr 1971, səh. 336.)

41.000-də 1 kiçik loqarifm hesablaması nəticəsində 10620-də 1 deməkdir. Bu rəqəm 10-un yanına 620 sıfır qoymaqla əmələ gəlir. 10-un yanına 11 sıfır qoyduqda 1 trilyon alınır, 620 sıfırı olan rəqəmi isə qavramaq mümkün deyil.

Nukleotidlərin təsadüfən birləşərək RNT və DNT-ni əmələ gətirməsinin qeyri-mümkün olduğunu təkamülçü fransız elm adamı Pol Ocer də belə ifadə edir:

“Təsadüfi kimyəvi proseslər sayəsində nukleotidlər kimi mürəkkəb molekulların əmələ gəlməsi ilə bağlı məncə iki mərhələni bir-birindən konkret ayırmalıyıq: tək-tək nukleotidlərin sintezlənməsi – ki bu, bəlkə, mümkün ola bilər – və bunların xüsusi düzülüşlə bir-birinə birləşməsi. Məhz bu ikincisi qeyri-mümkündür”. (Paul Auger, De La Physique Theorique a la Biologie, 1970, səh. 118.)

San-Diyeqo Kaliforniya Universitetindən Stenli Millerin və Frensis Krikin həmkarı məşhur təkamülçü Lesli Orgel isə bu barədə belə deyir:

“Çox kompleks quruluşu olan zülalların və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni zamanda təsadüfən əmələ gəlməsi tamamilə ehtimaldan kənardır. Ancaq bunlardan biri olmadan digərini də əldə etmək mümkün deyil. Ona görə, insan bu nəticəyə gəlməli olur ki, həyatın kimyəvi yollarla meydana gəlməsi əsla mümkün deyil”. (Leslie E. Orgel, “The Origin of Life on Earth”, Scientific American, cild 271, oktyabr 1994, səh. 78.)

Bu həqiqəti digər bəzi tanınmış təkamülçü elm adamları da qəbul edir:

“DNT katalitik zülalların və fermentlərin köməyi olmadan gördüyü işi, yeni DNT hasil etmək də daxil olmaqla, görə bilməz. Qısası, DNT olmasa, zülallar olmaz, ancaq DNT də zülallar olmasa, əmələ gəlməz”. (John Horgan, “In the Beginning”, Scientific American, cild 264, fevral 1991, səh. 119)

“Necə olur ki, genetik informasiya onu şərh edən mexanizmlərlə (ribosomlar və RNT molekulları ilə) birlikdə üzə çıxıb? Bu sual qarşısında özümüzü bir cavabla deyil, heyranlıq və təəccüb hissləri ilə razı salmalıyıq”. (Douglas R. Hofstadter, Gıdel, Escher, Bach: An Eternal Golden Braid, New York: Vintage Books, 1980, səh. 548.

 

 

Paylaş:
  • Print
  • Facebook
  • Twitter
  • Google Bookmarks
  • LinkedIn
Yeniliklərə buradan yazıla bilərsiniz RSS 2.0. Siz şərh yaza, və ya saytınızdanistinad edə bilərsiniz.

Leave a Reply

HTML: Bu teq və atributlardan istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

(vacib)

(vacib deyil)